Azadlıq, sülh Quranın əmridir. Allahın bizə verdiyi nemət, cənnətin xüsusiyyətidir. Mömin onsuz da həmişə azadlıq və sülh istəyəcək.
İmperializm, kommunizm onsuz da bir-birilə bağlıdır. Bunlar bir-birinin qardaşıdır. Bunlar ailədir, faşist, kommunist, kapitalizmin ataları vəhşi kapitalizmdir. Sağında oğlu kommunizm, solunda oğlu faşizm dayanır.
Mehdiyyət təzyiq göstərən deyil. Yəni kim vətəndaş namazını qılacaq, kim qılmayacaq, kimi başı açıq olacaq, kimi dekoltə geyinəcək, kimi çarşabla gəzəcək. Amma bütün insanlar xoşbəxt olacaq. Hər kəs azad olacaq.
Sosialist inqilabı etməyə ehtiyac yoxdur. İslam Birliyi, Türk İslam Birliyi inqilabı olacaq. Atatürkün dediyi olacaq. Atatürkün prinsiplərindən biri də inqilabçılıqdır. Atatürkün dediyi inqilab Türk İslam Birliyi, İslam Birliyi inqilabıdır. Hal-hazırda demokratiya ilə, sevgi ilə, məlumatla, ağılla, nəzakətlə, sənətlə və estetika ilə davam edir.
Mehdiyyət, Mehdi (ə.s) tərəfdarı məğlub olmaz. Mehdi (ə.s) tərəfdarı Cəbrayıl, Mikayıl və mələklər tərəfindən qorunar, kim olursa olsun. Allah tərəfindən Mehdi (ə.s)-ın əleyhinə olanlar da mütləq boğular.
Sevgi dolu olun, şəfqət üslubundan istifadə edin. Zülmkar üslubunu istifadə etməyin. Şəfqətdə bərəkət, zülmkarlıqda bərəkətsizlik vardır.
Müsəlmanın xüsusiyyətləri mərhəmətdə, şəfqətdə, nəzakətdə, təmizlikdə ən irəli olandır, ən gözəl geyinən, yeyib-içən, paylayan, ən ədalətli, mərhəmətli, ictimai ədaləti mükəmməl şəkildə tətbiq edən olmasıdır.
Allah ayədə "möminlər təmizdir", "geyimini təmiz saxla" deyir. Dünyanın ən səliqəli insanı olması müsəlmanın xüsusiyyətidir.
İnsanın keyfiyyəti təmizliyindədir. Çirk və natəmizlik keyfiyyətsizliyin ən birinci əlamətidir. İnsanın düşünmədiyini göstərər. Ağıllı bir insan çirkdən, murdar olandan narahat olar. Olmursa bir problemi vardır. O adam keyfiyyətdən bəhs edə bilməz.
İslam şəfqətin, mərhəmətin əsl mərkəzi, yeridir. Quranın hökmləri şəfqətin, mərhəmətin, dostluğun, gözəlliyin bütün infrastrukturunu yaradır.
Din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, hüzur, insanlara qarşı xoş niyyətli olmaq, kasıbları, Allahın yaratdıqlarını, bitkiləri, hər şeyi sevməkdir.
Allah ayədə "xoşbəxt olun, Mənə dönün, sizi daha da xoşbəxt edim" deyir. "Daha çox nemət verim. Həmd, şükür edin, daha çox nemət verim", "dünya da sizin, axirət də yalnız sizindir", "dünyada gülün" deyir. Sevinc içində olacaq və Allahın nemətlərinə şükür edəcəyik.
Allah türk millətini qatı dinçiliyə qarşı olan bir ruhda yaratmışdır. Qəbul etmirlər, çox gözəldir. Məsələn, bir çox millət qatı dinçiliyi dərhal qəbul etməyə meylli olar, amma bizim millətimiz qəbul etmir. Bu çox gözəldir.
Sevginin, demokratiyanın dünyada görünməmiş şəkildə yaşandığı ölkə olacağıq.
Ənənəvi İslam anlayışının o qatı dinçiliyi boğucudur. Elə bir sistemdə yaşanıla bilməz. Qadınların alçaldıldığı, ikinci sinif olaraq görüldüyü, böyük bir təzyiq sisteminin olduğu bir üsul―bu din deyil.
Dövlətin təxribatlara qarşı xalqı məlumatlandıran vahid sistemi olmalıdır.
Allahın vəlilərinin əleyhinə olmazlar. Allahın vəlisinə qarşı mübarizə aparan insanı bütün dünya gəlsə Allahın qəzəbindən qurtara bilməz. Kim Allahın vəlisinə düşmən olsa Allah onu cəhənnəmə göndərər.
Tayyib bəy nur kimi insandır. Allahın rizasına uyğun yaşadığı müddət ərzində məğlub olmaz, inşaAllah.
Mehdi (ə.s) tərəfdarları həmişə qanın dayandırılmasından, sevgidən, şəfqətdən, azadlıqdan, sülhdən, elmdən, sənətdən və estetikadan bəhs edərlər.
Müsəlmanlar atəşi nura, qəzəbi mərhəmətə çevirərlər.
"Mən hər kəsə sahib çıxan, sevgi gözü ilə baxan insanam. Mənim bu əhatəli xüsusiyyətim açıq-aşkar ortadadır. Kim Quranın tərəfdarıdırsa, fitnəni dayandırırsa mən də onu dəstəkləyirəm."