Dekolteyə hörmət, incəsənətə təşviq, gözəlliyi ön plana almaq və keyfiyyəti yüksəltmək hökumətin prioriteti olmalıdır. Böyük şəhərlərə nail olmağın yolu budur.
Türkiyə ballistik polad kimi bütövdür. Bölünmə istəmirik. Türkiyə İslam aləminin son müstəqil qalasıdır. İslam Birliyinin ümididir. Bu qalanın parçalanmasına elmlə, irfanla icazə vermərik.
Sevgisizlik çox geniş yayılıb. Fərqli düşüncədən, fərqli partiyadan olduqda bir-birlərindən nifrət edir və bunu normal qarşılayırlar. Bu sevgisizlik düzələcək. Sevgisizlərə sevginin əhəmiyyətini öyrədəcəyik. Belə tiplər özlərini də sevmirlər. Bacı-qardaşlarımız sevgisizlərə etimad etməsinlər.
Ən böyük məqsədim sevgidir; Allahı sevmək, Allahın təcəllilərini sevməkdir.
Allah 40 ildir ki, apardığımız elmi mübarizənin qarşılığında çox gözəl nəticələr yaratdı, dindarlıq hər gün daha çox yayılır.
Allah məni də, bacı-qardaşlarımızı da hz. Mehdiyə tələbə etsin inşaAllah.
Tayyib hocam igiddir, müasirdir. Hökumətimiz də ziyalıdır. Hökumətimiz incəsənətə və keyfiyyətə üstünlük versə, qadınlara prioritet verilsə sahilboyu bölgələrdən asanlıqla səs toplanılar.
Tayyib hocamın bütün ömrü əziyyətlə keçdi, bütün həyatı gözümüzün önündədir. Onu tənqid edənlərin çoxu onun çəkdiyi əziyyətin mində birini çəkə bilməz.
Hər şeyi yaradan Allahdır. Bizim özümüz edirmiş kimi zənn etməyimiz də, Allahın sənətidir.
Taledə Türkiyənin sonu yaxşı və güclü olacaq, çətin günlərdən keçsək belə nəticə mükəmməl olacaq inşaAllah.
Allah Türkiyənin böyüməsini, İslam Birliyinin rəhbəri olmağı nəsib etsin. Ölkəmizi bərəkətlə bürüsün, bacı-qardaşlıq ruhunu gücləndirsin.
Həyat keyfiyyətli və müasir olsa ənənəpərəst bacı-qardaşlarımız da daha rahat yaşayarlar, daha hüzurlu olarlar. İncəsənətsiz həyat, ruhu və həyəcanı öldürər. Ənənəpərəst bacı-qardaşlarımız müasirliklə dinin uyğunlaşmadığını zənn etdikləri üçün boşuna əziyyət çəkirlər. Müasirlik və din iç-içədir.
İncəsənət yox olsa keyfiyyət yox olar. O zaman insanların həyəcanı, yaşama coşqusu aradan qalxar. Bu mühit heç kimi xoşbəxt etməz.
Müsəlman ölkələrindən sanki yeni istehsal olunan silahların sınaq sahəsi kimi istifadə edirlər. İslam Birliyi olmadığı üçün sel kimi qan axıdırlar.
“Əyləndiyiniz zaman Allahı zikr etməyin” məntiqi çox yanlışdır. Mömin hər mühitdə hər gözəllikdə Allahı zikr edər.
Peyğəmbərimiz (s.ə.v) öz dövrünün ən müasir insanı idi. Müasirlik, incəsənət və keyfiyyət həyatın çox mühüm ünsürləridir.
Xüsusən incəsənət və keyfiyyət çox əhəmiyyətlidir. İncəsənət, gözəllik və dekolte əleyhinə çıxdıqda, bu hal insanları narahat edər.
Müasirliyi ön plana almaq, hər düşüncəyə sahib insana hörmət etmək, dekoltelinin də, hicablının da azad olduğunu göstərmək çox vacibdir.
Təbliğ edərkən uşaqla uşaq kimi, yaşlı ilə yaşlı kimi olsan, qarşındakı insanla uyğunluq təmin edəcək şəkildə olar və İslamı belə izah edərsən. Təbliğ edəcək insanın ağıllı olması lazımdır. Bu incəliyi anlamayan insanlar təbliğ üsullarımızdakı hikmətləri də anlamırlar.
Polisimiz vətən, millət, bayraq üçün canını ortaya qoyur, əksər insan onların bu üstün cəhətini qavraya bilmir.
Kitab paylanması, kitabla edilən təbliğ çox dəyərli, qiymətli işdir. Quranı, İslamı izah edən kitab alim hökmündədir.