Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.
Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir.
Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur.
Ərəb dilini bilməyən tək alim Mehdi (ə.s)-dır. Elə bir alim olmayıb ki, ərəb dilini bilməsin. Hamısı ərəb dilini su kimi bilərlər. Peyğəmbərimiz (s.ə.v) bir tək onun üçün xüsusi olaraq söyləyir. "O ərəb dilini bilməz" deyir. Bir tək onun üçün deyir, möcüzədir.
Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
Yəhudilərə, xristianlara qarşı bizim qədər şəfqətli olan birlik yoxdur.
Bizim qədər iman həqiqətlərini əhatəli izah edən başqa biri yoxdur. Quranı bu qədər ağıllı, sadə və səmimi izah edən, komplekssiz, dəqiq, qısa və köklü izah edən yoxdur. Bu qədər Quran möcüzəsi izah edənləri görmədik.
Darvinizmi bu qədər mükəmməl, dünya səviyyəsində, elmi dəlillərlə məhv edən bizdən başqa bir kimsə yoxdur. Materializmi bizim qədər, bu qədər güclü fikirlə əzən yoxdur.
Dünyada mehdiyyəti bizim qədər ağıllı, elmi dəlillərə, qaynaqlara əsaslı şəkildə isbat edən, Risalə-i Nura, hədislərə, Qurana əsaslanan şəkildə, isbatlı izah edən heç bir birlik yoxdur.
Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.
Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.
Amerika böyük gücdür, amma vurub yıxmaq mənasında deyil. Türkiyə mükəmməl sevgi gücüdür, mükəmməl iman gücüdür, Quranın mükəmməl gücüdür.
Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
İnsanın ağlı əhəmiyyətlidir. Ağlı görəcək, ürəyi təsdiq edəcək. Ağılla ürək eyni gücdə olmalıdır. İkisi birlikdə hərəkət edəcək. Əgər ağlını istifadə etməsə, sırf ürək ilə təsdiq etmək zəif iman yaradar. Güclü iman, təhqiqi-iman, aynəl-yakin iman çox güclü olar.
Əsas məsələ iman məsələsidir. Bir insanın imanı güclüdürsə, mükəmməl olar. İmanı zəif olsa bir çox şeyə gücü çatmaz. Buna görə, imanı zəif bir insana təsəvvüflə yaxınlaşsan bir nəticə əldə edə bilməzsən. Quran möcüzələri ilə, iman həqiqətləri ilə imanını gücləndirib, sonra nə izah edirsənsə et.
Alpərənlər canımızdır. Çox gözəl əxlaqlı, məmləkətin canları olan, Anadolu əxlaqını ən gözəl təmsil edən vəli xasiyyətli insanlardır, maşaAllah.
Ehtirasın təqlidi olmaz, ehtirası Allah yaradar. Allaha tam təslim olanda ehtiras böyüyər. Həqiqi ehtiras da, qarşı tərəfə Allah rizası üçün hiss edilər.