Başçılıq sistemi təhlükəlidir. Çünki ondan sonra federasiya təklif ediləcək kimi görülür. O zaman Türkiyə parça-parça olar. Onsuz da federasiya təklifinin əsl məqsədi İslam Birliyinə maneə olmaqdır. Mehdiyyətə maneə olmaq üçün edilən şeytani bir layihədir.
Bir müsəlman xanımın ilk axtaracağı şey təqvadır, qarşısındakı insanın özünü Allaha həsr edib-etməməsidir. Allah aşiqi olub-olmadığıdır.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Allah aşiqi olmaq fərqli, mal aşiqi olmaq fərqlidir. Mal aşiqi malla gəlir, malla gedər, yəni mala çevrilər. Allah aşiqi Allah üçün sevər. Allah üçün sevdimi dünyada da, axirətdə də xoşbəxt olar.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Kommunizm ictimai ədalət məntiqini, inancını haradan almışdır ? Mehdiyyətdən almışdır. Karl Marks Allahsız Mehdi olaraq ortaya çıxmışdır. Yəni dəccal olaraq ortaya çıxmışdır. Ona qarşı həqiqi Mehdi, Allah aşiqi Mehdi (ə.s) zühur etdi.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Biz sosializmin yəni kommunizmin Allahsız, Kitabsız, dinsiz, imansız istiqamətini tənqid edirik. İctimai ədalət istiqamətini tənqid etmirik. Çünki Mehdiyyətin də edəcəyi ictimai ədalətdir onsuz da.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Dövlətin insanları qoruyub mühafizə etməsi, onlara malı bərabər paylaması, sərvəti bərabər paylaması Mehdiyyət ruhudur.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Heç bir paltarı fabrik tikməz. Hamısını Allah edər, amma səbəblər içində olduğu üçün, insanlar fabrikin düzəltdiyini zənn edir. Heç bir televiziyanı, radionu, heç bir texniki cihazı fabrik düzəltməz, hamısını Allah edər. Amma möcüzə bir sistem olduğu üçün və Allah böyük bir səbəb-nəticə əlaqəsi yaratdığı üçün insanlar onu fərqinə vara bilmirlər. Milyon təfərrüatla Allah onu pərdələmişdir.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Din, həqiqətən, Qurandan öyrənilər. Quran çox dəqiq, başa düşüləndir. Hər oxuyanın anlayacağı şəkildədir. İnkar edənlərin də anlayacağı şəkildədir. İnkar edən vicdani olaraq anladığı halda rədd edir.
(A9 TV; 24 dekabr 2012)
Adnan Oktar
-
Ələvilik adı üstündə hz. Əlini sevmək deməkdir. Hz. Əlini sevməyən onsuz da müsəlman deyil. Əhli-Beyti sevməyən adam müsəlman deyil. Dini, imanı yoxdur elə adamın.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Ələvilər fanatikliyə qarşıdır, igiddirlər, ələvilər cavan, qoçdurlar. Hər hansı bir yerdə ələvilərin qılına toxunmağa çalışsalar göy qübbəsini təpələrinə keçirərik. Heç bir yerdə quldurluq, psixopatlıq etdirmərik.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Ələvi demək Allah eşqi ilə divanə olmuş insan deməkdir, Allah eşqi ilə coşmuş insan deməkdir. İnsanı sevərlər, heyvanları sevərlər, bitkiləri sevərlər. Hacı Bekdaşın ceyran qucağında bir rəsmi vardır aslanla, o sevgini ifadə edər.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Qurana əl vurmağa qoymurlar, namaz qıldırmırlar, küçəyə çıxa ına əziyyət etməkdən əl çəkin. Qadına sevgi, hörmət göstərəcəksiniz, nəzakət göstərəcəksiniz. Siz necə azadsınızsa qadın da azaddır.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Allah quluna əziyyət etməz. Allah müsəlmanların acı içində yaşamasını istəməz. Allah qadınların acı çəkməsini istəməz. Allah qadınları sevər. Onları sevilsin deyə yaradır Allah, onları acı çəkmələri üçün yaratmadı.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Xərçəng olan uşaqların dərmanını alması üçün, ödənişsiz müalicə olması üçün dövlət bir təməl qursun. Biz o təməli dəstəkləyək.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Allah niyə Osmanlını qurdurdu? Çünki Qurana çox diqqətli idi. Fanatizm yox idi. Sevgi dolu idilər. Hz. Süleyman (ə.s)-a niyə Allah dünya hakimiyyəti verdi? Sənət, estetika, elm, sevgi hər yeri əhatə etmişdi. İnsanlar yıxılmağı da, yenidən qurulmağı da çox yaxşı düşünməlidirlər.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
İman zəifliyi olsa Allah dünyanı qovurur, xoşbəxtlik vermir. Osmanlının məhv olmasının səbəbi odur, Səlcuqluların məhv olmasının səbəbi yenə odur. Fanatik bir quruluş inkişaf edəndə, mühafizəkar bir quruluş inkişaf edəndə, sənət, elm, sevgi azalanda, Quranın özündən uzaqlaşanda mütləq fəlakət gəlir.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Qiyamət sabah belə qopsa biz İslama xidmət etməkdə məsuliyyət daşıyırıq.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
İlk dəfə 1980-ci ildən etibarən qiyamət əlamətləri çox görünməyə başladı. Qiyamətin ilk böyük əlaməti Mehdi (ə.s)-dır, Mehdi (ə.s)-ın zühurudur və İsa Məsihin enişi, Yəcüc Məcüc, Dabbətül Ərz, Duxan (duman) zühurudur.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Yenidən sənətin və elmin öndə olacağı şəkildə İslam dünyaya hakim olacaq. O zaman Allah icazə verir, onun xaricində icazə vermir.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Allah Osmanlını niyə yıxdı? Xalqın çox bir hissəsi sənətə, estetikaya və elmə qarşı olduğu üçün yıxdı. Dövlət qarşı deyildi, amma xalqın çoxu qarşı idi. Dövlət saraylar tikdirirdi, bulaqlar bəzəməyə çalışırdı, amma xalqın böyük hissəsi elmə və sənətə qarşı idi. Fanatizm geniş olaraq ətrafı əhatə etmişdi. Buna görə Allah Osmanlını yıxdı.
(A9 TV; 22 dekabr 2012)
Adnan Oktar
-
Bir qisim qardaşlarımız səfaləti, pərişanlığı Allahın istədiyini zənn edirlər. Bu düşüncəyə görə Allah, imtina etmədikləri üçün İslamın dünyaya hakimiyyətini təxirə salır.