Gənclərin məqbul olan tələblərinin yerinə yetirilməsi bizi xoşbəxt edər.
Baş nazirə təhqir edənlər mühakimə olunmalıdır. Baş naziri xəcalətli etməyə cəhd göstərmək, qürurunu qırmağa çalışmaq çox eyibdir. Buna icazə vermərik.
Millətimiz kommunistləri dinləməz. Kommunizm əhəmiyyətsiz fəlsəfədir.
Baş nazirimiz gözəl insandır. Bunu daha yaxşı diqqətinizə çatdıra bilər.
Hz. Mehdi (ə.s) gələcək, həyat daha gözəl və azad olacaq, inşaAllah.
Hökumət hər xidmətini sənədləşdirsin. Xalqa göstərsin, izah etsin. Etdikləri gözəllikləri təvafükən öyrənirik, belə olmaz.
AKP zamanı yaradılan meşəlik sahələrini xalqa göstərmək yaxşı olardı.
Şəfqət, mərhəmət və mülayimlik Allahın Quranda ən çox bəhs etdiyi mövzulardandır.
Türkiyə təbəqədən təbəqəyə keçəcək. Bir çox hadisələr baş verəcək, insanlar dəyişəcək. Bu möhtəşəm ölkənin üstündə mehdiyyət günəşi doğulacaq.
Bığlı, içinə qapanmış, sənətdən, estetikadan baş açmayan, başına vur əlindən çörəyini al, donuq baxışlı―belə gənclik olmaz. Gənclərin hər yerə sevinc gətirməsi lazımdır. Qəhqəhələri ilə, gülüşləri ilə, söhbətləri ilə, sevincləri ilə, gözlərindəki parıltı ilə ahəng, zənginlik, gözəllik təqdim etmələri lazımdır.
Əsl müasirlik sevinc dolu bir cəmiyyətdir. Yəni bu tərbiyədə olan, soyuq cəmiyyət deyil, şən, sevincli, keyfiyyətli, həyat dolu bir cəmiyyət dövlətin, hökumətin hədəfi olmalıdır. Buna görə də Keyfiyyət Nazirliyinin yaradılması vacibdir.
Soyuq olmaq gözəl bir şey deyil. Müsəlman canlı, şən, sevincli, həyatın gözəlliklərini vurğulayan bir ruh içində olmalıdır.
Beşikdaş, Fənərbaxça, Qalatasaray gəncliyi Türkiyə üçün aktiv bir gücdür. Yəni, dünyanı hərəkətə gətirəcək güclərdir. Vətənə, millətə, bayrağa sədaqətdə, Türkiyənin bölünməzliyini müdafiədə əsaslı bir gücdür.
Allah milləti hidayətlə, nuru ilə qucaqlamışdır. Millətin üzərində nurdan zireh çəkilib. Millət Allahın nuru ilə qorunur. Mələklər, hz. Xızır (ə.s) təhlükədən qoruyur.
Gənclər küçədə azad olacaq. Mən bunları görərkən fərəh hissi duyaram. Hədsiz dərəcədə şən, rahat olsunlar. Ətraf bununla gözəl olur. Gözəl gənc qızlar, yaraşıqlı cavanlar şən və rahat olacaqlar.
Bütün gənclərə, bütün millətimizə, hər kəsə Risalə-i Nuru tövsiyə edirəm. Risalə-i Nurdan bir parça istifadə edənin xasiyyətində, xarakterində bir dəyişiklik olar.
İnsanlara öz əxlaq anlayışımızı zorla qəbul etdirə bilmərik, kiminsə inancına qarışa bilmərik.
Siz uyğun olanı deyin, biz dərhal həyata keçməsinə vəsilə olarıq, inşaAllah.
Biz hadisələri seyr etmərik, çox diqqətlə maraqlanarıq, inşaAllah.
Gənclər istəklərini səmimi olaraq ifadə etsinlər, millətimiz, hökumətimiz uyğun olanı qəbul edər. Məsələn, azad olmadığınızı düşündüyünüz cəhətlər hansılardır? Hansı məsələlərə qarışılmasını istəmirsiniz? AKM-in yerinə yeni və müasir AKM niyə istəmirsiniz? Hamısını dəqiq açıqlayın.
Qışqıranların nə istədiyi bəlli deyil. Çox dəqiq və açıq bir şəkildə nə istədiklərini səbəbləri ilə izah etmələri lazımdır.