Təcavüzə məruz qalan qadınların şərəfi, qüruru heç vaxt zərər görməz. Şərəfsiz olan, bu hərəkəti edəndir.
(A9 TV; 21 fevral 2016)
Adnan Oktar
-
Biz dünyaya yaşamağa gəlmədik, Allaha təslim olmağa gəldik, Allahın rizasını qazanmağa gəldik.
(A9 TV; 21 fevral 2016)
Adnan Oktar
-
Münafiqlər şeytani sözlərdən çox xoşlanarlar. Anlaşılmaz və şifrəli söhbətlər edərlər. Yazılarında da yenə belə sirli, anlaşılmaz sözlər seçərlər. Münafiqlərin özlərinə məxsus morze əlifbası kimi gizli bir dili var.
(A9 TV; 20 fevral 2016)
Adnan Oktar
-
Münafiq yarım danışar. Çox mütənasib danışar. Yəni cümlələrdən, sözlərdən öz lehinə istifadə edəcək kimi seçər. Çox alçaqdır. Məsələn, ayədə var, döyüşə çıxmaq istəməyən münafiq Peyğəmbərimiz (s.ə.v)-ə: "Döyüşməyi bacarsaydım gələrdim" deyir. İndi Peyğəmbər yanında döyüşə aparsa, məsələn, bir yerinə ox dəysə və ya qılınc zərbəsi alsa: "Mən onsuz da sizə döyüşməyi bacarmadığımı söyləmişdim. Baxın, qolum şikəst oldu" deyəcək və Peyğəmbər (s.ə.v)-i günahlandıracaq. Münafiq belə alçaqdır.
(A9 TV; 20 fevral 2016)
Adnan Oktar
-
İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox əhəmiyyətlidir. Çünki keyfiyyətsiz olan və incəsənətin hakim olmadığı, bütün ölkələr dağılar. Baxın tarixə, hamısı dağılıb. Qadına dəyər verməyən, incəsənət olmayan, estetika olmayan, keyfiyyətə əhəmiyyət verilmədiyi hər ölkə məhv olar.
(A9 TV; 20 fevral 2016)
Adnan Oktar
-
Müsəlman fitnədən, xaosdan, müsəlmanları narahat etməkdən çox çəkinər. Lakin münafiq belə deyil, çox həyasızdır, hər an rüsvayçılıq çıxartmağa hazırdır. Çox həyasız bir məxluqdur.
(A9 TV; 19 fevral 2016)
Adnan Oktar
-
Quran, münafiqi sanki yandırar. Münafiq, Qurandan şiddətlə çəkinər. Çünki oxunan ayə onun sistemini ortadan qaldıran bir açıqlama olduğu üçün, haşa, ayədən nifrət edər.
(A9 TV; 19 fevral 2016)
Adnan Oktar
-
Münafiq pusquda gözləyən bir mikrobdur. Vərəm mikrobu kimi əlverişli mühitini tapdığı zaman, yenidən inkişaf edər və azğınlaşar. Şeytan ona gizlən deyər gizlənər, çıx deyər çıxar. Münafiqlikdən vaz keçməz.
(A9 TV; 19 fevral 2016)
Adnan Oktar
-
Sevgi, böyük ehtirasdır. Sevgi, sənin gözündən sevdiyinin gözlərinə axan, sevdiyinin gözündən də sənə axan sirli, təsvir edilə bilməyən, ağlasığmaz bir gücə deyilir. Yoxsa toxunmaqla, sarılmaqla deyil. Sevgi, dərin ehtirasa deyilir.
(A9 TV; 18 fevral 2016)
Adnan Oktar
-
Şəhid xəbərlərinin, "evinə od düşdü", "göz yaşları sel olub axdı", "ürəkləri dağladı" kimi ifadələrlə verilməsi tam PKK-nın istədiyi üslubdur. Bu ifadələr tamamilə ləğv edilməlidir. PKK fəaliyyətinin boşa çıxdığını görsə, məsələ bitər.
(A9 TV; 18 fevral 2016)
Adnan Oktar
-
Gənclərimizin böyük hissəsi yaxşı təchizatlı deyil. Darvinist düşüncəylə, Marksist, Leninist, Stalinist düşüncəylə mübarizə aparacaq məlumata sahib deyillər. Türkiyədə darvinist təhsilin dayandırılması PKK-ya böyük zərbə olar. Məktəblərin tədris proqramına "milli şüur" dərsi əlavə edilərək, Marksist, Leninist düşüncənin yanlışlığı gənclərə çatdırılsın.
(A9 TV; 18 fevral 2016)
Adnan Oktar
-
PKK gecə-gündüz təlim keçərək minlərlə insanı Marksist edir. Biz də əks təhsillə Marksist, Leninist, Stalinist düşüncənin yanlışlığını izah edək. Gənclərimizə, bu cür ideoloji izahatlarla qarşılaşdıqları zaman, necə cavab verəcəklərini öyrədək.
(A9 TV; 18 fevral 2016)
Adnan Oktar
-
PKK: “Yas tutun, kədərlənin, fəryad edin, ağlayın” deyir. Allah: “Şəhidlik sizin üçün bir şərəfdir, sevinin” deyir. Allahın dediyini etdiyimiz vaxt, PKK-nın oyunu pozulmuş olar. Fəaliyyət gücü azalmağa başlayar.
(A9 TV; 17 fevral 2016)
Adnan Oktar
-
Quranda yas yoxdur. Yası ortaya qoyduğun təqdirdə, PKK-nın bütün fəaliyyətlərini gücləndirərsən. Bütün fəaliyyətlərini çox güclü hala gətirmiş olarsan. Lakin Qurana əsasən yası ləğv etdiyin təqdirdə, PKK hərəkatının təsirini yox etmiş olarsan.
(A9 TV; 17 fevral 2016)
Adnan Oktar
-
Hüzn Allaha üsyan etməyin digər adıdır. Haramdır. Kədərlənmək, Allahın etdiyini bəyənməmək deməkdir. Allahın etdiyindən narahat olub buna qarşı göstərilən etiraza hüzn deyilər. İnsan Allahın təqdir etdiyi taleyi bəyənmirsə ağlayar. Kədərlənər, hirslənər, narahat olar.
(A9 TV; 17 fevral 2016)
Adnan Oktar
-
Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük.
(A9 TV; 17 fevral 2016)
Adnan Oktar
-
Allah böyük hadisələri insanları yuxudan oyatmaq üçün yaradır, lakin bir çox insan vecinə almır. Yanında bomba partlayır, bunu media xəbəri kimi söyləyir. Peyğəmbər (s.ə.v)-in hədislərində insanların hamısı bu dərin yuxularından tamamilə oyanana qədər hadisələrin davam edəcəyini görürük.
(A9 TV; 17 fevral 2016)
Adnan Oktar
-
Keyfiyyət və İncəsənət Nazirliyinin qurulması çox əhəmiyyətlidir. Əgər ortaya çıxarılan bir şeydə sənət yoxdursa, dəyəri olmaz, keyfiyyət yoxdursa, dəyəri olmaz. Həm sənət, həm də keyfiyyət təşviq edilməlidir.
(A9 TV; 17 fevral 2016)
Adnan Oktar
-
Mehdilik çox kiçik bir qrup olduğu və əleyhdarı çox olduğu halda, ən başda dərin dünya dövlətləri, mövhumatçılar, müşriklər, münafiqlər hamısı qarşı olduğu halda, heç kim dayandıra bilmir. Məhz mehdiyyətin möcüzəvi tərəfi budur. İmam Mehdi (ə.s) və tələbələri məğlub edilə bilmir. Məğlub olmaq talelərində yoxdur.
(A9 TV; 16 fevral 2016)
Adnan Oktar
-
Münafiqi ən çox yandıran, ömrünün müsəlmanların arasında keçməsidir. Küfr həyatını rahatlıqla yaşaya bilmədiyi və müsəlmanlar arasında müsəlman təqlidi etdiyi üçün, içi çox yanar, çox iztirab çəkər.