Bizim vəsiləmizlə qiyamətin yaxınlaşması ilə bağlı məlumat bütün dünyada yayılır.
Cənab Dövlət Bağçalı vətənə sahib çıxan qiymətli şəxsiyyətdir.
Fanatiklər, haşa, din adına həyatı zəhərə çevirirlər. Nur kimi dinimizi tam fərqli göstərirlər.
Fanatizm dinin adından qorxunc bir sistem göstərir. Həyatı gözəlləşdirən hər şeyi yox edir. Fanatik düşüncənin təqdim etdiyi kimi cansıxıcı həyatı heç kim qəbul etməz.
Çox az sayda fanatikə görə bütün dünyada islamofobiya yayılır. Fanatik inancın vəhşilik tətbiqləri Avropanı qorxudur.
Avropalılar çox nümunəvi və keyfiyyətli insanlardır, bunu daha da artırmaq istəyirlər. Keyfiyyətsiz bir insan modelini istəmirlər.
AB-nə daxil olmamağımızın əsl səbəbi az saylı fanatiklərdir. Avropa Birliyi müsəlmanlardan deyil, fanatizmdən çox çəkinir.
Millətimiz illərlə belə bir hökumətin həsrətini çəkmişdir. Namaz qılan bir respublika başçısı və baş nazirimiz var. Bu çox böyük bir nemət və gözəllikdir.
Avropada ateizm məşhurdur, kilsələr bomboşdur. Darvinizm-materializm dünyanı cənginə alıb.
Dünyanın ən nümunəvi, keyfiyyətli sənət anlayışı Avropadadır. Avropa ilə əlaqəmizin olması əhəmiyyətlidir.
Bütün məktəblərdə Darvinizm rəsmi olaraq öyrədilir. Dövlət məktəb kitablarında kainatın təsadüf nəticəsində yarandığı izah edilir. "Allah yaratdı" deyilmir, "təsadüfən oldu" deyilir. Bu çox dəhşətlidir. Dövlətimiz Darvinizmə qarşı elmi dəlillərlə cavab verməlidir.
Dünyada ancaq mehdiyyətin isti üslubu ilə dostluq cəmiyyəti yaranar.
Millət kimi sülh, sevgi və keyfiyyət mövzusunda qərarlı olmalıyıq.
Allaha şükür olsun ki, mehdiyyət var, dəccaliyyətin qapılarını bağlayır.
Hökumətimiz yeni Konstitusiyadan əvvəl hüququ yaxşılaşdırmalıdır.
Dövlətimizin cənub-şərqdəki qardaşlarımıza hədiyyələr göndərməsi çox gözəl olar. Dövlətimiz yük maşını ilə yun corab, palto, qışlıq ayaqqabı paylasın. Uşaqlara biskvit, şokolad paylasın. Uşaqlar çox sevinər, çox gözəl olar inşaAllah.
Kürd qardaşlarımız zamanında ağılasığmaz işgəncələrdən keçdilər. Onlara o ağır günləri unutdurmalıyıq. Qeyri-adi sevgi, şəfqət kürd qardaşlarımızın haqqıdır. Baş nazirimiz də onlara müsəlman şəfqəti ilə yaxınlaşır. Bu çox gözəldir, maşAllah.
Türkiyə səhabə İslam anlayışını bütün dünyada yaya bilər.
Çin dövlət modeli olaraq qəddar və mərhəmətsizdir, amma bu dəyişilə, düzələ bilər. Türkiyə Çini əldə edə bilər.
Fanatik düşüncə baxımsızlığı bacarıq kimi göstərir. Avropa isə sırf nümunəvi insan istəyir. Baxımsız fanatik insanlarla oturub təmasda olmaq istəməz.
Avropa ilə əlaqə çox əhəmiyyətlidir. Avropanın mədəniyyəti, sənəti gözəldir. Avropalılar da çox nümunəvi, nəzakətli və sadə insanlardır.