Evlənməməyimin səbəbi, bütün vaxtımdan, bütün ömrümdən Allah üçün, İslam üçün, təbliğ üçün istifadə edə bilməkdir.
İmtahanın uzunluğu və güclü olması o insanın lehinə olar. İnsana nə qədər çox əziyyət, sıxıntı, çətinlik gəlirsə, deməli, o, bir o qədər çox savab qazanır.
Münafiq ağılsızca o qədər özündən əmindir ki, bütün alçaqlığına, murdarlığına və axirətə inanmamasına baxmayaraq, cənnətə gedəcəyini iddia edər. (Fussilət surəsi, 50: Halbuki ona toxunan zərərdən sonra mərhəmət bəxş etsək, mütləq: "Bu mənim (haqqım) dır. Həmçinin mən qiyamət saatının gələcəyini də zənn etmirəm; əgər Rəbbimə qaytarılsam belə, mütləq Onun yanında mənim üçün daha gözəl olanı vardır" deyər. Lakin and olsun, Biz, o kafirlərə nə etdiklərini mütləq xəbər verəcəyik və and olsun onlara, ən qatı əzabdan daddıracağıq.)
İngiltərə dərin dövlətinə yaltaqlıq edən münafiqlər də hər biri dünyanı yönləndirəcək qədər ağıllı olduğu qənaətindədir. Lakin çox ağılsızdırlar.
Hər münafiq özünü dünyanı idarə edən “üstün beyin” zənn edər. Hər biri inanılmaz ağıllı olduğu qənaətindədir, halbuki hamısı axmaqdır.
Dünyanın bağlanılacaq heç bir tərəfi yoxdur. Lakin münafiqlər dünyaya dəlicəsinə bağlıdır. Münafiqin dünyaya bağlılığı küfr əhlindən daha çoxdur.
Xarici aləmdə musiqi yoxdur. Hər insan musiqini beyninin içində eşidir. Xarici aləmdə təkcə səs dalğaları var, səsi musiqi kimi qəbul edən ruhdur. Ruhun musiqini eşitməsi üçün elektrikə, səs dalğasına ehtiyacı yoxdur. Səs dalğası, beyinə çatan elektrik, hamısı təkcə səbəb olaraq var.
Xalq prezident idarəetmə sisteminə qəti şəkildə qarşıdır. Prezident idarəetmə sistemi bölünmə gətirəcəyi üçün millətimiz qətiyyən qəbul etməz.
Axırzamanın ortasında olduğumuz halda hədislərin reallaşdığını anlamazlıqdan gəlmək çox böyük səmimiyyətsizlikdir.
İsra surəsi, 94-cü ayədə qeyd olunan: "Özlərinə hidayət gəldiyi zaman, insanların iman gətirmələrinə mane olan şey, onların təkcə: "Allah, elçi olaraq bir insanımı göndərdi?" demələridir" ifadəsi Mehdiyə işarə edir.
Heç mərhəmət görməmiş, yaxşılıq görməmiş insanlara israrla mərhəmətli olmaq lazımdır, o zaman islah olub düzəlmələri təmin edilə bilər.
Müxalifətin olması Türkiyədə demokratiyanın güclü olduğunun dəlilidir və bunun təşviq edilməsi lazımdır.
Ən azı 3 milyon insanın iştirakı ilə Tayyib hocam üçün iştirakçısı çox olan "tək deyilsən" mitinqi keçirilsin. AKP gəncləri belə gözəl şey təşkil etsin. İngiltərə dərin dövlətinə qarşı cavab olsun.
Orqan bağışlanması məsələsində qardaşlarımız tərəddüd etməsinlər. Bir canın xilas olmasına vəsilə olmaq gözəl savabdır. Lakin orqan bağışlanması üçün insanın tam ölümü reallaşmadan onu öldürmək Qurana uyğun olmaz.
Dinlə birlikdə insanın orqanizminin və ruhunun bu qədər müsbət dəyişməsi, nurlanması heyrətverici möcüzədir.
Din yaxşı insanla pis insanı qəti şəkildə ayırd edər.
Dürüst, köməksevər, mərhəmətli olmaq dinlə mümkün olur. Ölüb yox olacağını düşünən insan dürüst və yaxşı insan olmaq üçün iradə işlətməz.
İngiltərə dərin dövləti Cənubi Kiprdəki bazalarında İslam aləmini təqib etmək üçün çox təkmilləşmiş bir texnologiyadan istifadə edir.
Allahın musəviləri lənətlədiyi Qurana uyğun inanc deyil. Allah o dövrdə cinayət törətmiş, zülm etmiş olanları lənətləmişdir.
Bir xalqın əzəldən bəri lənətli olduğunu iddia etmək bütpərəst inancdır. Allah cinayət işləyən və zalımlıq edəni lənətləmişdir.
İstəsə də, istəməsə də hər kəs mehdiyyətə xidmət edər. Bu, Allahın heyranlıq oyandıran sənətidir.