Dəccaliyyət hiyləgərcəsinə bir təbliğat aparır, bir çox insan bilmədən bu təbliğata vasitəçi olur. Dəccaliyyət Allahın zikr edilməməsini öyrədir.
İngiltərə dərin dövləti fikri olaraq əzildiyi zaman İraq, Suriya, Liviya hər yer xilas olar.
Mehdiyyət olmadan, sevgi olmadan birlik yaranmır. Mütləq Mehdi sevgini hər yerdə cücərdəcək, bu gözəl sevgi cücərtisi hər yerə hakim olacaq.
Bütün Türkiyə İngiltərə dərin dövlətinin oyunlarını görməyə başladı. Biz gündəmə gətirdikdən sonra küçəbəküçə hər yerdə artıq bu mövzu gündəmdədir.
Müftəxor mədəniyyət getdikcə yayılır. Bir çox gənc heç çalışmadan, zəhmət çəkmədən yaşaya bilmək istəyir. Bəzi proqramlar da bunu təşviq edir. Allah sevgisi, vətən sevgisi, bölünmə təhlükəsinə qarşı səy göstərmədən səhərdən-axşama qədər boş danışıqla keçən bir həyat olmağını istəyirlər. Müftəxor proqramlarda bir cür yaşayış içərisində vuruşma, kobudluq, təcavüzkarlıq, sevgisizlik özünü ayrı bir bəla kimi göstərir.
Televole mədəniyyətində Allahı, vətəni, milləti, mənəviyyatı unudacaq və unutduracaq bir üslub hakim olur. Buna qarşı fikri tədbir alınmalıdır. Bu proqramlar müftəxor həyat anlayışı formalaşdırır. Bəziləri onları bəsləsin, onlar da heç səy göstərməsinlər. Allahdan, dindən heç bəhs edilməsin, bomboş bir dünya olsun anlayışı hakim olur. Bu anlayış vətən, millət üçün ciddi təxribatdır.
İnsanları başı aşağı edərək, gərginliyə səbəb olaraq əylənmək olmaz. Belə mühitdən sonra insanlarda ciddi mənəvi təxribat olur.
Bir çox şou və yarışma proqramında çox sevgisiz gərgin bir dünyanın təlqini verilir. Bu proqramlarda Allahı xatırladan tək söz olmur.
Allah Özünə dua edib yaxınlaşmağımızı, yaxın əlaqədə olmağımızı istəyir. Bəqərə surəsi, 152-ci ayədə: "Elə isə (yalnız) Məni yad edin ki, Mən də sizi yad edim! və (yalnız) Mənə şükür edin və (əsla) nankorluq etməyin" deyə bildirir.
Bir insan, qəlbinin Allahın zikriylə mutmain (rahat) olacağına inanmırsa, nə etsə də sıxıntı onu boğar, tək qurtuluş Allahın zikriylədir.
Allah nankorluqdan nifrət edər. Allahı aldatmağa cəhd edənin, küfrə heyran olanın Allah bəlasını verər.
Sevgi, dərinlik, ehtiras, eşq və keyfiyyətdən anlamayan, estetika və gözəllikdən zövq almayan insanları da öyrətmək lazımdır.
Əbdülhəmid də insandır və xətalar etmişdir, lakin heç kim Əbdülhəmidi təhqir edə bilməz. Biz o dövrdəki səhvlərin təkrarı olmasın deyə danışırıq.
Əhd Sandığı Təbəriyə gölündə heç əldə edə bilməyəcəkləri yerdə gizlənmişdir, vaxtı gəldikdə tapılacaq və açılacaq. Təbəriyə gölündəki 60 metrlik daş yığını altında Müqəddəs Sandıq gizlədilibdir. Əhd Sandığı Mehdi dövründə Təbəriyədən çıxardılacaqdır.
İran, Suriya, İraq, Hindistan, Pakistan hamısı əzilir, lakin heç biri də çıxıb İngiltərə dərin dövlətinə qarşı birləşək demirlər.
Səudiyyə Ərəbistanında hər əsrdə bölünmə və qiyamlar olmuşdur. İndi yeni biri üçün hazırlıq işləri görülürmüş kimi görünür. Ərəbistanı bölməyə çalışaraq öz aləmlərində daha asan idarə edəcəklərini düşünürlər.
Bütün dünya müasirlik, keyfiyyət, estetika və incəsənət istəyər. Mövhumatçıların dünyasında isə keyfiyyət, estetika, incəsənət və gözəllik yoxdur.
Mehdinin kim olacağını Allah seçir. Saxta mehdilərlə və ya mehdilik tələbləriylə İslam Birliyi reallaşmaz.
Amerika və İngiltərə sanki tək dövlətdir. Amerika, İngiltərənin bir cür əyaləti kimidir. Amerika siyasəti üzərində İngiltərə dərin dövləti təsir sahibidir.
Mehdiyyət tövsiyə məqamıdır. Hər tövsiyəsi yerinə yetirilər, lakin zorla deyil sevgiylə. Hz. Mehdi sevgi müəllimi olduğu üçün hər sözü yerinə yetirilər.
Mehdiyyətin siyasət hərisliyi yoxdur. Mehdiyyətin əsas vəzifələrindən biri dünyada ədalət, sevgi, şəfqət, incəsənət və keyfiyyəti yaymasıdır.