avatar

Adnan Oktar

Bol-bol səylə əlaqəsi yoxdur. Bütün məsələ Allahı səmimi sevməkdir; dərin sevgiylə sevməkdir. Allahı sevirsənsə çox əmin-amanlıqdasan . Yəni Allahı çox sevirsənsə mütləq qalib gələcəksən. Bax, iman edirsənsə demirəm. Sevirsənsə deyirəm. Onsuz da sevmək üçün iman edilməlidir.
A9 TV; 23 avqust 2015
avatar

Adnan Oktar

Dövlət, PKK-nın ideologiyası olduğu halda, əks ideologiya ilə ortaya çıxmır. Buna görə də, PKK hökm sürür. Ancaq anti-darvinist, anti-stalinist təhsil verilərək, ideologiyasının əsassızlığı elmi dəlillərlə izah edilərək məğlub edilər.
A9 TV; 23 avqust 2015
avatar

Adnan Oktar

Marksizm elmdir, amma saxta bir elmdir. Azğın bir inancdır. Sən bu azğın elm anlayışına həqiqi elmlə cavab verməlisən. Cavab vermirsənsə məğlub olarsan, qorxursansa məğlub olarsan.
A9 TV; 22 avqust 2015
avatar

Adnan Oktar

İncəsənət adamı eşq insanıdır. Eşq insanı da sevgiylə bəslənər. Sən ona sevgi göstərməsən incəsənət adamı ölər. İncəsənətlə də məşğul ola bilməz. Sən onu alqışlamalısan, cəsarətləndirməlisən, tərifləmlisən, medal verməlisən, könlünü almalısan. Sevildiyini bilməlidir ki, qəlbi coşsun.
A9 TV; 22 avqust 2015
avatar

Adnan Oktar

PKK Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində dövlət qurub İslam Birliyini yox etməyi qarşısına məqsəd qoyduğu üçün çox təhlükəlidir. Stalinist dövlət qurub, ardınca da bütün Türkiyəni ələ keçirib İslam Birliyini yox etmək məqsədi var. Bu, canımıza qəsd etməkdən daha böyük bir şeydir.
A9 TV; 22 avqust 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə üsulu federasiyaya bərabərdir. Mehmetçik niyə şəhid oldu? Onlar, federasiyanın olmaması, Türkiyənin bölünməməsi üçün şəhid oldular. Sən: "Prezident idarəetmə üsulu gətirək, Türkiyə Birləşmiş Ştatları olsun" deyirsən. O zaman biz niyə on minlərlə şəhidi verdik? Bu, həm şəhidlərə, həm də türk millətinə qarşı hörmətsizlik olar.
A9 TV; 21 avqust 2015
avatar

Adnan Oktar

Əgər Allah o adama sevgi veribsə, dərinlik veribsə, iman veribsə, “Əsir maddəsi” o adamın əmrinə tabe olur, Allahın diləməsiylə. Allah üçün istifadə etməsi şərtiylə, “Əsir maddəsi” adamın əmrinə tabe olar. “Əsir maddəsi” Allahın sonsuz ağlında olan su kimi bir maddədir. Biz hal-hazırda onun içində üzürük.
A9 TV; 21 avqust 2015
avatar

Adnan Oktar

Cənnət başdan axıradək sənət qalereyasıdır. Allah ən böyük Sənətkardır. Cənnətdə hər yeri sənət əsərləri ilə təchiz edir. Niyə? Sevgini yaşamağımız üçün. Sənət sevgiyə, sevgi də sənətə bərabərdir.
A9 TV; 19 avqust 2015
avatar

Adnan Oktar

Stalinist-kommunist qiyam var və adamlar bölgədə kommunist bir dövlət yaratmaqda qərarlıdırlar. Bunların ideologiyasına zərbə endirək. Darvinizm məktəblərdə oxudulsun, lakin mütləq çox əhatəli cavabını verək. Kommunizmdən danışsınlar, amma əsassızlığından da danışılsın. Ancaq biliklə, ağılla cavab versək nəticə alarıq.
A9 TV; 19 avqust 2015
avatar

Adnan Oktar

Terroristlərin hücumuna məruz qaldıqda özlərini necə olursa olsun nəfsi-müdafiə etmələrindən ötrü əsgər, polis və ya vətəndaş məsul tutulmasın. Bunu qanunda təcili olaraq dəyişiklik edilməlidir.
A9 TV; 19 avqust 2015
avatar

Adnan Oktar

On iki imamı coşğuyla sevmək gözəldir. Bəzilərini on iki imamdan ayda ildə bir dəfə bəhs edirlər. Bu heç ürəkaçan vəziyyət deyil, bərəkətlərindən istifadə edə bilməzlər. On iki imamı sevməyən Peyğəmbər (s.ə.v)-i də sevmir. Hz. Əli (r.ə)-i sevməyən Peyğəmbər (s.ə.v)-i də sevməz.
A9 TV; 19 avqust 2015
avatar

Adnan Oktar

Ələvilər mükəmməl insanlardır. Ələvi düşüncəsi də çox-çox gözəl düşüncədir. Sevgiləri gözəldir, dərinlikləri gözəldir. Ələvi qardaşlarımız eşq memarıdırlar. Amma həqiqi ələvilər; məna sirrinə nail olmuş, arif olmuş, dərinləşmiş olanlar. Digərləri hələ də yoldadırlar inşaAllah.
A9 TV; 19 avqust 2015
avatar

Adnan Oktar

Hamısına da avtomatik silahlar verilsin. Yeri göyü inildədərlər. Bu vətənini, millətini qorumaqdır. Ölüm-qalım savaşı veririk. Əsgər nə lazımdırsa etsin. Bu hamısı üçün fərzdir. PKK-ya qarşı mübarizə aparmamaq haramdır. PKK-ya qarşı mübarizədə görülən hər cür qanuni iş halaldır.
A9 TV; 18 avqust 2015
avatar

Adnan Oktar

PKK-lılar yırtıcı sürüsü kimidirlər, xalqı narahat edirlər. Dükanlara hücum çəkirlər. Əşyalarını darmadağın edirlər. Mallarını darmadağın edirlər. Dövlət tezliklə lazımi tədbirləri görsün. Ehtiyatda olan ən azı 2 milyon qüvvəni əsgərə çağırsınlar. Kifayət etməsə 2 milyon daha əsgər alarıq, 4 milyon olar. Hazırda isə 600 mini var. 4 milyon 600 min insan, dünyanın ən böyük ordusu olar. Qorxutmaq üçün də hamısına avtomatik silahlar verilsin. Yeri göyü inildədərlər.
A9 TV; 18 avqust 2015
avatar

Adnan Oktar

Mən bütün müsəlmanları sevirəm. "Lə ilahə illəllah Muhammədən Rəsulullah" deyir. Səhvi varsa, danışıb düzəldərəm. Bombalayaraq deyil, öldürərək deyil. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında insanları öldürməklə mi haqdan danışırdı? Gedib insanlara tək-tək deyirdi. Müşriklər vardı, buddistlər vardı, kafirlər vardı, masonlar vardı. Hamısına gedib izah edirdi.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

PKK-lıların əksəriyyəti həbs olunduqdan sonra sərbəst buraxılır. Bu mövzudakı qanunlarda dərhal təcili tənzimləmə aparılsın. PKK-lı olanın bir də çölə çıxa bilməyəcəyi şəkildə tənzimləmə aparılsın, cəzalar ağırlaşdırılsın.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

Dəccalın qırx illik ömrü sona çatdı. PKK-nın yox edilməsi fərzdir. Yəni hər müsəlmana, onlarla mübarizə aparmaq vacibdir. Əksini etmək haram olar. Lazım olan işlər görüləcəkdir. PKK qanun və hüquqla yox ediləcəkdir.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

Dərin dövlətin əxlaqsızları, bir vaxtlar kürd qardaşlarımızı çox əzdilər, məhv etdilər. Sanki dəliyə döndərdilər. “Bölünəcəyik, ayrılacağıq. Artıq bəsdir” dedirtdilər. Onsuz da dərin dövlətin məqsədi bu idi, onları bölüb ayırmaqdı. Kommunist dövlət yaradıb, kürdləri məhv etməkdi. Onlar da aldandılar. Dərin dövlətin tam əksinə hərəkət etsinlər.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

Kürdlər nurdur. Kürdlərin bir çoxu Axırzaman müctəhidləri və mücəddidləridir. Kürdlər dindar, alicənab, dürüst, dəliqanlı, mərd və təmizdirlər. Bütün müsəlman xüsusiyyətlərinə sahibdirlər, belə olduqda mən onları canımdan çox sevərəm. Mən PKK-nın düşməniyəm. Kürdün dostuyam. PKK murdardır, kürd nurdur.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

“Terrorla Mübarizə Qanunu”nda dəyişiklik aparılsın; vətəndaşın özünü PKK-dan qoruması məsələsində heç bir cəza tədbiri olmasın.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

Əgər səmimi şəkildə düşünülsə, HDP xəyali partiyadır. Həqiqi səsvermə bazası olan daimi partiya deyil. PKK təhdidiylə səs yığan və varlığını davam etdirən partiyadır. PKK təhdidi olmasa, HDP adlı partiya da olmaz.
A9 TV; 17 avqust 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo