Böyük bir mənəvi həyəcana ehtiyac var. Mənəvi coşğu, möcüzəvi bir həyəcana ehtiyac var. Bu mehdiyyətlə təmin edilər.
Ortaq bir mənəvi həyəcan lazımdır. Bunun üçün darvinizmin-materializmin aradan qaldırılması lazımdır. Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməsi lazımdır, güclü bir mehdiyyət həyəcanının ortaya qoyulması lazımdır. Metafizik fövqəladəliyin hiss etdirilməsi lazımdır.
Əgər bir sistem düşünürsənsə, bir yaxşılıq etmək istəyirsənsə onun mənşəyində mütləq Allah qorxusu və Allahın razılığı olmalıdır. Əks təqdirdə, Allah ayədə bildirir ki, özünüz də məhv olar, cəhənnəmin dibinə gedərsiz.
Sevgi və gözəllik, baxın, Allah bu iki mövzudan məmnun olur. Allahı, Allahın sevdiyini sevəcəksən.
Bölünmək vətənin, dinin, imanın, hər şeyin getməsi deməkdir. Ölüm kimi deyil, məhv olmaq deməkdir. Cəhənnəmin ortasında oturmuş kimi, Allah göstərməsin. Biz İslam Birliyi istəyirik, Türk-İslam Birliyi istəyirik. Böyük Türkiyə istəyirik.
PKK-nın əsl silahı başındakı marksist-kommunist inancıdır.
Allah, nuru və məhəbbəti Özündən qorxana verər.
Dövlətimiz Fərdi Tayfur kimi qiymətli, böyük sənətçiləri çox yaxşı qorumalıdır.
MHP-nın hamiyyəti-islamiyyəsi güclüdür, amma eyni zamanda çox mülayim insanlardır.
Bizə türk milləti adını Allah vermişdir.
Bura Türkiyədir, bu millətin adı da türk millətidir. Bu ad dəyişdirilə bilməz.
Cənub-şərqli insanlarımız mükəmməldirlər. Bəziləri onların namusunu, dürüstlüyünü, nurunu qısqanır.
Türkiyə cümhuriyyəti qiyamətə qədər var olacaq, inşaAllah.
Hidayəti tapan insan cənnət yolçusudur, inşaAllah.
Nə gözəl! Allah vardır, əlhəmdülillah.
Dinsizlik insanları məhv edər, xoşbəxtliyini alıb aparar.
Bəşər Əsəd mehdiyyətdən bəhs etsə Allah bəlanı üzərindən götürər, bəla ondan yan keçər.
Dünyəviliyi insanlara öyrədən İslam dinidir. Dünyəviliyin ən gözəl tərifi Qurandadır.
Allah sevgisi ilə müsəlmanın ruhunda həmişə bayramdır.
Allah "dində məcburiyyət yoxdur" deyir. Fanatiklər isə öz məntiqlərinə əsasən insanları məcbur etmək istəyir.
İman olmadan dünyanın ləzzəti, dadı olmaz. Dünya çox qorxunc olar, cəhənnəmə çevrilər. Allah imansız bir dünyanı məhv edər.