Dünya hakimiyyəti yeddi və yaxud doqquz il sürəcək. Artıq imtahanın mənası qalmadığı, İslamın tamamilə hakim olduğu, dəccaliyyət aradan qalxdığı üçün yeddi və ya doqquz il müddətində İslam hakimiyyəti olacaq, sonra isə hicri 1506-ci ildən tənəzzül başlayacaq.
Küfrün olması çox əhəmiyyətlidir. İnsanlar küfrün, dəccalın yoxluğunu istəyir. Lap yaxşı, amma belə olduqda imtahanın, savabın da olmaz. Buna görə də Allah dəccaliyətin ömrünü uzadır. Məsələn, dəccalın ömrü qırx ildirsə, İslam hakimiyyətində Mehdi (ə.s)-ın iman həqiqətləri istiqamətindəki fəaliyyəti də qırx ildir.
(A9 TV; 4 İyul 2012)
Adnan Oktar
-
İslamın dünyada hakimiyyəti yeddi və ya doqquz il olacaq, vəssalam. Çünki imtahan olmadığına görə Allah dünyanın davam etməsini lazım bilmir. Dünyada artıq küfr aradan qalxmış olur.
(A9 TV; 4 İyul 2012)
Adnan Oktar
-
Allah kainatı, dünyanı Mehdiyyətə uyğun şəkildə qurmuşdur. Hadisələr o istiqamətdə baş verir. Lakin insanlar səbr edib gözləyə bilmirlər. O qədər tələsirlər ki, Allah ayədə belə buyurur: "İnsan tələskən yaradıldı". Hər şey dərhal olub qurtarsın, dərhal Mehdi (ə.s) üzə çıxsın, İsa Məsih gəlsin, İslam Birliyi yaransın. İslam Birliyi yarandıqdan sonra daha savab qazana bilməyəcəksən.
(A9 TV; 4 İyul 2012)
Adnan Oktar
-
Sevgidə bütövlük vardır, həmişə birlikdə olmaq istəyərsən. Eqoistlikdə kiçilmək vardır. İNSAN EQOİST OLMASA HƏR KƏSİ SEVƏR. Özü üçün olanın hər kəs üçün olmasını istəyər. Sevgisini bölüşər, sevgini bölməz. Hər kəsə qarşı sevgi, şəfqət hissi bəsləyər.
(A9 TV; 16 İyun 2012)
Adnan Oktar
-
Məzar gözəl-çirkin bilməz, hamını eyni şəkilə salır. Torpaq simaları dəyişir. Hamı təbəssüm edən skeletə çevrilir. Təmiz torpağın altında hamı birlikdə yatır.
(A9 TV; 16 İyun 2012)
Adnan Oktar
-
Zəkalı olmamaq günah deyil, daha çox savab qazanar. Gözəl olmamaq günah deyil, GÖZƏL BİR SAVAB ALSA, ÇİRKİN ON SAVAB QAZANAR.
(A9 TV; 16 İyun 2012)
Adnan Oktar
-
Eqoistliyə, xudpəsəndliyə icazə verilmir. KÜRD PROBLEMİ DEYİL, TÜRK-İSLAM BİRLİYİ PROBLEMİ VARDIR. Bütün dünyanın ac olması əsas məsələdir.
(A9 TV; 16 İyun 2012)
Adnan Oktar
-
Zaman qavrayış formasıdır. Beyindəki inanca zaman deyilir. Zaman deyilən bir şey yoxdur. Beyin bir hadisəni digəri ilə müqayisə edir, bu müqayisədən bir inanc meydana gəlir. Biz də bu inanca zaman deyirik.
(A9 TV; 16 İyun 2012)
Adnan Oktar
-
Quranı ərəbcə dinləmək gözəldir, amma fərzə əməl etmərsən. Yəni Allahın hökmündən xəbərsiz olarsan. Çünki bilmədiyin dildədir. Siz Qurandakı hökmlərdən , mənasından sorğu-sual olunacaqsınız. Buna görə də ənənəvi düşüncədən əl çəkin. Mənasına əhəmiyyət verin.
(A9 TV; 3 İyul 2012)
Adnan Oktar
-
PKK ideologiyadan, saxta da olsa elmdən, fəlsəfədən istifadə edir. Buna qarşı elmlə, ağılla, demokratiya ilə cavab vermək lazımdır.
(A9 TV; 3 İyul 2012)
Adnan Oktar
-
Bizim bir idealimiz var: İslam Birliyi, Türk-İslam Birliyi. Qətiyyətlə, yorulmadan biz bu idealogiyamızı təbliğ edəcəyik. Bizim üçün Kürd idealı, hədəfi deyilən şey yoxdur. Onsuz da Kürd, Laz, Çərkəz, hamısı Türkiyə deməkdir.
(A9 TV; 3 İyul 2012)
Adnan Oktar
-
Elə zənn edirlər ki, sevməyə qərar versən sevə bilərsən. Amma elə deyil, sevgini Allah verməlidir. Nə qədər də istəsən, sevgi yaranmaz, sevgi taleyində olmalıdır.
(A9 TV; 3 İyul 2012)
Adnan Oktar
-
Allah qadını imana, əxlaqa yönəlmiş şəkildə yaratmışdır. İman, əxlaq görsə qarşısındakını sevə bilər. Onu görməyəndə Allah ondan o gücü alır, sevə bilmir. Yəni özü istəsə də sevə bilməz.
(A9 TV; 3 İyul 2012)
Adnan Oktar
-
Peyğəmbər dünyanın ən təvazökar, sevgi dolu və alicənab insanı idi.
(A9 TV; 3 İyul 2012)
Adnan Oktar
-
Sevgi olmasa insan heyvana dönər, iyrənc bir ət yığınından ibarət olar. Sevgisizlik çox qorxunc fəlakətdir. Dəccaliyyət, Darvinizm məhz sevgisizliyi dünyaya gətirdi.
(A9 TV; 2 İyul 2012)
Adnan Oktar
-
Sevgi olmasa cənnətin də mənası qalmaz. Sevgi olmasa din ortadan qalxar, sevgi dinin təməlidir .
(A9 TV; 2 İyul 2012)
Adnan Oktar
-
Sevgisizlik çox geniş yayılıb. HALBUKİ, ALLAHIN İNSANLARI DÜNYAYA GÖNDƏRƏRKƏN ƏN VACİB TƏLƏBİ SEVGİDİR. Allahı, insanları, heyvanları, bitkiləri sevmək, gözəl olan hər şeyi sevmək, ondan məmnun olmaq vacibdir. Cənnətdəki əsas hədəf də sevgidir. Ordakı insanları, vildanları, huriləri, Müsəlmanları sevirsən.
(A9 TV; 2 İyul 2012)
Adnan Oktar
-
İmansız, sevgisiz insanlar mənə itələyici təsir bağışlayır. Çirkli heyvan necədirsə elə. İmanlı, sevgi dolu insan isə çox gözəl olur.
(A9 TV; 2 İyul 2012)
Adnan Oktar
-
Marksizm, Kommunist düşüncə bir dindir. Kommunistlər də bir ümmətdir. Bir-birlərini hər yerdə müdafiə edərlər, qoruyarlar. İnsanların inancını ortadan qaldırmadıqca bu düşüncəni məğlub etmək mümkün deyil. Əvvəl fikirlərinin səhv olduğunu sübut etməlisən. Fikri mübarizəilə qalib gəlsən , onsuz da məsələ həll olmuşdur.
(A9 TV; 30 İyun 2012)
Adnan Oktar
-
Bunların hər biri səbəbdir: Nə görmək üçün gözə ehtiyac var, nə eşitmək üçün qulağa, nə də dadmaq üçün dilə ehtiyac vardır. Bilavasitə Allahın yaratmasına ehtiyac var. Allah necə yaradırsa, o şəkildə olur.