Hərbi tədbirlər terrora çarə ola bilməz. Çarə yalnız elmlə, fəlsəfə ilə, sevgiylə mümkündür.
(A9 TV; 18 Sentyabr 2012)
Adnan Oktar
-
Qadın çox gözəl, cazibədar, iffətli olmalıdır. İnsanlar da onlara dəyər verib hörmət göstərməlidir. Belə cəmiyyət gözəl olar. Xanımları alçaq hesab etmək ağılsız hərəkətdir.
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
Qadınlar həm gözəl, həm də iffətli olmalıdır. Heç kim qadınları narahat etməməlidir. Elə bir cəmiyyət yaranmalıdır.
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
İbadəti göstəriş xatirinə etmək olmaz. İbadət ictimai olmalıdır. Onu gizlətməyə ehtiyac yoxdur. Təşviq edici olmalıdır. Namaz, zəkat ictimai olmalıdır. Əgər hər hansı birliyə, bir yerə verirsə, açıq-aşkar versin. Bir məscidə verirsə, fərz olsun hamı bilsin. Çünki burda nümayiş ediləcək nəsə yoxdur, əksinə təşviq vardır.
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) çıxmazsa, bəla yağış kimi dünyaya yağar və yağır da. Bunu mən deyil, peyğəmbərimiz (s.ə.v) deyir. Uğursuzluq dünyanı bürüdü. Mehdi (ə.s)-dan başqa qurtuluş yolu yoxdur.
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
Bir xurafatçı üçün şiddət onsuz da din, dinin gərəyi deməkdir. Əvvəlcə xurafatçı ideologiyası aradan qalxmalıdır. Xurafatçı fikrin aradan qalxması üçün məzhəblər ləğv olunmalıdır. Onda Mehdiyyətdən başqa heç bir çıxış yolu yoxdur. İslam aləmi Mehdi (ə.s)-ın şərhindən başqa heç bir liderin şərhini qəbul etməz.
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
Dövlət Darvinist- materialist təhsili dayandırmalıdır. Bu, uğursuzluq gətirir, Allahın narazılığına səbəb olur. Doğru, elmi məlumat verin.
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
Bədiüzzamanı Mehdi kimi göstərmək cəhdinin arxasında İslam Birliyinə maneə törətmək istəyi vardır. Çünki Bədiüzzamanı Mehdi olaraq göstəməkdə məqsəd budur: "Baxın, Mehdiniz gəldi, amma İslam hakim olmadı".
(A9 TV; 15 Sentyabr 2012)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) tələbələri bir-birinə bənzəyər. Biz də hz. Mehdi (ə.s) tələbəsiyik və bir-birimizə oxşayırıq.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Müsəlmanın xüsusiyyəti belədir ki, əxlaqsızlara, yalançılara qarşı mübarizə aparar. Sən də bunlara qarşı elmlə, Quranla mübarizə aparmalı, səbirli olmalısan.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Allahı sevən yəhudiləri və xristianları da həmişə dəstəkləyəcəyik. Allahı sevən müsəlman, ələvi, bektaşi hər kim olursa olsun, əhli-qiblə olan bütün bacı-qardaşlarımızı başımızın tacı edirik və edəcəyik də, inşaAllah.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Quranı bizə təfsir edən, eyni zamanda, qeybdən Allahın diləməsi ilə məlumat verən insandır. Allah peyğəmbərlərə qeybdən məlumat verəcəyini söyləyir və vermişdir. Onların dedikləri həmişə doğru çıxar. Kim inkar edirsə etsin. İnkar etməsi heç nəyi dəyişdirmir.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Əsgər müqəddəsdir, əsgərə söz demək olmaz. Sevgi, məhəbbət, səmimiyyət göstərilməli, dəstək olunmalıdır. Türk ordusu polad kimidir, adi ağcaqanad vızıltısından narahat olmaz.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Əsgərimizə söz atanlar, hörmətsizlik edənlər böyük günah qazanırlar. Əsgər mübarəkdir, onlar Allah rizası üçün canlarını ortaya qoyurlar.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Xarici İşlər Naziri cənab Əhməd Davudoğlu kimi biri respublika tarixində yoxdur. Çox möhtəşəm, Allaha, Kitaba özünü təslim etmiş mömin, müttəqi, Türk-İslam Birliyi aşiqi mübarək insandır.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Siz elə zənn edirdiniz ki, rəqsi, musiqini, sənəti, elmi müsəlmanların əlindən alacaq, müsəlmanları məzhəblərə ayıracaq, bir-biriləri ilə toqquşduracaqsınız və müsəlmanları öldürəcək, yox etdirəcəksiniz. Biz bu oyununuzu da pozduq.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Hz. Davud da rəqs edirdi. Bu Tövratda var. Hətta o dövrdə həsəd ediblər. Bir qadın onun rəqsinə həsəd edib. Rəqs də, musiqi də cənnətdə olan gözəlliklərdir.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Mehdi (ə.s) olmadığı üçün yarım milyard saxta Mehdi çıxır. Həqiqi olmayan Mehdilər meydana gəlir. Alimlərin böyük bir hissəsi özünü Mehdi kimi gördüyü üçün əsl Mehdi (ə.s)-ın çıxışını istəmir.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada və başqa yerlərdə Darvinizm təbliğ edilir. Bu İslama təhqirdir, "Allah yoxdur", "Peyğəmbər yalan söyləyir", "Quran yalandır" deyirlər. Bu təhqirdir. Əvvəlcə bu fitnə, büt― Darvinizm-materializm bütü aradan qalxmalıdır.
(A9 TV; 14 Sentyabr 2012)
Adnan Oktar
-
Bədiüzzaman Mehdi (ə.s)-ın çıxışının Cənabı Allahın İlahi qəzəbini dayandıracaq bir gözəllik olduğunu deyib. Ona görə dünyanın hər yerində Mehdiyyət, İslam Birliyi gündəmə gətirilməlidir.