Mənim üçün ən yaxşı insan Allahın rizasına ən çox tabe olan insandır.
Bir insanın ən dəyərli zamanı Allahı ən çox sevdiyi, bütün diqqətini Allaha yönəltdiyi zamandır.
Kədərli insanların arabesk musiqi dinləməsi dərin travmalara səbəb ola bilər. Kədər olduqda Allaha sığınıb sevinc istəmək lazımdır.
Bütün insanların sevgiyə ehtiyacı var. Xüsusən əqli cəhətdən əlil qardaşlarımıza çox güclü şəfqət və mərhəmət göstərilməlidir.
Bir hədisin doğru olması üçün Qurana uyğun olması və ya hədisdə bildirilən hadisənin reallaşması lazımdır. O zaman bu hədisə güvənə bilərik.
Heyvan sevgisi çox mühümdür. İnsanların bir qismi heyvanları sevməyin qiymətini və gözəlliyini hələ yeni anlamağa başladı.
Kiprdən torpaq istəmək, həm Kipr türk xalqına, həm də millətimizə təhqirdir. Heç kim bu cür təklif belə irəli sürməməlidir.
Qadınlara qarşı bəzi yerlərdə mərhəmətsiz qaydalar tətbiq olunur. Qadınlara lazım olan hörmət və dəyərin verilməsi mehdiyyətlə mümkün olacaq.
Hər kəs bir-birini çox sevsə, qadınların üstündəki təzyiq, gərginlik aradan qalxsa, cənnət kimi mühit olar və insanlar da xoşbəxt yaşayarlar.
Allah imtahan olaraq bəzən xəstəliklər versə də, həqiqi imana əsaslanan sevincdə insanlar çox sağlam olarlar.
Bel ağrıları, dəri pozğunluqları, saç tökülməsi kimi xəstəliklərin səbəbi ümumiyyətlə kədər və stressdir. İmana əsaslanan sevincdə orqanizm müdafiəsi güclənər.
Allah ən yüksək sevgini istəyər. Dünyadakı çətinliklər istənilən bu sevgi səviyyəsini yüksəyə qaldırmaq üçündür. İnsanlar Allaha tam diqqətlərini versələr əslində çətinlik də yaşamazlar.
Dünyada cənnəti də xatırladan xüsusiyyətlər var, cəhənnəmi də. Allah çətinliklər yaradaraq Özünü xatırladar.
Dünyadakı imtahan çox çətindir. Allah güclü sevgi yaranmasını istəyər, buna görə də, çətinliklər yaradar.
Möminlərin imanları ölümdən sonra da davam edər, Allahın onları əbədi yaşadacağına iman edərlər, şüurlu şəkildə gözəl rəftarları davam edər.
Ölümdən sonra iman edənlər heç bir çətinliklə qarşılaşmaz, ən kiçik qorxu və gərginlik yaşamazlar, inkar edənlər isə böyük qorxu yaşayarlar.
İman edənlərə şeytanın mənfi təsirləri, vəsvəsələri təsir etməz.
Şeytan insana hər tərəfdən yaxınlaşar, hər yerdədir, lakin təsiri zəifdir, insanlara pislik təlqin edər, lakin iman edənlər onu dinləməzlər.
Şeyx Nazim həzrətləri çox şirin idi, Allah qəni-qəni rəhmət eləsin.
Hz. İsa (ə.s) Allahın Hayy isminin təcəllisidir.
Hz. İsa və hz. Mehdi gəldi, lakin son ana qədər bəlli olmayacaqdır, Allah onu bir plan daxilində gizli saxlayacaq, ən sonunda ortaya çıxacaq. Hz. Mehdinin vəfatından sonra İsa Məsih təbliğ fəaliyyətinə davam edəcək.