Dünyanı səmimiyyətsizlik, sevgisizlik bir müddət boğacaq və insanlar əvvəl-axır gözəl, rahat, hüzur içində yaşaya bilmənin tək yolunun mehdiyyət olduğunu anlayacaqlar. Mehdiyyət yeni bir gözəlliklə, çiçək kimi böyüyüb inkişaf edəcək, inşaAllah.
(A9 TV; 11 sentyabr 2013)
Atatürkün vəsiyyəti; aydın olmaq, qabaqcıl olmaq, sülhsevər olmaq, sevgi dolu olmaq, Qurana sarılmaq, İslam Birliyini istəmək, Türk-İslam Birliyini istəməkdir.
(A9 TV; 11 sentyabr 2013)
Hər şeyin gözəl tərəfini görüb gözəl danışmaq lazımdır. İnsanları kədərləndirmək qorxunc bir şeydir.
Peyğəmbərimiz (s.ə.v) "gözəl söz sədəqədir" deyir. Rəsulullah (s.ə.v) həmişə iltifat edər, könül alardı.
Qüsursuz insan yoxdur. Bura dünyadır, hər insanın qüsuru var.
Qatı dinçilik, təzyiq, kommunizm qorxunc bir şeydir. Azadlıq gözəldir. Biz insanların sevinci ilə xoşbəxt olarıq.
PKK cəhənnəmi, bəlanı müdafiə edir. Allah sevgisindən uzaqdır. Dağlarda adam öldürür. Bundan imtina etsin, xeyiri, yaxşılığı müdafiə etsin, İslam Birliyini müdafiə etsin.
Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan.
Allah səmimi insana ağıl verər. Bu açıq olan bir şeydir. Həmişə bütün peyğəmbərlərin, gözəl insanların ağıllı olduğu məlumdur.
Qurana tabe olan müsəlmanlar hər şeyi xoş qarşılamalı, hər şeyə ağılla yanaşmalıdırlar. Həyəcanla baxmamalıdırlar.
Allah insanın səmimiyyətini gördüyündə (qədərdə onsuz da bilir) ağlını daha da artırar. Səmimiyyətsiz olduğu halda isə ağlını alar və insan divanə olar, manyak kimi olar.
Bəzi müsəlmanlarda “yaşasın holdinqçilik” düşüncəsi hakimdir. Bəzilərinə görə isə müsəlmanlıq ağac əkmək, sənayeni inkişaf etdirməkdən ibarətdir.
İslam Birliyi və mehdiyyət Risalə-i Nurun özüdür.
Şübhəli, ürəyi qara, yaxşı niyyətli, dürüst olmayan, ürəyində fəsad olan, insanların yaxşılığını istəməyən, sevgiyə, məhəbbətə istək duymayan bir insanın bəsirətini, fərasətini Allah bağlayar. Hərəkətlərinin yerini bilməz. Baxışı, danışığı, məntiqi pozular. Allah yolunu bağlayar, bərəkətsizlik verər.
Qatı dinçilərin gizli dünyaları tam fərqlidir. Bu səmimiyyətsizliyi gördükləri üçün öz uşaqları belə qatı dinçilikdən iyrənir.
Biz Türkiyədə müsəlmanların parlaq simasıyıq.
Kini, əsəbi imanla aradan qaldırmaq lazımdır. Qurana tabe olan müsəlman hər şeyə məqbul, ağılla baxar. Bir insana əsəbləşmək yerinə onu qazanmağı əsas götürər.
Allah ağılı anbaan yaradır. Ağıl davamlı axar. Ağıl beynin içində durmaz. İnsanlar zənn edir ki, ağıl küp kimi mühafizə olur, elə bir şey yoxdur. Başın içi bomboşdur. Ağıl başa Allah tərəfindən çay kimi dayanmadan axar.
Həsəd edənlər üzərlərindəki bu kirdən və nursuzluqdan xilas olsunlar.
Ənənəyə əsaslanan İslam anlayışına sahib gənclərin bir qismi sola qarşı gücsüzdürlər. Ənənəyə əsaslanan İslam anlayışına sahib sağın bir qismi də, sola qarşı həmişə gücsüz olmuşdur.
Biz burada danışırıq, bundan pul qazanmırıq. Əksinə, biz Allahı izah edə bilmək, dini sevdirmək üçün pul veririk.