Bölünmək vətənin, dinin, imanın, hər şeyin getməsi deməkdir. Ölüm kimi deyil, məhv olmaq deməkdir. Cəhənnəmin ortasında oturmuş kimi, Allah göstərməsin. Biz İslam Birliyi istəyirik, Türk-İslam Birliyi istəyirik. Böyük Türkiyə istəyirik.
PKK-nın əsl silahı başındakı marksist-kommunist inancıdır.
Allah, nuru və məhəbbəti Özündən qorxana verər.
Dövlətimiz Fərdi Tayfur kimi qiymətli, böyük sənətçiləri çox yaxşı qorumalıdır.
MHP-nın hamiyyəti-islamiyyəsi güclüdür, amma eyni zamanda çox mülayim insanlardır.
Bizə türk milləti adını Allah vermişdir.
Bura Türkiyədir, bu millətin adı da türk millətidir. Bu ad dəyişdirilə bilməz.
Cənub-şərqli insanlarımız mükəmməldirlər. Bəziləri onların namusunu, dürüstlüyünü, nurunu qısqanır.
Türkiyə cümhuriyyəti qiyamətə qədər var olacaq, inşaAllah.
Hidayəti tapan insan cənnət yolçusudur, inşaAllah.
Nə gözəl! Allah vardır, əlhəmdülillah.
Dinsizlik insanları məhv edər, xoşbəxtliyini alıb aparar.
Bəşər Əsəd mehdiyyətdən bəhs etsə Allah bəlanı üzərindən götürər, bəla ondan yan keçər.
Dünyəviliyi insanlara öyrədən İslam dinidir. Dünyəviliyin ən gözəl tərifi Qurandadır.
Allah sevgisi ilə müsəlmanın ruhunda həmişə bayramdır.
Allah "dində məcburiyyət yoxdur" deyir. Fanatiklər isə öz məntiqlərinə əsasən insanları məcbur etmək istəyir.
İman olmadan dünyanın ləzzəti, dadı olmaz. Dünya çox qorxunc olar, cəhənnəmə çevrilər. Allah imansız bir dünyanı məhv edər.
Allah sonsuz yaşadacağı üçün çox qüvvətli olaraq sınayır. Yəni sonsuz yaşayacaq varlıqlara sevgini, nemətin dəyərini öyrədir. Yoxsa Allah göstərməsin, cənnətə gedər, amma cənnəti dərk etməz.
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. (Əraf surəsi, 196) Mehdi (ə.s)-a, İsa Məsihə, Xızır (ə.s)-a heç bir şey edilə bilməməsinin sirri bu ayədir. İsa Məsihə heç bir şey edilə bilməməsinin sirri bu ayədir. Mübarizə aparan, əleyhinə olan, tələ quran olar. Allahın dilədiyindən başqa bir şey edə bilməzsən.
Cənub-şərqdə üstəlik kommunist bir dövlət qurmaq türk millətinin İslam Birliyi sevdasına vurulmuş çox böyük bir zərbə olar. Bütün bölgəni məhv edəcək yanğının başlanğıcı olar. Armagedonun infrastrukturu bu şəkildə tamamlanmış olar. Həm millətimizi, həm bölgəni məhv edər. Hətta İsraili belə məhv edəcək bir bəlanın başlanğıcı olar. Bir ovuc evanjelikin ideallarına heç kim xidmət etməsin. Etməyəcək.
Dünya son dövrlərini yaşayır. İslamın yaşanacağı 70 illik bir dövr var. 2120-ci ildə də qiyamət qopacaq. Türk millətinin liderliyində bir İslam Birliyi meydana gələcək. Sonuncu dəfə İslam dünyaya hakim olacaq, səhabə dövrü kimi olacaq.