Bir çox insan pişiklərdən belə nifrət edirdi. Qadınları, uşaqları, heyvanları sevməyi öyrətdik. Hər gün sevginin mühüm olduğunu söylədik.
Şəhidliyi fəlakət kimi göstərirdilər, hər gün verilişlərdə şəhidliyin nemət və şərəf olduğunu söylədik. Bütün Türkiyədə şəhidlik həsrəti yarandı.
40 ildir ki, istirahətə getmədim. Qar, qış, yay, isti, hər gün təbliğə davam etdim. Bunun əksini etməyi mənim vicdanım əsla qəbul etməz.
Allah 300-dən artıq kitab yazmağımı, bu kitabların 70-dən çox dilə tərcümə edilməsini, yazılarımın onlarla qəzetdə dərc edilməsini nəsib etdi. Dünyaya aludə olanlarla birlikdə, dünyaya aludə olsaydıq həftənin bir günü söhbət etməyi kafi hesab edərdik. Lakin ömrümüzü həsr edərək çox geniş təbliğ apardıq. Darvinizmin fikri olaraq məğlub olmasını, İngiltərə dərin dövlətinin ifşa olmasını, mövhumatçılığın zərərsizləşdirilməsini Allah bizə nəsib etdi. Təhsilli, seçilən təbəqənin İslam ilə əlaqələri demək olar ki, kəsilmişdi, bu əlaqəni biz yenidən qurduq və onlar da İslama xidmət edən vəziyyətə gəldilər. Ələvi, şiə, musəvi, xristian düşmənçiliyinin aradan qaldırılması, İsrail ilə Türkiyənin barışması üçün biz səmərəli iş gördük.
Evlənməməyimin səbəbi, bütün vaxtımdan, bütün ömrümdən Allah üçün, İslam üçün, təbliğ üçün istifadə edə bilməkdir.
İmtahanın uzunluğu və güclü olması o insanın lehinə olar. İnsana nə qədər çox əziyyət, sıxıntı, çətinlik gəlirsə, deməli, o, bir o qədər çox savab qazanır.
Münafiq ağılsızca o qədər özündən əmindir ki, bütün alçaqlığına, murdarlığına və axirətə inanmamasına baxmayaraq, cənnətə gedəcəyini iddia edər. (Fussilət surəsi, 50: Halbuki ona toxunan zərərdən sonra mərhəmət bəxş etsək, mütləq: "Bu mənim (haqqım) dır. Həmçinin mən qiyamət saatının gələcəyini də zənn etmirəm; əgər Rəbbimə qaytarılsam belə, mütləq Onun yanında mənim üçün daha gözəl olanı vardır" deyər. Lakin and olsun, Biz, o kafirlərə nə etdiklərini mütləq xəbər verəcəyik və and olsun onlara, ən qatı əzabdan daddıracağıq.)
İngiltərə dərin dövlətinə yaltaqlıq edən münafiqlər də hər biri dünyanı yönləndirəcək qədər ağıllı olduğu qənaətindədir. Lakin çox ağılsızdırlar.
Hər münafiq özünü dünyanı idarə edən “üstün beyin” zənn edər. Hər biri inanılmaz ağıllı olduğu qənaətindədir, halbuki hamısı axmaqdır.
Dünyanın bağlanılacaq heç bir tərəfi yoxdur. Lakin münafiqlər dünyaya dəlicəsinə bağlıdır. Münafiqin dünyaya bağlılığı küfr əhlindən daha çoxdur.
Xarici aləmdə musiqi yoxdur. Hər insan musiqini beyninin içində eşidir. Xarici aləmdə təkcə səs dalğaları var, səsi musiqi kimi qəbul edən ruhdur. Ruhun musiqini eşitməsi üçün elektrikə, səs dalğasına ehtiyacı yoxdur. Səs dalğası, beyinə çatan elektrik, hamısı təkcə səbəb olaraq var.
Xalq prezident idarəetmə sisteminə qəti şəkildə qarşıdır. Prezident idarəetmə sistemi bölünmə gətirəcəyi üçün millətimiz qətiyyən qəbul etməz.
Axırzamanın ortasında olduğumuz halda hədislərin reallaşdığını anlamazlıqdan gəlmək çox böyük səmimiyyətsizlikdir.
İsra surəsi, 94-cü ayədə qeyd olunan: "Özlərinə hidayət gəldiyi zaman, insanların iman gətirmələrinə mane olan şey, onların təkcə: "Allah, elçi olaraq bir insanımı göndərdi?" demələridir" ifadəsi Mehdiyə işarə edir.
Heç mərhəmət görməmiş, yaxşılıq görməmiş insanlara israrla mərhəmətli olmaq lazımdır, o zaman islah olub düzəlmələri təmin edilə bilər.
Müxalifətin olması Türkiyədə demokratiyanın güclü olduğunun dəlilidir və bunun təşviq edilməsi lazımdır.
Ən azı 3 milyon insanın iştirakı ilə Tayyib hocam üçün iştirakçısı çox olan "tək deyilsən" mitinqi keçirilsin. AKP gəncləri belə gözəl şey təşkil etsin. İngiltərə dərin dövlətinə qarşı cavab olsun.
Orqan bağışlanması məsələsində qardaşlarımız tərəddüd etməsinlər. Bir canın xilas olmasına vəsilə olmaq gözəl savabdır. Lakin orqan bağışlanması üçün insanın tam ölümü reallaşmadan onu öldürmək Qurana uyğun olmaz.
Dinlə birlikdə insanın orqanizminin və ruhunun bu qədər müsbət dəyişməsi, nurlanması heyrətverici möcüzədir.
Din yaxşı insanla pis insanı qəti şəkildə ayırd edər.
Dürüst, köməksevər, mərhəmətli olmaq dinlə mümkün olur. Ölüb yox olacağını düşünən insan dürüst və yaxşı insan olmaq üçün iradə işlətməz.