Əbdülhəmid dövründə Osmanlıya darvinizm daxil oldu, İngiltərə dərin dövləti iqtisadiyyata hakim oldu, Osmanlı ən böyük torpaq itkisini yaşadı.
(A9 TV; 10 sentyabr 2016)
Həqiqi azadlıq təkcə Quranın ruhu ilə mümkün olar. Hal-hazırda dünyanın heç bir yerində tam mənada azadlıq yoxdur.
(A9 TV; 10 sentyabr 2016)
Mənəvi tərəqqi həmləsi əhəmiyyətlidir. Bunun üçün ibtidai məktəbdən etibarən mütləq milli şüur dərslərinin verilməsi lazımdır. Allahın varlığının dəlilləri, materializmin elmi əsassızlığı, Türkiyənin birliyinin və bütövlüyünün əhəmiyyəti gənclərə öyrədilməlidir.
(A9 TV; 10 sentyabr 2016)
Müsəlmanlar birdir, təkdir. Şiə-Sünni deyə ayrı-seçkilik Qurana görə düzgün deyil. Yaxın Şərqin parçalanması deyil, bir olması lazımdır.
(A9 TV; 10 sentyabr 2016)
Dərin Amerika Suriyada PKK üçün ərazi açmaq istəyir, öz aləmində Türkiyədən də bu məsələdə istifadə etməyi planlaşdırır. Çox diqqətli olmaq lazımdır.
(A9 TV; 10 sentyabr 2016)
Münafiqlərin əhatəli şəkildə başa düşülməsi İslam aləmi üçün çox əhəmiyyətlidir. Cəmiyyəti hörümçək toru kimi bürüdükləri üçün təxribatları böyük olar.
Münafiq həmişə haqsızlığa uğradığı qənaətindədir və çox şübhəçidir. Şübhə münafiqdə sanki bir xəstəlik kimidir.
Münafiq nəfsinin əleyhində bir vəziyyət yarandıqda dərhal iyrənc olar. İçindəki bütün iyrəncliyi ortaya çıxarar.
Münafiq Quran oxumaz və öz yanında Quran oxunmasından narahat olar. Münafiq əlamətlərini heç eşitmək istəməz.
Münafiq mənfəəti bitdiyi an müsəlmanların yanından uzaqlaşar. Bəzi münafiqlərin mövqe, bəzilərinin evlilik, bəzilərinin də maddi imkan umacağı var.
Münafiq əgər təkdirsə dəstəmaz almaz, namaz qılmaz. Bundan şeytani formada zövq alar. Lakin özündən şübhə edilsə dəstəmaz alıb namaz qılar.
Münafiq mənfəət hesabına görə müsəlmanların yanında qalar. Küfr əhlinin arasında rahat ola bilməyəcəksə müsəlmanların yanında mömin təqlidinə davam edər.
Müsəlmanlar necə imanla şən və xoşbəxt həyat yaşayırsa, münafiqlərində cəhənnəm əyləncəsi var. Üzü ilə mənfi enerji vermək münafiqin əyləncəsidir.
Münafiqin pis enerjisi vardır. Girdiyi hər mühitə mənfi enerji verər. Bədbəxt, alçaq, xain ruhunu həmişə üzündə əks etdirər.
Münafiq Allahdan yana olmadığı üçün xəstəliyi xroniki zəmində irəliləyər. Üzərində həmişə şeytanın pis ağırlığı vardır.
Münafiq zamanla düzəlmə əlamətləri göstərə bilər. Bu düzəlmə əlamətləri müsəlmanlar üçün aldadıcı olmamalıdır. Münafiqlik ağır xəstəlikdir.
İlan kimi hiyləgərcəsinə hərəkət etmək münafiqlərin mühüm əlamətlərindən biridir. Müsəlmanların yanına hiyləgərcəsinə gəlib, hiyləgərcəsinə gedərlər.
İslamı tanımadıqları üçün bizim sevinc içində yaşamağımızı anlamırlar. Buna görə də, İslam təkcə qocalanda yaşanacağını zənn edirlər. İslamı yaşayanda həyatın bütün gözəlliklərindən məhrum qalacaqlarını düşünürlər. Halbuki, İslamda haramlar bəllidir və azdır. Din sevincdir.
Bir-biri ilə eyni qəliblərlə danışan, keyfiyyət zəifliyi olan, kifayət qədər məlumatı olmayan insanların sayının artması mənəvi fəlakətdir. Bir az oxuyaraq, özünü təkmilləşdirərək keyfiyyətli ruh yaradıla bilər. Türkiyənin keyfiyyət məsələsində sıçrayış etməsi lazımdır.
Musəvilər peyğəmbər nəslindən gələn insanlardır. Peyğəmbər nəslindən olan insanlara kütləvi şəkildə nifrət bəsləmək Qurana uyğun deyil.
Dərin iman və həqiqi sevgidə eqoistlikdən əsər-əlamət qalmaz. Sevginin ola bilməsi üçün hörmət, dəyər vermək, Allah sevgisi və qorxusu olmalıdır.