CHP-nin edəcəyi ən yaxşı iş xalqın, Anadolu xalqının, millətin ruhuna xitab edən ruh olar.
Allah qorxusundan ağlamaq başqa, həyəcandan ağlamaq başqadır. Amma birisi "Bu niyə belə oldu?"― deyə ağlayırsa, bu şirk olar.
Hər gün insan ölür. Biz dünyadayıq, imtahan mühitindəyik. Hər gün xəstələnən insanlar olur. Matəmi haradan çıxarırsan? Quranda yoxdur. İslam dinində belə bir anlayış yoxdur. Ancaq müşrik xarakterdə var, bütpərəst inancda vardır. Çoxilahlı dinlərin xüsusiyyətidir. Amma İslamda belə bir şey yoxdur.
Mehdiyyət dünyaya dayanmadan canlı ümid, həyəcan, bir şövq verərək ümidsizlik və depressiya ruhunu yox edən beynin gözəl fəaliyyətidir. Bu nəticəni, inşaAllah 10-20 il ərzində daha dəqiq görəcəyik.
Əzmi, şövqü və həyəcanı mehdiyyət dünyaya verir. Müsəlman aləminə bir ruh verir. Yoxsa müsəlmanların çoxu yorğunluq, peşmanlıq, ümidsizlik girdabına çox rahat şəkildə düşərdilər.
Hal-hazırda az qala hər camaat, birlik mehdiyyətdən cəsarətlənərək, şövqlənərək, imanını gücləndirərək yoluna davam edə bilir. Yoxsa mənəvi cəhətdən böyük kütlə çoxdan çökərdi, qətiyyətini itirərdi.
Hz. Mehdi (ə.s)-ın camaatına da şübhə ilə baxacaqlar. Bütün İslam aləmi səviyyəsində həmdə. O şübhəyə görə də yalnız 313 adam olurlar.
İnsan beyni də kiçikdir amma bütün bədəni idarə edir. Mehdi camaatının kiçik olması da “beyin” kimidir; İslam aləminin bir beyni olaraq kiçik birlik olurlar. Mehdiyyətin hikməti budur. Yəni kiçik bir birlikdir, amma bütün İslam aləminə təsir edən beyindir.
Allahın xüsusi yaratdığı insanlar qədərlərində olduğu üçün Mehdi (ə.s)-ı tanıyıb qəbul edirlər. Yoxsa şeytan insanlarda Mehdi (ə.s)-a qarşı güclü müqavimət yaratmağa çalışacaq, qulaqlarına belə pıçıldayacaq: "Amandır yaxınlaşmayın, təhlükəlidir!" deyəcək. Allah yalnız xüsusi tələbələrini ətrafına toplayır.
Mehdi (ə.s)-ın ən böyük silahı səmimiyyətidir. Heç kimin əldə edə bilməyəcəyi səmimiyyətə sahib olduğu üçün Mehdi olur. Ona görə də Allah ona müvəffəq edir.
Bir sirr verim, Allah silah, güc, pul, siyasət sahibi dünyaya hakim olacaqdır demir. Namazlarını qılanlar, oruclarını tutanlar da dünyaya hakim olacaqdır demir. Allah: "Səmimi olan qullarım xilas olar və dünya hakimi olar"―deyir, yalnız səmimi!
Mehdiyyət sevgi təhsilidir, dostluq, qardaşlıq, gözəllik və səmimiyyətdir.
Dünyada vacib olan sevgidir, imandır. Bunu əldə etdikdən sonra sən onsuz da ən yaxşı məqamı əldə edirsən. Əhəmiyyətli olan Allah Qatındakı məqamdır.
Mehdi (ə.s)-a zülm edəcəklərinə görə Allah Mehdisini gizlədir. 70 pərdə arxasında gizlədir. Belə deyirlər: "Bu insan bu cəhətinə görə Mehdi (ə.s) ola bilməz, bu xüsusiyyətinə görə ola bilməz", 70 cür bəhanə gətirirlər. Ledun elmi ilə Allah onu gizlədir. Ledun elmi ilə, batin elmi ilə gizlədir.
Sevgi olmadıqda, sevgisiz yanaşdıqda insanlarda hədsiz ehtiras, kin, nifrət duyğusu olur. Sevgini deyil, nifrətlə doldurmaq məqsədi güdür. Belə olduqda bir-birini öldürürlər. Nifrət nifrəti artırır. Bu ancaq həqiqi, səmimi sevgi ilə aradan qalxa bilər.
Türkiyəni bölünməyə aparan heç nəyi qəbul etmərik. Başçılıq sistemi deyilən bir şey heç vaxt və qəti şəkildə qəbul etmərik! Unutsunlar. Türkiyədə biz narahatlıq istəmirik. Türkiyə bütöv qalacaq.
İslam hər şeyin ən gözəli deməkdir. Ən keyfiyyətlisi, doğrusu deməkdir. İslamın mənası budur. Bir şeyin ən mükəmməl, ən ağıllı, ən doğru, ən yaxşı olanı İslamdır.
Sevgi və səmimiyyət iç-içədir. Sevgini bilməyən səmimiyyəti bilməz, səmimiyyəti bilməyən də sevgini bilməz. Bunlar da ağılla əlaqəlidir, ağıl da Quranla əlaqəlidir, Quran isə Allah qorxusu ilə əlaqəlidir.
Əsl yurd Cənnətdir. Bura kurs kimi təhsil aldığımız bir yerdir. Hər şeydə çatışmazlıq vardır. Müsəlmanlar, hər kəs sürətlə axirətə doğru gedir. Yaxşılar, pislər daima ayırd edilir.
Sərt olan mülayimləşər, tərs olan da düzələr. Bir insan, bir fikir sabit qalmağa məhkum deyil. Səhv olan hər şey sevgi ilə, elmlə, ağılla düzəldilər, inşaAllah.
Hz. Mehdi (ə.s) masonların üstündə bir gücdür. Masonluq Mehdi (ə.s)-a xidmət edər, Mehdi (ə.s) masonluğa xidmət etməz.