Bir xalqın əzəldən bəri lənətli olduğunu iddia etmək bütpərəst inancdır. Allah cinayət işləyən və zalımlıq edəni lənətləmişdir.
İstəsə də, istəməsə də hər kəs mehdiyyətə xidmət edər. Bu, Allahın heyranlıq oyandıran sənətidir.
Yaşamış, növü kəsilmiş, bütün orqanları bütöv və mükəmməl canlıları ara keçid forması kimi göstərməyə çalışmaq elmi deyildir. Ara fosil (daşlaşmış qalıntı) deyilən şey üzvləri inkişaf etməmiş və ya patologiya meydana gəlmiş canlılara məxsus fosillərdir. Lakin bu cür bir tək fosil belə tapılmamışdır. İndiyədək tapılmış 700 milyona yaxın fosil var, bunların hamısı mükəmməl bütöv canlılara məxsusdur, heç birində təkamüllü patologiya yoxdur.
Sevginin insanlar tərəfindən belə unudulmuş olması qorxuncdur. Sevgi çox mühümdür, dövlətin bu istiqamətdə siyasəti olmalıdır. Sevgi, olsa da olar, olmasa da, deyiləcək bir şey deyil. Olmamağı çox dəhşətlidir. Hər Nazirliyin prioriteti sevgi olmalıdır.
Müsəlman din faşisti də deyil, irq faşisti də deyil. Bütün din mənsublarını qardaş tutmaq, bütün irqləri dost tutmaq anlayışına sahibdir.
İslam Birliyi bütün müsəlmanların qardaş olaraq birlikdə yaşaması deməkdir. Ölkələrin parçalanması üzərində qurulmayıb.
Ayədə münafiqin Quranı dinləməyə dözə bilmədiyi bildirilir. Münafiq əlamət büruzə verməmək üçün buna diqqət yetirə bilər, lakin bacara bilməz, mütləq qaçar.
Münafiqlik məsələsi üzərində bu qədər dayanmağımızın səbəbi münafiqlərin Osmanlı dövründən indiyədək bir çox yeri gənə kimi bürümələri və fitnə törətmələridir.
Münafiq Peyğəmbərin məclisində iştirak etməyə, münafiq əlamətlərini dinləməyə dözə bilməz. İmani mövzuları dinləmək istəməz.
Münafiqin əxlaqsızlığı, anormallığı, pisliyi xüsusi yaradılmışdır. Münafiqlik də bir növ ruhi xəstəlikdir. Münafiqin müstəqil gücü olduğunu zənn etmək çox böyük səhv olar. Münafiq axmaq və dəyişkən varlıqdır, problemli, xəstə tipdir.
İngiltərə dərin dövlətinin tərəfdarlarına görə aylardır şəhid olan suriyalılar deyil, homoseksualların necə rahat olacağı əhəmiyyətli olar.
Münafiqlər özlərini çox oxuyan, çox araşdıran, xalqın bilmədiklərini bilən üstün insan kimi görürlər. Özlərini haşa Allahdan üstün görürlər.
Həqiqi hesablarında vətənpərvər, milliyyətçi, dindar görünən bəzi kəslər saxta hesabları ilə müsəlmanlar və millət əleyhinə fəaliyyət göstərirlər.
Müsəlmanlar, münafiqlərin internet yolu ilə törədə biləcəkləri fitnələrə qarşı hazırlıq görməyiblər. Buna görə də, bu üsulların ifşa edilməsi əhəmiyyətlidir.
Bu əsrdə münafiqlərin internet və smartfonlarla çox böyük fitnə törətmə imkanları olur. 15 iyul da bu fitnələrdən biridir. Gizli yazışma proqramları və saxta hesablar münafiqlərin çirkli güc qazanmasına səbəb olur. 15 iyulda bu gücün təhlükəsi görüldü.
Allah malın kasıblara paylanmasını, yalnız müəyyən zəngin zümrə arasında dövr etməməsinin lazım olduğunu bildirmişdir.
Axırzamanda, Mehdi dövründə Hələbin mühasirəyə alınacağı bildirilmişdir. (Əmir əl-möminin Əli bir xütbəsində belə buyurdu: ...Küfr əhlinin fitnəsi İslamı zəiflədər. Odu Şamı yandırar. HƏLƏBİ mühasirəyə alarlar. Heyif olar, hər tərəf viran olar, dağılar. Bəla bütün diyarları gəzib dolaşar. İlzamun Nasip, 2-ci cild)
Bəziləri nə darvinizmə, PKK-ya qarşı mübarizə aparır, nə də İslam Birliyindən, Quranın həqiqətlərindən bəhs edirlər, təkcə müsəlmanlara hücum edirlər.
Türkiyənin Suriyanın bölünməsinə qarşı bir siyasət yürütməsi lazımdır. Bir ölkənin bölünməsi bizi xoşbəxt etməz.
Dəccaliyyəti görməzlikdən gələn bəzi müsəlmanlar ucbatından İslam aləmi birlik ola bilmir. Öz başlarına fəlakət gəlmədən dəccaliyyəti anlamırlar.
Qadının gözəl və baxımlı olmasını günah kimi göstərmək bilərəkdən edilmiş şeydir. Kişi kimi görünən, tərs danışan kobud qadınlar yetişməyini istədilər. Qadınların kişi kimi və baxımsız olmasını təşviq edərək homoseksuallığı yaymaq istəyirdilər. Bu hücumlarını zərərsizləşdirdik.