Münafiq Allahdan yana olmadığı üçün xəstəliyi xroniki zəmində irəliləyər. Üzərində həmişə şeytanın pis ağırlığı vardır.
Münafiq zamanla düzəlmə əlamətləri göstərə bilər. Bu düzəlmə əlamətləri müsəlmanlar üçün aldadıcı olmamalıdır. Münafiqlik ağır xəstəlikdir.
İlan kimi hiyləgərcəsinə hərəkət etmək münafiqlərin mühüm əlamətlərindən biridir. Müsəlmanların yanına hiyləgərcəsinə gəlib, hiyləgərcəsinə gedərlər.
İslamı tanımadıqları üçün bizim sevinc içində yaşamağımızı anlamırlar. Buna görə də, İslam təkcə qocalanda yaşanacağını zənn edirlər. İslamı yaşayanda həyatın bütün gözəlliklərindən məhrum qalacaqlarını düşünürlər. Halbuki, İslamda haramlar bəllidir və azdır. Din sevincdir.
Bir-biri ilə eyni qəliblərlə danışan, keyfiyyət zəifliyi olan, kifayət qədər məlumatı olmayan insanların sayının artması mənəvi fəlakətdir. Bir az oxuyaraq, özünü təkmilləşdirərək keyfiyyətli ruh yaradıla bilər. Türkiyənin keyfiyyət məsələsində sıçrayış etməsi lazımdır.
Musəvilər peyğəmbər nəslindən gələn insanlardır. Peyğəmbər nəslindən olan insanlara kütləvi şəkildə nifrət bəsləmək Qurana uyğun deyil.
Dərin iman və həqiqi sevgidə eqoistlikdən əsər-əlamət qalmaz. Sevginin ola bilməsi üçün hörmət, dəyər vermək, Allah sevgisi və qorxusu olmalıdır.
PKK-ya ailənizə, ananızın isti şorbasına qayıdın deyənlər PKK-nın necə bir ideologiyası olduğunu və verdiyi fəlsəfi təhsili başa düşmürlər.
Mən heç vaxt dağıdıcı mahiyyətli tənqid etmərəm. Həmişə faydalı, həmin insanı qazanacaq şəkildə tənqid edərəm, hər zaman şəfqətli üslubdan istifadə edərəm. Biz heç kimin səhv yola daha da batmasını, yox olmasını istəmərik. Hər kəsə qazanmaq gözüylə baxarıq. Quranın əmri də budur.
Müsəlman dedikləri zaman ağıla gələn yorğun, qəmgin, həyatın gözəlliklərini bilməyən, incəsənətdən anlamayan insanlar olur. Halbuki müsəlman sevinc doludur.
İngiltərə dərin dövlətinin tərəfdarları sosial mediada bir-birləriylə üstüörtülü bir xəbərləşmə dili ilə danışırlar, diqqətlə baxan bunu görər.
Anadoluda bilinən Mövlana ilə İngiltərə dərin dövlətinin müdafiə etdiyi rumilik tamamilə fərqli olan iki şeydir. Rumilikdə homoseksuallıq vardır, şərab haşa halaldır. Məsnəvi haşa Quran kimidir və içində bir çox azğın hekayələr izah edilir. Əksər insan bu fərqli istiqaməti bilmir.
Sevgisizlik ruhunda olanlar həmişə başqalarına zərər gəlməsini istəyirlər. Halbuki başqaları üçün istədikləri zərər həmişə öz başlarına gəlir.
Bəzi sevgisiz və daşqəlbli insanlar həmişə təzyiq və ədalətsizlik olmasını istəyirlər. Türkiyə hüquq dövlətidir, hər şey qanunlara uyğun şəkildə olar.
İngiltərə dərin dövləti öz mənfəətləri üçün bölgədəki hər xalqdan istifadə etmişdir. Məzlum xalqları bir-birinə qırdırmaq üçün istiqamətləndirmişdir.
Allah mənfi və müsbət qüvvələri fikrən vuruşduraraq İslam əxlaqını hakim edir. Bu mənfi qüvvələrdən biri də Kahtanidir, qan tökəndir. Türkiyədə mənfi qüvvələrin fitnələrini görürük, 15 iyul hadisəsi də bu mənfi qüvvələrin bir fitnəsi idi. Bütün mənfi qüvvələr sonunda fikrən tamamilə məğlub olacaqlar. Həmçinin müsbət qüvvə olan mehdiyyət dünyaya hakim olacaq. İnsanlar mənfi qüvvə tezliklə yox olsun deyirlər, bu təqdirdə müsbət qüvvənin güclənməsi mümkün olmaz. Müsbət mənfinin varlığı sayəsində güclənər.
Yavaş-yavaş ziyalılarımız və yazıçılarımız da İngiltərə dərin dövlətinin fitnələrini gündəmə gətirməyə başladı. Bu dərin quruluş mütləq çökəcək. Bəzilərinin fitnənin mərkəzini görə bilməmələrinin səbəblərindən biri, İngiltərə dərin dövlətinin məharətlə özünü gizlətməsidir.
Osmanlını yıxan darvinizm olmuşdur. Əbdülhəmid dövründə Hüseyn Əl-Cisrin darvinizm risaləsi Əbdülhəmidin xəbəri olaraq hər yerə paylandı.
Açıq, yəni şəffaf cəmiyyət modeli müsəlmanları parça-parça edib həyatlarını nəzarət altına almaq üçün meydana gətirilən İngiltərə dərin dövlətinin planıdır.
Allah axirətdə bizi Qurandan məsul tutacaq. Mənə israrla xurafatlara tabe ol deyənlərin sözünə deyil, Qurana tabe olaram. Xəbərdarlıq Quran ilə edilməlidir.
İngiltərə və Amerika dərin dövlətləri özlərini çox ayıq zənn edirlər. Boşuna çalışmasınlar Türkiyənin əlinə müsəlman qanı bulaşmaz.