İnsan öldürmək üçün and içilməz. Oğurluq üçün and içilməz. Quranda açıq hökm var, zülm üçün and içilməz. Halalı haram etmək üçün, haramı halal etmək üçün and içilməz. Bu and onsuz da fasiddir, yəni hökmən etibarsızdır.
Var gücü ilə vətəni müdafiə edən xüsusi hərəkat polislərimizi millətin pulunu verdiyi silahlarla bombalamağın heç vaxt izah olunacaq tərəfi yoxdur.
Əgər prezident idarəetmə sistemi olsaydı Allah qorusun çevriliş kök salardı. Parlament sistemi sayəsində dövlət çevrilişinin qarşısı alındı. Çünki bütün partiyalar, hər kəs qarşı çıxdı.
Bütün partiyalar, CHP-ni də, MHP-ni də, AKP-ni də vətənpərvər bütün solçu və kommunist ətrafları da əhatə edən bir siyasət anlayışı göstərməlidir.
Millətimiz bu hadisə ilə dövlət çevrilişi edənlərin üsullarını görmüş oldu. Sınaya biləcəkləri başqa mümkün yolların nələr ola biləcəyi düşünüb buna görə tədbirlər alınmalıdır.
Belə dövlət çevrilişi riski olduqda hər yerdə fit səsi (həyəcan siqnalı) çalınsın. Hər kəs avtomobilinin səs siqnalına bassın, yer göy inildəsin. Fövqəladə vəziyyət olduğu aydın olsun.
Dövlət çevrilişi gecəsi əzan, çoxluq müsəlman olduğundan, millətimizin ruhunu fərəhləndirməsi üçün oxundu. Bundan narahat olmaq yaxşı deyil.
Sevgisizlik irqçiliyi yaradır. Çünki irqçilik eqoist, təkəbbürlü, qürurlu insanların arasında formalaşır. Təkəbbür hissinin kütləvi əks olunması irqçilik kimi görünür.
İnsanların irqinə, məmləkətinə, şəhərinə görə üstünlük olmaz. Ancaq fərd olaraq əxlaqına görə üstünlük ola bilər, bunu da Allah təqdir edər.
Hər kim məmləkət üstünlüyü iddia etsə səhv edər. Məsələn, biz ingilisdən üstünük, biz fransızdan üstünük, biz almandan üstünük demək olmaz. Hamısı hz. Adəm (ə.s)-ın övladlarıdır. İnsanlar fərd olaraq təqva ilə üstün olarlar. Bölgə ilə olmaz. Torpaq parçasıyla olmaz.
Mühüm hadisələr olduqda təxribat çox güclü olar. Fürsət gözləyənlər onsuz da bundan istifadə etmək istəyərlər. Təxribata qapalı bir üslubdan istifadə etmək lazımdır. Gərginliyi azaldacaq, qardaşlıq əlaqəsini gücləndirəcək, sevgini, şəfqəti artıracaq, məqbul, stabil rəftar əsasdır.
Bir fitnə varsa onu yatırmağa çalış. Bir insandan nə olacaq demə. Bir insanın çox böyük faydası olar. On insanın daha çox faydası olar. Gözəl nümunə olarsan.
Əzəmətli, eqoist, təkəbbürlü, “ziyalı”, lakin eyni zamanda da ədabaz bir üslub, insanları bəyənməyən bir üslub; bu bir ruh xəstəliyidir. Yəni münafiq xarakterli bir ruhun çirkidir. Buna görə də, bütün möminlər üçün bu cür hərəkətlərdən çəkinmək mühüm məsələdir.
İnsan nəticədə ətdən, sümükdən əmələ gəlmiş bir varlığın görünüşüdür. Eqoistlik, təkəbbürlülük edəcək halı yoxdur. Bunu edən üçün çox böyük zəiflik olar. Bir məntiqi də yoxdur. Böyük olan Allahdır. Allahın yanında insan heç nədir.
TBMM, MİT, polisə məxsus binalar, baş qərargah, bunlar, üstündən quş uça bilməyəcək hala gəlməlidir. Dünyada mükəmməl hava hücumundan müdafiə sistemləri var, bunlardan istifadə edək.
Başda MİT olmaqla, bütün əhəmiyyətli binalar, hava hücumlarına qarşı son texnologiya məhsulu olan müdafiə sistemləriylə təchiz edilməlidir.
Millət olaraq ordumuzu daha da gücləndirək, ordumuza olan dərin sevgimizi qat-qat artıraq. Ordunun əleyhinə olan ruh halı yaranması çox böyük təhlükə olar, buna icazə verməyək. Ordu bu hadisədən heç bir zərər çəkməməlidir; əksinə güclənib çıxmalıdır. Ordumuzu daha etibarlı hala gətirək, daha sevilən bir təşkilat halına gətirək.
Türkiyə işğal olunmağa əlverişli olub olmadığını yoxlayırlar. Əsil məqsədləri çevriliş deyil. Əsil məqsədləri müharibədir, Türkiyəni müharibəyə daxil etmək. Mümkün ola biləcək işğal, müharibə vəziyyətində Türkiyə müqavimət göstərər ya göstərməz? Bunu sınadılar.
Asiya ölkələrinin çoxunda edam cəzası var, onlar ən dözülməz ölkələrdir, onlar ən zülmkar ölkələrdir, onlar ən çox dövlət çevrilişinin baş verdiyi ölkələrdir, onlar ən narahat yaşayanlardır. Edam heç nə qazandırmaz. Sevgi, mərhəmət, şəfqət, ağıl, iman və Allah qorxusu, bərəkət, gözəllik gətirər. Edam etməklə heç nə qazana bilməzsən.
Türkiyədə edam cəzasının olmamağı Türkiyənin keyfiyyətini göstərir. İnsan asmaq heç kimə heç nə qazandırmaz.
Polisə, çiyindən atılan təyyarəvuran verilsin, yer səthindən havaya. Bu, çevriliş edənləri qorxudar. Demək olar ki, hər vilayətdə polisin əlində təyyarəvuran olmalıdır.