Bəziləri bölünəndə daha sakit bir Türkiyə olacağını zənn edirlər. Lakin zənn etdikləri kimi olmaz. PKK, cənub-şərqdə çox vəhşi bir rejim yaratmağı düşünür.
Əgər başqa bir həll olsaydı peyğəmbərimiz (s.ə.v) söyləyərdi. Peyğəmbərimiz (s.ə.v) "Öz aranızda toplaşın, qərar verin" deyərdi. Mehdi (ə.s)-la, İsa Məsihlə, İslam Birliyi ilə birlikdə qərar verin. "Yox, biz çıxış yolu taparıq" desən sürünərsən, yüz ildən bəri yenə sürünməyə davam edərsən, Allah əsirgəsin.
Gözəl və baxımlı insanlar ətraflarına həyat eşqi verər.
Polisimizin canı bizim üçün çox əzizdir. Onlar bizim başımızın tacıdır.
Allah dünyanı günahsız, şirin heyvanlarla şənləndirir.
Sevən qəlb sağlam olan qəlbdir, nifrət edən qəlb isə xəstədir.
Hökumətimiz 150 ildir davam edən “dərin dövlət” şəbəkəsini diz üstə çökdürdü. Halal olsun, maşAllah.
"Məhv olsun PKK" deməklə bir nəticə əldə etmək olmaz. PKK-ın düşüncəsinin dəyişdirilməsi lazımdır.
Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır.
İnsanlarda ağılasığmaz xurafatlara inanmaq meyli var. Bu çox təəccüblüdür. Bir qismi də əslində inanmadığı halda, təkidlə özünü inanırmış kimi göstərir.
İsa Məsih çox ağıllıdır. Mənim qənaətim belədir ki, hal-hazırda türkcə daxil olmaqla yeddi xarici dil bilir. Daha əvvəl demişdiniz, deyə bilərsiniz. Quranı, Tövratı, İncili su kimi əzbərdən bilər, amma Qurana tabe olacaq. Bir müddət sonra dediyimin doğru olduğunu görəcəksiniz, inşaAllah.
Hal-hazırda Amerikan xarici siyasəti məsihiyyətə görə planlıdır. Hal-hazırda dünya siyasəti Məsihə görə istiqamətlənir.
Hal-hazırda orta şərqə əzab verən Məsih inancıdır. İraqla edilən döyüşün mənşəyində, Əfqanıstanın işğalında Məsih inancı vardır. Suriyanın hal-hazırkı mövqeyi Məsih inancından qaynaqlanır. İsraildə Məsih inancı əsas inancdır. Yəni Şiloh-Mehdi inancı var. İslamda da Şiloh Mehdi dörd məzhəbdə haqq olan bir inancdır. Şiəlikdə etiqad məsələsidir.
Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.
Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir.
Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.