Bizim millətimiz imanlı millətdir, bir dəccal hücumu oldu və onu geri oturtduq. Ən böyüyü gəlsin, ən qoçusu gəlsin, on misli peşman edərək geri göndərərik.
İslamın sevgisi, mərhəməti aparıcı olacaq, müasirlik, keyfiyyət, incəsənət, demokratiya, dünyəvilik, gözəllik, Allah qorxusu, Allah sevgisi, bütün dinlərə hörmət hər yerə hakim olacaq, Türkiyə də aparıcı olacaq.
Gələcəyimiz İslam Birliyidir, müasir Türkiyədir, bütün Asiyanın birləşməsidir. Rusiya da daxildir, İslam aləmi daxildir, Türk dövlətləri daxildir. Böyük olan yeni bir bloka doğru gedirik.
Dövlət çevrilişində insanların eqoist davranacaqları, qorxub səs-səmir çıxarmayacaqları düşünülürdü. Bu reaksiya dünyanın da, İngiltərə dərin dövlətinin də heç gözləmədiyi bir reaksiyadır. Millətin bu qədər imanlı və qətiyyətli olacaqlarını təxmin etmirdilər.
Keçmiş zamanlardan bəri bəzi dövrlərdə dövlət çevrilişinə qarşı xalqın qorxacağı və çəkinəcəyi qənaəti vardı. Bunun yanlış qənaət olduğunu millət sübut etdi.
Dövlət çevrilişinin ikinci mərhələsində millət daha da qaynaşacaq. Bir mərhələsi daha var hədisə görə, açıqlamalara görə. Millət qurğuşunla qaynadılmış bina halına gələcək ayənin ifadəsi ilə, bu ayə də reallaşacaq.
Bu dövlət çevrilişi hadisəsiylə Allah bütün dünyaya millətimizin xarakterinin ucalığını, nə qədər cəsur və igid olduqlarını göstərdi.
Dəhşətli dərəcədə bir qardaşlıq, dostluq və həmrəylik duyğusu yarandı. Onsuz da mehdiyyət də budur. Mehdiyyətin ən mühüm məqsədi reallaşmış oldu. Ən zəruri məqsəd reallaşmış oldu.
Allah mehdiyyəti ağlasığmaz şəkildə sürətləndirdi. Mehdiyyətin əldə edəcəyi qardaşlıq duyğusunu tək bir gecədə Allah milləti tərbiyə edərək verdi, Cabbar adı ilə tək bir gecədə. Normalda belə bir qardaşlığı 30 ildə əldə edə bilməzsən, Allah 30 saatın içərisində verdi.
Hava limanları, elektrik stansiyaları kimi, dövlət çevrilişi edənlərin hədəfi olan bütün yerlər polis tərəfindən yaxşı qorunaraq təhlükəsizliyi təmin edilməlidir.
Ən böyük təhlükə dövlət çevrilişi deyil, bütöv işğaldır. İstanbulu ayırıb ayrı bir dövlət yaratmaq, Avropa İttifaqına daxil etmək istəyirlər. Egey və Antalya bölgəsini ayırmaq istəyirlər. Oraları da Yunanıstana döndərmək istəyirlər. Təkcə Anadoluda türklərə yer vermək istəyirlər. Cənub-Şərqi Anadolu bölgəsini verməyi düşünürlər. Buna icazə vermərik.
Türkiyəni işğal edib İstanbulu, Egey və Cənub-Şərqi Anadolu bölgəsini ayırıb təkcə Anadoluda kiçik bir yeri millətimizə saxlamaq istəyirlər. Buna icazə vermərik.
Mümkün riskə qarşı TRT, Telekom, Türksat kimi rabitə və internet mərkəzlərinin yaxşı qorunması çox əhəmiyyətlidir.
Dünyəvilik Quranın tək bir ayəsi ilə açıqlanmışdır. Şeytandan Allaha sığınıram, "De: "sənin dinin sənə, mənim dinim mənədir"". Bu, dünyəviliyin ən qısa, ən əsaslı açıqlamasıdır.
İnsan öldürmək üçün and içilməz. Oğurluq üçün and içilməz. Quranda açıq hökm var, zülm üçün and içilməz. Halalı haram etmək üçün, haramı halal etmək üçün and içilməz. Bu and onsuz da fasiddir, yəni hökmən etibarsızdır.
Var gücü ilə vətəni müdafiə edən xüsusi hərəkat polislərimizi millətin pulunu verdiyi silahlarla bombalamağın heç vaxt izah olunacaq tərəfi yoxdur.
Əgər prezident idarəetmə sistemi olsaydı Allah qorusun çevriliş kök salardı. Parlament sistemi sayəsində dövlət çevrilişinin qarşısı alındı. Çünki bütün partiyalar, hər kəs qarşı çıxdı.
Bütün partiyalar, CHP-ni də, MHP-ni də, AKP-ni də vətənpərvər bütün solçu və kommunist ətrafları da əhatə edən bir siyasət anlayışı göstərməlidir.
Millətimiz bu hadisə ilə dövlət çevrilişi edənlərin üsullarını görmüş oldu. Sınaya biləcəkləri başqa mümkün yolların nələr ola biləcəyi düşünüb buna görə tədbirlər alınmalıdır.
Belə dövlət çevrilişi riski olduqda hər yerdə fit səsi (həyəcan siqnalı) çalınsın. Hər kəs avtomobilinin səs siqnalına bassın, yer göy inildəsin. Fövqəladə vəziyyət olduğu aydın olsun.
Dövlət çevrilişi gecəsi əzan, çoxluq müsəlman olduğundan, millətimizin ruhunu fərəhləndirməsi üçün oxundu. Bundan narahat olmaq yaxşı deyil.