Amerika və İngiltərə sanki tək dövlətdir. Amerika, İngiltərənin bir cür əyaləti kimidir. Amerika siyasəti üzərində İngiltərə dərin dövləti təsir sahibidir.
Mehdiyyət tövsiyə məqamıdır. Hər tövsiyəsi yerinə yetirilər, lakin zorla deyil sevgiylə. Hz. Mehdi sevgi müəllimi olduğu üçün hər sözü yerinə yetirilər.
Mehdiyyətin siyasət hərisliyi yoxdur. Mehdiyyətin əsas vəzifələrindən biri dünyada ədalət, sevgi, şəfqət, incəsənət və keyfiyyəti yaymasıdır.
Dünyada çox böyük hadisələr olacaq. Bütün bu böyük hadisələrin ardınca mehdiyyət dünyaya Günəş kimi doğacaq inşaAllah.
Hz. İsa Tövrat, İncil və Quranı əzbər biləcək. Allah hz. İsaya heyrətamiz yaddaş gücü vermişdir.
Allah hz. İsanı hamımıza çox sevdirir. Gözəl əxlaqını, təmizliyini, yaraşıqlılığını, ağlını, fədakarlığını çox sevirik.
Mehdiyyət iddia deyil, sübutdur. Allah taledə təqdir etdiyi Mehdini çıxardar. Mənim heç vaxt mehdilik iddiam olmadı, olmayacaq.
İnsanların əksəriyyəti bəktaşiləri elə də tanımır. Tanısalar çox hörmət və sevgi duyarlar. Bəktaşilər sevgi insanıdırlar.
Axırzamanla əlaqədar hədislərdə bildirilən hadisələr eynilə gerçəkləşir. Xəbər verilən hadisənin gerçəkləşməsi hədisin doğruluğunu göstərər.
Rəsulullah (s.ə.v) şəxsinə edilən bütün cinayətləri, sui-qəsd cəhdləri də daxil olmaqla, bağışlamışdır.
Qısqanan insan qısqandıqca çirkinləşər, bərəkəti gedər. Qısqanılan insan isə gözəlləşər, bərəkət tapar.
Dəccal, Süfyan və Kahtani Mehdiyə zəmin hazırlayan qüvvələrdir. Kaht bəla, yoxluq, qıtlıq mənasındadır. Kahtani qan tökən fəaliyyətdir.
Osmanlı dövründəki kimi qardaş xalqlarla yenə qardaşcasına birlikdə yaşamaq istəyirik. Sərhədlərin aradan qalxması dedikdə pasport və vizanın ləğv edilməsini nəzərdə tuturuq. Sərhədlər aradan qalxsın deyildiyi zaman, o torpaqların xalqlarının mədəniyyətlərinin, inanclarının, dillərinin, həyatlarının zərər görməsini əsla istəmirik. Tam əksinə birlikdə qardaşcasına sevgi içində yaşayaq, birlikdə bolluq və bərəkət tapaq, aramızda pasportlar və vizaların olmamasını istəyirik.
Əbdülhəmid digər bir çox Osmanlı sultanı kimi İngiltərə dərin dövləti tərəfindən əzilmişdir. O dövrdəki təxribatları görüb düzəltmək əhəmiyyətlidir. Əbdülhəmidin şəxsinin əzilməsini, təhqir edilməsini qəbul etmərik. Lakin o dövrdə törədilən təxribatı bilməliyik ki, düzəldilsin.
Osmanlıda nəşr edilən darvinist kitablardan bəhs edərkən Əbdülhəmiddən bir neçə il sonra nəşr edilən kitablardan da bəhs etdik. Bu, o dövrlərin vəziyyətini göstərmək üçündür. Əbdülhəmid dövründə başlayan darvinist təbliğat bütün sürətiylə davam etmişdir. Bunu tarixlərini verərək qeyd etdik.
İngiltərə dərin dövlətinin elə dərin əhatəsi vardır ki, biz də əksər planını yeni-yeni görürük, hamısını tək-tək ortaya çıxardacağıq.
Bəzi ədəbsiz rahibə heykəllərini düzəldənlər öz aləmlərində iman gətirmiş qadınları lağa qoymağa çalışırlar və bunu da incəsənət adı altında edirlər.
Dəccaliyyət öz aləmində lağdan, müsəlmanlara yuxarıdan aşağı baxmaqdan istifadə edərək fəaliyyətlərini icra edər, bunu da hiss etdirmədiyini düşünər. Dəccaliyyət Allahın nəzarəti altındadır və məğlub olacaq.
Bəzi portretlərlə, şeirlərlə, romanlarla və ya heykəllərlə dinsizlik təbliğatı aparılır. Bəziləri burdakı təhlükəni görə bilmir. Bəzi heykəllərdəki dini fiqurlara əlavə edilən dinsizlik təbliğatı məqsədli təfərrüatlarla xristianların şüur altını korlamağı qarşılarına məqsəd qoyurlar. Dini fiqurlardan istifadə edərək öz aləmlərində lağ edənlər və Allahın hökmlərinə üsyan etdirməyi qarşılarına məqsəd qoyanlar bunu gizli üsullarla edirlər.
Müşrik, münafiq, hər kim olsa da tövbə etsə Allah tövbəsini qəbul edəcəyini söyləyir. Allahın rəhmətindən ümid kəsən üslubdan qaçmaq lazımdır.
Allah əfv edəndir. Münafiqlər, kafirlər tövbə etdikləri zaman da Allah bağışlayır. Ona görə də ümidsiz üslub işlətmək uyğun olmaz.