avatar

Adnan Oktar

Daha böyük xurafatçı, kiçik olan xurafatçını boğa biləcək gücdə olur, boğmaq istəyir. Onlar bir-birilərinə də düşməndirlər, bir-birlərinə nifrət edirlər, aralarında çox böyük rəqabət vardır.
A9 TV; 22 May 2012
avatar

Adnan Oktar

Haşa, Hz. Mehdi (ə.s) olaraq xurafatçılar özlərindən yüz qat daha azğın xurafatçı gözləyirlər. Halbuki, HZ. MEHDİ (Ə.S) XURAFATI YIXMAĞA GƏLİR. İnsan kimi, Müsəlman kimi yaşayacağımız sistemi gətirir. Hz. Mehdi (ə.s) vəsilə olur .
A9 TV; 22 May 2012
avatar

Adnan Oktar

Atatürk bütün uydurmaları, pisliyi geniş şəkildə ortadan qaldırmışdır. Hz. Mehdi (ə.s) da sonuncu elmi mübarizəni aparacaq. Müşriklərin pisliyini yer üzündən tamamilə qaldırmaq üçün elmi mübarizə aparacaq.
A9 TV; 22 May 2012
avatar

Adnan Oktar

Atatürk dəqiq Hz. Mehdi (ə.s) qabaqcılıdır. Yəni Atatürk olmadan Hz. Mehdi (ə.s)-ın çıxması qeyri-mümkündür. Əvvəl Atatürk, sonra Hz. Mehdi (ə.s) zühur edər. İkisi birlikdə İslam Birliyini meydana gətirən bir gücdür.
A9 TV; 22 May 2012
avatar

Adnan Oktar

MÜŞRİKLƏR ANTİ-MEHDİDİR. ONLAR MEHDİNİ QƏBUL ETMƏZ. Müşriklərin hər biri özünü ilah kimi görər, haşa. Onlar krallıqlar şəklində ayrı-ayrı yaşayarlar. Yəni üzərilərində bir güc olmasını qəbul etməzlər. Buna görə də (ə.s)-ı, Hz. İsa Məsihi əsla qəbul etməzlər.
A9 TV; 22 May 2012
avatar

Adnan Oktar

Kommunizm təkcə təzyiq göstərir . Çünki kommunizm zorla iqtidara gələ biləcəyini düşünür. Qarşısına sən amansız bir güc çıxarsan, məsələ bağlanar. Amansız güc nədir? Türk İslam Birliyidir.
A9 TV; 21 May 2012
avatar

Adnan Oktar

Allah Dəccaliyyəti müxtəlif adlar altında azğın hala gətirir ki, Müsəlmanlar bir-biriləri ilə qardaş olsun, bir-birilərini sevsinlər, güvənsinlər. Nizamsızlıq və dəlalət getdikcə dünyanı bürüyür. Müsəlmanlar əzmlə, səbrlə bu dəccal gücə qarşı gözəlliklə, sevgi ilə cavab verib, qalib gələcəklər, inşAllah.
A9 TV; 21 May 2012
avatar

Adnan Oktar

"Nə olacaq halımız" o düşüncə ilə, ümidsizliklə, bacarıqsızcasına hərəkət etsən itirərsən. Allah ümidvar olaraq, güclü olaraq qərarlı olsan müvəffəq edər. Bu, Allahın qanunudur, inşAllah.
A9 TV; 21 May 2012
avatar

Adnan Oktar

Türkiyə sanki Darvinizmin qalası idi, indi isə iman qalası oldu, əlhəmdülillah. Çünki Hz. Mehdi (ə.s) buradadır.
A9 TV; 21 May 2012
avatar

Adnan Oktar

Türk-İslam Birliyi qurulduğu zaman "PKK harada?" deyə məndən soruşacaqsınız. Bunun üçün xüsusi bir əməliyyata ehtiyac da qalmayacaq. Türk-İslam Birliyi qurulduğu zaman PKK kökündən məhv olmağa başlayacaq.
A9 TV; 21 May 2012
avatar

Adnan Oktar

İstədikləri can olsun, hər birimiz şəhid olmağa hazırıq. Şəhidlik cənnət, gözəllik mövqeyidir. Şəhidlik bu dövlətin, torpaqların möhürüdür. Bizə məxsus olduğunu bildirmək üçün möhürləyirik.
A9 TV; 21 May 2012
avatar

Adnan Oktar

Türkiyə yetmiş milyondur. Yetmiş milyonu, söz bir Allah bir, şəhid olmadan o torpaqları vermərik. Bunu unudmalıdırlar.
A9 TV; 19 May 2012
avatar

Adnan Oktar

Bütün Peyğəmbərlər zəngin olub. Hamısının vəziyyəti yaxşı olub. Çünki kasıblıq gücsüzlük gətirər. Gücsüzlük də bir Peyğəmbərə yaraşmaz.
A9 TV; 19 May 2012
avatar

Adnan Oktar

İslam əxlaqını aradan qaldırmaq üçün xurafatçılardan daha güclü bir cərəyan yoxdur.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

Bərabərlik hissini Mehdiyyət yaradar, vəsilə olar. Ədalət islahatının haqqını ödəyən də yenə Mehdiyyətdir. Bütöv, həqiqi ictimai ədalət Mehdiyyət dövründə hər cəhətdən bərqərar olacaq.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

İnsana sıxıntı verən şeytandır. Bu öz-özündən meydana gəlməz. Şeytan mənfi enerjidən istifadə edərək, yaxud buna bənzər insanların bilmədiyi bir əsatir varlığını, maddəni istifadə edərək bunu əldə edir. Quran buna işarə edir, inşAllah.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

Susuzluq da insana pis təsir edər. Şeytan insanın bədəninə mənfi enerji gücü ilə yüklənər. Su daxildəki enerjini alar. Yuyunarkən su bədənin xaricindəki elektriki məhv edər. Hərəkət etdiyi zaman, ayağını yerə vurarkən də bədənindəki enerji sürətlə boşalar və insan rahatlanar.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

Xurafatçılar deyir ki, "Küfrün əmələ gətirdiyi bir əşya, yaxud pozğun insanın hazırladığı əşya, paltar və yaxud avtomobil, hər hansı bir vəsait, ev istifadə edilə bilməz". Allah isə deyir ki, Hz.Süleyman üçün "Şeytan ona hər cür əşyanı hazırlayırdı". Hz. Süleyman da onları istifadə edir. ƏŞYADA BİR GÜNAH YOXDUR. GÜNAH ŞEYTANDADIR . ƏŞYA QƏNİMƏTDİR, TƏMİZDİR.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

Şeytan Allaha düşməndir, pozğundur, əxlaqsızdır, küfr içindədir, hər cür pozğunluq şeytanda vardır. İnsanları da hər cür pozğunluğa çəkmək istəyər. Amma Hz. Süleyman (ə.s)-a əşya hazırlayır. Hz. Süleyman da onun hazırladığı əşyadan istifadə edir. Bu artıq qənimətdir.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

BİZ MAL SEVGİSİNİ RƏBBİMİZİ ZİKR ETMƏK ÜÇÜN SEÇİRİK. İslama, Qurana xidmət etməkdə təsiri böyük olduğuna, insanlara müsbət təsir etdiyinə görə, insanların Allahın nemətlərini öz üzərlərində görməkdən məmnun olduqları üçün, Müsəlmanların gücünü gördükləri zaman Müsəlmanlara qarşı sevgiləri artdığı üçün seçirik.
A9 TV; 18 May 2012
avatar

Adnan Oktar

Mürtəcelik Darvinizmin fəlsəfəsidir. Sən Köhnə Misirə, Şümerlərə qədər gedə bilərsən. Onların mürtəce, təsadüfə söykənən düşüncələrini elm kimi qəbul edib faydalanırsan.
A9 TV; 17 May 2012
PAYLAŞIN
logo
logo
logo
logo
logo