avatar

Adnan Oktar

Münafiq axmaq olduğunu da bilməz. Allahın onu izlədiyini bilməz. Öz aləmində bu cür qutudakı təcrübə siçovulu kimidir. Üzərində müxtəlif üsullar tətbiq olunar. O öz aləmində oyun oynayar, hiyləgərlik edər. Yolları asanlıqla keçəcəyini zənn edər. Mayallaq aşar, düşər, öz aləmində bir şeylər edər. Halbuki elm adamı onu kənardan müşahidə edər. O şeytani bir məxluqdur, lakin ağılsızdır, münafiq çox axmaqdır.
A9 TV; 30 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq, facebook və twitter hesabında Quran ayəsinin olmasını əsla istəməz. Müsəlmanlara göstəriş olması və ya münafiq olduğunun başa düşülməməsi üçün könülsüz olaraq, istəmədən paylaşar. Lakin orada, məsələn, bir kafirin, küfr edən birinin üslubu olsa, onu iftixarla paylaşar.
A9 TV; 30 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq üçün İslam əhəmiyyətsizdir, yəni müsəlmanlıq əhəmiyyətsizdir. O, küfr əhlini çox zəngin görər. Yəni o küfr əhlinin hərəkətləri, rəftarları, həyatı, Qurana, İslama baxış tərzləri ona həyəcan verər. Münafiq gizli küfr pərəstişkarıdır. Müsəlmanlıqdan tamamilə utanar.
A9 TV; 30 yanvar 2016
avatar

Adnan Oktar

Allah Quranda mehdiyyətdən üstüörtülü şəkildə bəhs etmişdir. Kəhf surəsində bəhs etmişdir, Süleyman hekayəsində bəhs etmişdir, Yusif surəsində bəhs etmişdir, lakin üstüörtülü üslubla bəhs etmişdir.
A9 TV; 30 yanvar 2016
avatar

Adnan Oktar

İnternetdə Allahdan və dindən bəhs etmək, münafiqə ətini qopartmaqdan daha çox əzab verər. Küfr əhli barədə bir şey danışdıqda çox rahatlayar. Bununla diqqət çəkdiyini və etibar qazandığını zənn edər. Az da olsa kafirlər və küfr əhli ilə əlaqə qurulması münafiqin qəlbində rahatlıq meydana gətirər. Əzab dolu rahatlıq, əzab dolu zövq verər.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlər müsəlmanları həmişə təqib edər. Məlumat toplamaları üçün buna ehtiyacları var. Satqın kəşfiyyatçıdırlar.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq üçün əsil diqqətçəkən şey, küfr əhlidir. Kafir ruhu olduğu üçün, müsəlman olmaqdan çox utanar. İslamdan və Qurandan bəhs etməkdən utanar.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq həmişə küfr əhli ilə xatırlanmaq istəyər. Müsəlman kimi xatırlanmaq istəməz. Ayə münafiqi çox narahat edər. Onu alçaldıcı hesab edər. Məsələn, münafiq facebook hesabında ayə paylaşmağı heç xoşlamaz. Yaxud Quran və ya müsəlmanlar. Əlindən gəlsə həmişə silmək istəyər, lakin utandığı üçün, tamamilə ifşa olacağını bildiyi üçün, istəməyərək və könülsüz olaraq əlavə edər. Lakin nifrət edər.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq, İslam və Quranla xatırlanmağı heç xoşlamaz. Dövrümüzə baxın, internetdə orada-burada müsəlmanca bir ifadə, məsələn, bir ayə yaxud müsəlmanların hər hansı bir fəaliyyəti yaxud da Qurandan izahatları münafiqin yazısında, səhifəsində görmək qeyri-mümkündür.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq müsəlman kimi görünmək istəməz. Məsələn, çöldə özünü küfr əhlindən biri kimi göstərər. Münafiq müsəlman olmaqdan utanar. Quranla və müsəlmanlarla birlikdə görünməyi heç xoşlamaz. Münafiq küfr əhli ilə, xatırlanmağı çox xoşlayar. Onda şöhrət axtarar.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq hücum edər, bağırıb qışqırar, ağlayar, rüsvayçılıq edər. Münafiq hörmətsiz olar. Həmişə ədəbsiz olar. Tarixdə hər dövrün münafiqlərində bu xüsusiyyətləri görürük.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq gah onu, gah da bunu ayıblayar. O belədir, bu belədir deyib, müsəlmanları həmişə pisləyər. Xeyirxahlığa mane olar, sevgiyə mane olar, sevincə mane olar. Dostluğa mane olar. Möminlərin hüzurlu olmasını istəməz, həmişə pislik edər.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlər yarasa kimidirlər, necə ki, yarasanın qana ehtiyacı varsa, münafiqin da alçaqlığa ehtiyacı var. Mütləq o pisliyi edəcək. Az da olsa, məsələn, iki-üç insan da olsa, küfr əhliylə əlaqə yaratdıqda qan soran vampir kimi rahatlayar.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlər həmişə gecə hərəkət edərlər, ortalıq sakitləşdikdə. Onlar səssizliyə çox ehtiyac duyarlar. Qaranlıqda münafiqlərin ilk edəcəyi şey, küfr əhli ilə əlaqə yaratmaqdır. Dərhal onlara məlumat çatdırar. Başqa cür yaşaya bilməz.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Allah şəhidliyi çox sevir, qaziliyi sevir. Gecə yarısına qədər təbliğ edilməsini bəyənir. Səylə Allah eşqinin axtarılması, Allahın çox sevdiyi şeydir. Bu zaman həmin eşqi və ehtirası Allah layiq olana verər.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Allah eşqi çox sevər, ehtirası çox sevər. Mələklər də sevir, lakin bunu Allah kafi görmür. Çünki mələk sevməyə məcburdur. Lakin əzab və əziyyət içində olan insanın Allahı sevməsi, Allahın ən bəyəndiyi şeydir.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Allah eşqdir, Allah sevgidir. Allah sevilmək istəyir, sevmək istəyir, lakin əsil sevgi istəyir, robot kimi bir sevgi deyil. Yəni məcbur olduğu üçün deyil, qəlbən sevməlidir. Bunun üçün Allah ehtirası, eşqi yaratmışdır. Allah onsuz da qullarında yaşayar; məsələn, biz ehtirası yaşayırıq, bunun eynisini Allah yaşayar.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqə nəsihət kimi Allahdan bəhs et desən dəli olar, küfr əhlindən uzaq dur desən dəli olar. Şeytan seansı kimidir. Şeytan necə birdən birə dəli olur? O da bu cür dəli olar. Bunun üçün də, münafiqlə danışarkən çox diqqətli, çox təmkinli danışmaq lazımdır.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlə danışarkən çox diqqətli olmaq lazımdır. Yaxşı işlər görməyi əmr edib pis işləri qadağan etdikdə münafiq havalanar, dəliyə dönər. Ruhu üsyana və şeytanlığa meyilli olduğu üçün, nəsihətdən çox narahat olar.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiq nəsihətdən çox narahat olar, dəliyə dönər.
A9 TV; 29 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqin ən nəzərə çarpan xüsusiyyəti, heç vaxt unutmayın; küfr əhli ilə mütləq gizli əlaqə qurar, mütləq. Heyrət edəcəyiniz bir yolla, qapıdan qoysanız bacadan çıxar, mütləq küfr əhli ilə əlaqə qurar. Bu münafiqin ən nəzərə çarpan və imtina edə bilmədiyi xüsusiyyətidir. Çünki məlumat çatdırmaq üçün buna ehtiyacı var.
A9 TV; 29 yanvar 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo