Sülhsevər, demokrat olan kommunistlərə hörmətimiz var, lakin şiddəti müdafiə edən və tətbiq edənləri millət olaraq qəbul etmərik.
Hara baxsaq qızıl nisbət var, mükəmməl rəng ahəngi və nizam görürük. Allahın sənəti möhtəşəmdir. MaşaAllah.
Allah məni də, bacı-qardaşlarımızı da hz. Mehdiyə və İsa Məsihə tələbə etsin, İslam əxlaqının hakimiyyətini bizə göstərsin.
Darvinizmin əsassızlığını elmi olaraq izah edən tək əsərlər mənim kitablarımdır. Bu kitabların olduğu yerə dəccaliyyət girə bilməz.
Gücün sahibi Allahdır. İslam əxlaqının hakim olması üçün Mehdini vəsilə edəcək olan Allahdır.
Atatürk İngiltərə dərin dövlətinin oyunlarını gördüyü üçün qonşu və bölgə ölkələri ilə ittifaq etdi. Bu çox düzgün strategiya idi.
Biz əvvəlcə prezident idarəetmə sisteminə bölünmə gətirəcəyi üçün qarşı çıxdıq. Bölünməyə imkan verməyən partiyalı prezidentliyi dəstəkləyirik dedik.
Dövlət Bahçeli ağıllı düşünən, mövqe arxasında olmayan, heç bir mənfəət gözləmədən vətəni, milləti sevən bir insandır.
Allahın icazəsi ilə birlik və həmrəylik içində hərəkət edəcəyik və Dəccalı hamımız birlikdə, elmlə məğlub edəcəyik.
Hörmətli Bahçeli, Başbuğun yetişdirdiyi çox dəyərli insandır, danışıqları da çox doğru və hikmətli olur.
İslam aləmini məhv edənlər münafiqlərdir. İngiltərə dərin dövləti də münafiqlərdən istifadə edər, yaltaq, alçaq adamları aldadar və xidmət etdirər.
Avropada dinsizlik geniş yayılıb, halbuki gənclər həqiqi İslamı bilsələr xoşlarına gələr, lakin ənənəvi İslam izahları ucbatından dindən uzaqdırlar.
Biz bir ailəyik, bu millət, bu vətən, bu Dövlət bizimdir, Tayyib hocama da söz dedirtmərik, İngiltərə dərin dövləti bunu yaxşı bilməlidir. Tayyib hocam igiddir, cəsurdur, onu öz aləmlərində qorxutmağa çalışanlar boşuna çalışırlar. Tayyib hocamı heç vaxt tək qoymarıq.
Allahın varlığı cənnət deməkdir, bizi sevindirər, sonsuz həyat deməkdir, bu bir insanın ən xoşuna gələcək nemətlərdən biridir.
Darvinizm, Allaha qul olmaq istəməyən, özünə ağır gələn şəxslərin sarıldığı, hər şeyi təsadüflə izah etməyə çalışan çürük iddiadır.
Türkiyəni İraq və Suriyadan betər edəcək fəlsəfi təhlükə mövhumatçılıqdadır. Buna görə də, bu mövzunun üzərində çox dayanırıq.
Hər cəmiyyətdən pis insanlar çıxa bilər, lakin yaxşı olanlar həmişə dostdur, qardaşdırlar. Musəvilər, xristianlar bütünlüklə pisdirlər demək, Qurana uyğun deyil.
YPG Avropaya verdiyi mesajda özünü guya qadın azadlığını müdafiə edən və mövhumatçılığa qarşı olan struktur kimi tanıdır. Bu yolla Avropa və Amerikadan dəstək alırlar. Türkiyə çox müasir və azad olsa, bunların bu yalanını da ortaya çıxartmış olar.
Dünyanın hər yerində bir çox insanın təbliğ edə bilmədiyi mühitdə İslamı izah edirik. Darvinist fəlsəfənin dünyanı boğmasına mane oluruq. Anti-darvinist elmi fəaliyyətimiz imanlı nəsil yetişməsinə səbəb olur. Bəzi mövhumatçı kütlələr onları necə bir bəladan qoruduğumuzu anlamır.
Mehdiyyət həyəcanı olmadıqda İslam aləmində dərin yuxu meydana gəlir.
Tayyib hocam üslubu və həyatı ilə müasir, ziyalı insandır. “Nə şiəyəm, nə də sünni” deməsi də çox böyük gözəllikdir.