Kommunist sistemdə onsuz da ailə yoxdur. Uşaq dövlətindir. Darvinist-materialist təhsilə son qoyulmadıqca, kommunizmin səhvləri izah edilmədikcə, milli şüur gənclərimizə ətraflı şəkildə tədris edilmədikcə bu bəlaların ardı-arası kəsilməz.
(A9 TV; 4 iyun 2014)
Adnan Oktar
-
Cənub-Şərqdə PKK-ın istifadə etdiyi həmyerlilik siyasətinə qarşı, İslam siyasətinin yeridilməsi lazımdır. Çünki İslam çox yüksəkdir. Həmyerlilik damarı onunla müqayisədə çox aşağı səviyyədə durur. Xalq da çox dindar olduğu üçün Cənub-Şərqdə bu yolla müvəffəqiyyət qazanmaq olar. Əks təqdirdə uğurlu olmaz.
(A9 TV; 4 iyun 2014)
Adnan Oktar
-
PKK ilk öncə qorxudurdu, dəhşət və şiddətlə özünə zəmin yaratdı, amma hal-hazırda kürdlərə sevgi və şəfqət, həmyerlilik ruhu ilə yaxınlaşır. Eyni şəkildə dövlətimizin də imanla, Quranla, Quran əxlaqı ilə, mehribanlıqla və mömin qardaşlığı mövzusunu ətraflı şəkildə istifadə edərək kürd qardaşlarımıza yaxınlaşmalıdır.
(A9 TV; 4 iyun 2014)
Adnan Oktar
-
PKK-ın dağda verdiyi təhsilə əvəz olaraq gənclərimizə də mütləq siyasi təhsil verilməli, vətən, millət sevgisinin möhkəmləndiyi, bölünməyə qarşı qərarlı, darvinizmə, materializmə qarşı, kommunist təhlükəni dərk edən, kommunizmə necə cavab verəcəyini bilən, PKK-ın Stalinist nəzəriyyəsini yerlə-yeksan edən təchizata sahib, bölünməyə qarşı bütün informasiya ilə təmin edilmiş, siyasi mədəniyyəti yüksək səviyyəli gənclər kimi yetişdirilməlidir.
(A9 TV; 3 iyun 2014)
Adnan Oktar
-
PKK-lılar həm siyasi təhsil alırlar, həm də siyasi təbliğatı əsas götürürlər. Cənub-Şərqdə böyük Kürdüstan qurmağın xəyalındadırlar. Bizim gəncliyimizin də böyük hissəsi evlilik hazırlığındadır, bir qismi də zəngin olmağın arxasınca düşüb.
(A9 TV; 3 iyun 2014)
Adnan Oktar
-
Ələvi qardaşlarımız əfəndilər əfəndisi, çox gözəl əxlaqlı, sadə insanlardır. Qatı dinçiliyə qarşıdırlar, sevgi dolu, nəzakətli, çox yetkin, arif insanlardır.
(A9 TV; 3 iyun 2014)
Adnan Oktar
-
Cənub-Şərq getdikdən sonra şəhid verməməklə öyünməyin bir mənası yoxdur. Təki şəhid verək, hamımız şəhid olaq, amma bu vətən bölünməsin. Şəhidlik böyük bir mərtəbədir, nemətdir.
(A9 TV; 3 iyun 2014)
Adnan Oktar
-
Xurafatda, qatı dinçilikdə bir gün estetikadan, sevgidən bəhs edən yazı tapa bilməzsiniz. Bir dəfə də olsun sevgidən bəhs etməzlər. Sevgi onlara xoş gəlməz.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
Xurafatçıya baxın, Allah ondan neməti çəkib almışdır. Xurafatçı sürünən adamdır, kasıbları tənzih edirəm. Məsələn, kasıb olsa da baxımlı, təmiz, gözəl olar. Amma xurafatçılıqdan qaynaqlanan nemət əldə etmək xurafatçılarda necədir? Çirkli və mənfur olmaları ilə, çirkinlikləri ilə müşahidə edilir.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
Estetikanın, gözəlliyin sahibləri, qadınları sevənlər dünyaya hakim olar. Qatı dinçiliklə daha yaxşı nəticə alınacağını zənn edir. Qatı dinçiliklə heç nə əldə edəməzsin.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
Müsəlman Qurana tam sarılsa, Qurana görə hərəkət etsə yaranan gözəllik onsuz da insanı hipnoz edər. Hər insan o cur həyat yaşamaq istəyər.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
Necə Allahı zikr etmək bir dəfə ilə bitmirsə, sevgi sözləri də elədir, dəfələrlə təkrar edilər. O insanın ürəyində rahatlıq yaradar. Sevgini artırar, ürəyi açılar.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
Gözəl sözdə tutum olmaz. Təkrarlanmış da ola bilər. Sevgi onsuz da təkrarlanandır. Təkrar-təkrar deyilməsi lazımdır. Məsələn, "səni sevirəm" ömürdə bir dəfə deyilməz, dəfələrlə deyilər.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
İnsanlar sevgini harada görsə ona tərəf dönərlər. Sevgi dünyanın ən böyük nemətidir, ən böyük gücüdür.
(A9 TV; 2 iyun 2014)
Adnan Oktar
-
Din siyasətə xidmət etməz, siyasət dinə xidmət edər. Biz siyasəti dinə xidmət etdiririk. Siyasət yalnız bir xidmətçidir. Din Allahın qanunudur. İstəsə də, istəməsə də hər kəs dinə xidmət edər.
(A9 TV; 31 may 2014)
Adnan Oktar
-
Nəfs, qısqanclıq və eqoizm nəticəsində bədəndə anormal hərəkətlər baş verir. Bir zərər vermədiyini zənn edir. İnsanı məhv edər. İntihar edənlərin təhrikedici gücü nəfsdir. Onları dəli edib intihara sövq edir. Cinayətdə də nəfsə uyğun olduğu üçün cinayət törədir.
(A9 TV; 31 may 2014)
Adnan Oktar
-
Allah ilk öncə nəfsə təcavüzkar, qeyri-normal, yanlış duyğuları verir, amma ondan qorunmağın yollarını da Quranın xətti ilə göstərir. Onsuz da imtahan sisteminin əsasında bu dayanır. Nəfsə olduqca təhlükəli baxıb, ayıq və diqqətli olmaq lazımdır. Hər şeydə Allahın rizasının ən çoxu nədir, onu axtaracağıq.
(A9 TV; 31 may 2014)
Adnan Oktar
-
Nəfs üçün müsbət iş görülməz. Nəfs təmizə çıxarılmaz. Dayanmadan pisliyi əmr edən bir güc insanın ruhunda aktiv olaraq hərəkətdədir.
(A9 TV; 31 may 2014)
Adnan Oktar
-
İnsanlar nəfsə əhəmiyyət vermirlər. Halbuki, nəfs insanın içində yerləşdirilmiş xüsusi güc, mənfi bir gücdür. Allah verməsin insanı dəli edər, cinayətə, intihara sövq edə bilər. Bütün bu fəlakətlər, bəlalar həmişə nəfsin təsiri ilə olur. Bir zərərinin olmayacağını düşünər. Nəfs səni sürüyər, boğar.
(A9 TV; 31 may 2014)
Adnan Oktar
-
Müsəlmanın özünü duaya verməsi lazımdır. Amma yorucu dua olmaz. Quranda dualara baxın. Peyğəmbərlərin duası həmişə qısadır. "Rəbbim elmimi artır" (Ta ha surəsi, 114)―bu qədər. Qısa, lakin bənzərsizdir. "Rəbbim məni doğru yoldan ayırma"―deyir. "Saleh əməllər görməyi nəsib et".