Mehdiyyətin dənizi yeddi dənizdən də böyükdür. Gecə-gündüz dolar. Lehinə olan da, əleyhinə olan da, hər nə olursa olsun xeyir dənizinə, mehdiyyət dənizinə axır. Elə bir şey yoxdur ki, mehdiyyət dənizinə axmasın. Getdikcə də səviyyəsi qalxır. Amma dəniz dolmadan da daşmaz.
Hər canlanma dəccaliyyətin əleyhinə, mehdiyyətin lehinədir. Zəlzələ mehdiyyətin dənizinə axar, yanardağ, ağıla gələn hər şey, ictimai hadisələr; məsələn, iqtisadi böhran mehdiyyətin dənizinə axar və mehdiyyəti santimetr-santimetr, metr-metr yüksəldər.
(A9 TV; 28 noyabr 2013)
Adnan Oktar
-
Allah sabitlik istəmir, mütləq durğunluğu pozur. Məsələn, dağı yanardağ halına salır, ərazini zəlzələ ilə hərəkətləndirir, insanı ya xəstələndirir, ya sevindirir, ya da canını alır, amma Allah hər şeydə mütləq hərəkətlilik yaradır, durğunluq yox.
(A9 TV; 28 noyabr 2013)
Adnan Oktar
-
İslam Birliyi, mehdiyyətin ruhu sürətlə inkişaf edir. Quran əxlaqı dünyaya sürətlə yayılır, qatı dinçilik aradan qalxır. Bəzi əlamətlərdən Allahın istədiyimiz gözəllikləri bütün dünyaya yayacağı aydın olur.
(A9 TV; 28 noyabr 2013)
Adnan Oktar
-
Xristianlar Papanın başçılığı altında birləşirlər. Yəhudilər baş ravvin idarəsində birləşirlər. Massonlar məşriki-azamın başçılığında birləşirlər. Müsəlmanlar? ''Müsəlmanların birləşməsinə ehtiyac yoxdur'' deyirlər. Bu mümkün deyil. Bunda bir qəribəlik, xəstəlik, səhv var. Bu dərhal düzəldilməlidir. İslam Birliyi coşğu ilə, eşqlə müdafiə olunmalıdır. Əksinə haramdır.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
"Müsəlmanın haqqı əlindən alınanda bütün müsəlmanlar ittifaq etsinlər, birlikdə ona qarşılıq versinlər və gedib qurtarsınlar. Allah “bunları sizə fərz buyurdum” deyir. Amma bunu etmirlər.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
Allah müsəlmanların mütləq bir lideri olmasının lazımlığını söyləyir. Hər qövmün lideri olduğunu söyləyir. Allah “birlik içində, bərabərlik olanda sizə bərəkət, bolluq, dinclik və güvənc verərəm, əks halda qorxu, ağrı, iztirabı daddıraram'' deyir. Eynilə baş verir. Allahın açıq hökmünü görməməzliyə vurmağın bir mənası yoxdur.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
Allah dində bölünməyi, öz aralarında məzhəblərə, camaata, qruplara bölünməyi qadağan edir. Allah Quranda müsəlmanlara xitab edərkən həmişə tək bir birliyə xitab edir.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
Allahın əmrinə əməl etmədikcə Allah vədini yerinə yetirməz. Allah ''Birləşin, bərəkət, qüvvət, güc verim. Birləşməsəniz qüvvətiniz əlinizdən gedəcək'' deyir.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
Avropa Birliyi ola bilir, kommunistlər birləşə bilir, başqa ölkələr birləşə bilir, bəs İslam aləmi nə üçün birləşməsin?
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
İslam Birliyi olmadığı üçün müsəlmanları məhv edirlər. Birləşməkdən başqa bir həll yolu yoxdur. Müsəlmanları parça-parça ayırıb, tikə-tikə udurlar. Birləşsələr uda bilməzlər. Çünki bir güc meydana gələr.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
Dəccaliyyətin bir qolu qatı dinçilikdir. Bir qolu da darvinizim, materializmdir. Dəccaliyyət iki dişlidir. Ən şiddətli qolu qatı dinçilikdir.
(A9 TV; 26 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) İslamı hikmətlə, qısa və köklü olaraq izah edəcək. Bilavasitə, ümmətin təfərrüatda boğulması vəziyyətini aradan qaldıracaq.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın yanında da onu əhatə edən məlumat olacaq. Bəzi müəllimlər kimi təfərrüatlara girərək boğulmayacaq. Özünü, hikmətini izah edəcək. Bir şeyi izah etdikdə, onu tam olaraq qısa və köklü şəkildə açıqlayacaq.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Kəhf surəsinin mühüm xüsusiyyəti də 18-ci surədir və 110 ayədən ibarətdir. 110x18=1980-cı il tarixini―hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Ayasofya yalnız hz. Mehdi (ə.s) dövründə açılacaq. Ayasofyanın açılışı hz. Mehdi (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in silaha sarıldığı, hırkasını geyindiyi zaman olacaq. Ondan əvvəl elə bir şey olmayıb, inşaAllah.
(A9 TV; 24 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın üstü 70 pərdə ilə örtülüdür. Onlar birinci, ikinci pərdəni belə aşa bilməz, görə bilməzlər, "Mehdi (ə.s) budur?" deyəcəklər. Hal-hazırda dünyada Mehdini axtarırlar. Tapa bilməzlər, əbəs yerə çalışırlar. Saxlaya da bilməzlər.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Məktəblərdə gənclər üçün çox gözəl təməl qoyula bilər. İdmana təşviq etmək deyil, idman etməyə məcbur etmək lazımdır. İnsanı öz halına buraxsan idman etməsi çox çətindir.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
İdman əslində dövlət tərəfindən icbari olmalıdır. Hər gün ən az bir saat, yarım saat idman dərsi keçirilməlidir. Sağlam gəncliyin yetişməsi üçün əhəmiyyətlidir. Yaxud gün aşırı edilə bilər. Mühüm olan gəncliyin ruhən və fiziki cəhətdən sağlam olmasıdır.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Bədiüzzaman deyir ki, "hər şeydə ifrat, ifratdır". Yəni həddindən artıqdır. "Əlaqə saxlamaqda ifrat mükəmməldir" deyir. Əlaqə saxlamaqda, yəni bir-birlərinə baş çəkməyin, görüşməyin, söhbətin çox olması mükəmməldir, gözəldir. Müsəlmanlar bir-birləri ilə görüşdə, söhbətdə ifrata yol verməlidirlər.
(A9 TV; 23 noyabr 2013)
Adnan Oktar
-
Söhbətdə bərəkət vardır. Səhabələr həmişə söhbətdə kamala çatardılar. Peyğəmbərimiz (s.ə.v) ilə on dəqiqə olsa belə söhbət edərək kamala çatardılar. Söhbət ilə bərəkət gələr və söhbətdə dua ən gözəl nemətlərdən biridir. İnsan dua ilə qidalanar.