Əgər Qurana əsaslanan İslam yaşansa müsəlmanların başındakı fəlakətlərin hamısı bitər.
Heç bir müsəlman; “Mən nə edə bilərəm ki?” deməməlidir. Toplu duada böyük sirlər var. Allahdan İslam aləminin birliyini istəyək.
“Dəccal haradadır ki? İslam Birliyi olmaz ki, mehdiyyətə nə ehtiyac vardır ki” deyənlər məzlumların çəkdiklərinə laqeyd yanaşırlar. Müsəlmanlar bir mənəvi lider ətrafında birləşmədikcə, təkcə Qurana bağlanmadıqca bu əzablar bitməyəcək. İdlibdəki hər uşaqdan, Rohincalı hər qadından, Aralıq dənizində boğulan hər məzlumdan bütün müsəlmanlar məsuldur.
Allah müsəlmanlara həll yolunu göstərib, “birlik olun” deyə buyurur. İslam aləmi Allahın göstərdiyi yola tabe olmadıqca həll yolu yaranmaz.
Balaca uşaqların şəhid edildiyi, məzlumların mərhəmətsizcə tapdalandığı bir dünyada müsəlman özünü prioritetli görə bilməz.
İngiltərə dərin dövlətinin təzyiqi, münafiqlər, darvinizm, bəzi müsəlmanları heç maraqlandırmır, tək dərdləri öz gələcəkləri olur. Darvinizm, materializm kimi müsəlmanların üzərindəki təzyiqin səbəbi olan mövzulardan heç bəhs etmədikləri üçün bir çox imkana sahib olurlar. Əsas həyati mövzulardan bəhs etsələr mənfəətlərinə zərər gələcəyi üçün mehdiyyət, İslam Birliyi, İngiltərə dərin dövləti kimi mövzulara heç girmirlər.
Sevəni olmayan insanlar təkcə nifrət və qısqanclıq içində qovrulur, iztirab içində həyat sürürlər. İslam tərbiyəsi almayanlar Allahın möminlərə verdiyi nemətləri qısqanarlar. Onlar qısqanclıqla əzab çəkdikcə möminlərin bərəkəti artar.
Biz dünyanın heç bir yerində tək damla qan axmasını istəmirik. Zülmün hər növünə qarşıyıq.
Dindən pul qazanılmaz. İslamı izah etmək müqabilində pul alınmaz.
İslam Birliyi yaranacaq, İslam əxlaqı dünyaya hakim olacaq, hər yer sülh və qardaşlıqla dolacaq.
Amerika üzərində İngiltərə dərin dövlətinin bir növ gizli işğalı var. Bir çox Amerika təşkilatının üzərində İngiltərə dərin dövləti hakimdir.
İsa Məsihin və Mehdi (ə.s)-ın tezliklə zahir olmasını Allahdan istəyirik inşaAllah.
Həqiqi inqilab dəccaliyyətin fikirlə bitməsi, Mehdi vəsiləsi ilə İslam əxlaqının gözəlliyinin dünyaya hakim olması ilə yaşanacaq.
Sülhsevər, demokrat olan kommunistlərə hörmətimiz var, lakin şiddəti müdafiə edən və tətbiq edənləri millət olaraq qəbul etmərik.
Hara baxsaq qızıl nisbət var, mükəmməl rəng ahəngi və nizam görürük. Allahın sənəti möhtəşəmdir. MaşaAllah.
Allah məni də, bacı-qardaşlarımızı da hz. Mehdiyə və İsa Məsihə tələbə etsin, İslam əxlaqının hakimiyyətini bizə göstərsin.
Darvinizmin əsassızlığını elmi olaraq izah edən tək əsərlər mənim kitablarımdır. Bu kitabların olduğu yerə dəccaliyyət girə bilməz.
Gücün sahibi Allahdır. İslam əxlaqının hakim olması üçün Mehdini vəsilə edəcək olan Allahdır.
Atatürk İngiltərə dərin dövlətinin oyunlarını gördüyü üçün qonşu və bölgə ölkələri ilə ittifaq etdi. Bu çox düzgün strategiya idi.
Biz əvvəlcə prezident idarəetmə sisteminə bölünmə gətirəcəyi üçün qarşı çıxdıq. Bölünməyə imkan verməyən partiyalı prezidentliyi dəstəkləyirik dedik.
Dövlət Bahçeli ağıllı düşünən, mövqe arxasında olmayan, heç bir mənfəət gözləmədən vətəni, milləti sevən bir insandır.