Tayyib hocamın bütün ömrü əziyyətlə keçdi, bütün həyatı gözümüzün önündədir. Onu tənqid edənlərin çoxu onun çəkdiyi əziyyətin mində birini çəkə bilməz.
Hər şeyi yaradan Allahdır. Bizim özümüz edirmiş kimi zənn etməyimiz də, Allahın sənətidir.
Taledə Türkiyənin sonu yaxşı və güclü olacaq, çətin günlərdən keçsək belə nəticə mükəmməl olacaq inşaAllah.
Allah Türkiyənin böyüməsini, İslam Birliyinin rəhbəri olmağı nəsib etsin. Ölkəmizi bərəkətlə bürüsün, bacı-qardaşlıq ruhunu gücləndirsin.
Həyat keyfiyyətli və müasir olsa ənənəpərəst bacı-qardaşlarımız da daha rahat yaşayarlar, daha hüzurlu olarlar. İncəsənətsiz həyat, ruhu və həyəcanı öldürər. Ənənəpərəst bacı-qardaşlarımız müasirliklə dinin uyğunlaşmadığını zənn etdikləri üçün boşuna əziyyət çəkirlər. Müasirlik və din iç-içədir.
İncəsənət yox olsa keyfiyyət yox olar. O zaman insanların həyəcanı, yaşama coşqusu aradan qalxar. Bu mühit heç kimi xoşbəxt etməz.
Müsəlman ölkələrindən sanki yeni istehsal olunan silahların sınaq sahəsi kimi istifadə edirlər. İslam Birliyi olmadığı üçün sel kimi qan axıdırlar.
“Əyləndiyiniz zaman Allahı zikr etməyin” məntiqi çox yanlışdır. Mömin hər mühitdə hər gözəllikdə Allahı zikr edər.
Peyğəmbərimiz (s.ə.v) öz dövrünün ən müasir insanı idi. Müasirlik, incəsənət və keyfiyyət həyatın çox mühüm ünsürləridir.
Xüsusən incəsənət və keyfiyyət çox əhəmiyyətlidir. İncəsənət, gözəllik və dekolte əleyhinə çıxdıqda, bu hal insanları narahat edər.
Müasirliyi ön plana almaq, hər düşüncəyə sahib insana hörmət etmək, dekoltelinin də, hicablının da azad olduğunu göstərmək çox vacibdir.
Təbliğ edərkən uşaqla uşaq kimi, yaşlı ilə yaşlı kimi olsan, qarşındakı insanla uyğunluq təmin edəcək şəkildə olar və İslamı belə izah edərsən. Təbliğ edəcək insanın ağıllı olması lazımdır. Bu incəliyi anlamayan insanlar təbliğ üsullarımızdakı hikmətləri də anlamırlar.
Polisimiz vətən, millət, bayraq üçün canını ortaya qoyur, əksər insan onların bu üstün cəhətini qavraya bilmir.
Kitab paylanması, kitabla edilən təbliğ çox dəyərli, qiymətli işdir. Quranı, İslamı izah edən kitab alim hökmündədir.
Küfr əhlinin içi həmişə nifrət dolu olduğu üçün hörmət nədir bilməzlər. İyrənc və xoşagəlməz mövzuları zarafat halına gətirərlər. Müsəlman isə keyfiyyətdən zövq alar.
İran qardaş ölkədir, dostdur. Şiələr bizim can qardaşımızdır. Müsəlmanların bacı-qardaş olması Allahın hökmüdür.
İngiltərə dərin dövlətinin Türkiyəni parçalamağı düşünən xəritəsini elmlə, irfanla qatlayıb ciblərinə geri qoyarıq. Bunu təxəyyül etməsinlər.
Mehdiyyət əleyhinə olanlar boşuna çırpınırlar. Taleyi dəyişdirə bilməzlər. Mehdiyyət taledə var, mütləq reallaşacaq.
Şeyx Nazim həzrətləri mehdiyyəti həmişə izah və müdafiə edərdi. Sultanımızın səmimi tələbələri də şövqlə, həyəcanla Mehdini gözləyirlər.
Mehdiyyətin ört-basdır edilməsi ən çox dəccaliyyətin işinə yarayar. Buna görə də İngiltərə dərin dövləti mehdiyyətə qarşıdır.
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından indiyədək müsəlmanlar Mehdini gözləmişdir. Bu gözləmə müsəlmanlara hər zaman şövq və həyəcan vermişdir.