Çox az sayda fanatikə görə bütün dünyada islamofobiya yayılır. Fanatik inancın vəhşilik tətbiqləri Avropanı qorxudur.
Avropalılar çox nümunəvi və keyfiyyətli insanlardır, bunu daha da artırmaq istəyirlər. Keyfiyyətsiz bir insan modelini istəmirlər.
AB-nə daxil olmamağımızın əsl səbəbi az saylı fanatiklərdir. Avropa Birliyi müsəlmanlardan deyil, fanatizmdən çox çəkinir.
Millətimiz illərlə belə bir hökumətin həsrətini çəkmişdir. Namaz qılan bir respublika başçısı və baş nazirimiz var. Bu çox böyük bir nemət və gözəllikdir.
Avropada ateizm məşhurdur, kilsələr bomboşdur. Darvinizm-materializm dünyanı cənginə alıb.
Dünyanın ən nümunəvi, keyfiyyətli sənət anlayışı Avropadadır. Avropa ilə əlaqəmizin olması əhəmiyyətlidir.
Bütün məktəblərdə Darvinizm rəsmi olaraq öyrədilir. Dövlət məktəb kitablarında kainatın təsadüf nəticəsində yarandığı izah edilir. "Allah yaratdı" deyilmir, "təsadüfən oldu" deyilir. Bu çox dəhşətlidir. Dövlətimiz Darvinizmə qarşı elmi dəlillərlə cavab verməlidir.
Dünyada ancaq mehdiyyətin isti üslubu ilə dostluq cəmiyyəti yaranar.
Millət kimi sülh, sevgi və keyfiyyət mövzusunda qərarlı olmalıyıq.
Allaha şükür olsun ki, mehdiyyət var, dəccaliyyətin qapılarını bağlayır.
Hökumətimiz yeni Konstitusiyadan əvvəl hüququ yaxşılaşdırmalıdır.
Dövlətimizin cənub-şərqdəki qardaşlarımıza hədiyyələr göndərməsi çox gözəl olar. Dövlətimiz yük maşını ilə yun corab, palto, qışlıq ayaqqabı paylasın. Uşaqlara biskvit, şokolad paylasın. Uşaqlar çox sevinər, çox gözəl olar inşaAllah.
Kürd qardaşlarımız zamanında ağılasığmaz işgəncələrdən keçdilər. Onlara o ağır günləri unutdurmalıyıq. Qeyri-adi sevgi, şəfqət kürd qardaşlarımızın haqqıdır. Baş nazirimiz də onlara müsəlman şəfqəti ilə yaxınlaşır. Bu çox gözəldir, maşAllah.
Türkiyə səhabə İslam anlayışını bütün dünyada yaya bilər.
Çin dövlət modeli olaraq qəddar və mərhəmətsizdir, amma bu dəyişilə, düzələ bilər. Türkiyə Çini əldə edə bilər.
Fanatik düşüncə baxımsızlığı bacarıq kimi göstərir. Avropa isə sırf nümunəvi insan istəyir. Baxımsız fanatik insanlarla oturub təmasda olmaq istəməz.
Avropa ilə əlaqə çox əhəmiyyətlidir. Avropanın mədəniyyəti, sənəti gözəldir. Avropalılar da çox nümunəvi, nəzakətli və sadə insanlardır.
Hal-hazırda dünyadakı xəstəliyin, bəlanın mənşəyi Qurandan uzaq olmaqdır. Nə vaxt Qurana sarılsalar ( bu Mehdiyyətin vəsiləsi ilə olacaq), onda da bu xəstəlikdən xilas olarlar.
Möminlər üçün Quranda şəfa vardır. İctimai, fiziki şəfa, hər yer şəfaya qovuşur. Əks təqdirdə xəstəlik olur.
İslamı təbliğ etməkdə gecikmək olmaz. Vaxtı itirmək olmaz, həmin anda etməlisən, gecikmək olmaz.
Peyğəmbərlər həssas olar. Mehdilərdə mənəvi həssaslıq olar. Çox həssasdırlar. Rəngləri daha yaxşı görər, səsləri daha yaxşı eşidər, kədərə, narahat olmağa daha həssasdırlar. Onun üçün onların qazandığı savab daha çox olur.