Allah türk millətini qatı dinçiliyə qarşı olan bir ruhda yaratmışdır. Qəbul etmirlər, çox gözəldir. Məsələn, bir çox millət qatı dinçiliyi dərhal qəbul etməyə meylli olar, amma bizim millətimiz qəbul etmir. Bu çox gözəldir.
Sevginin, demokratiyanın dünyada görünməmiş şəkildə yaşandığı ölkə olacağıq.
Ənənəvi İslam anlayışının o qatı dinçiliyi boğucudur. Elə bir sistemdə yaşanıla bilməz. Qadınların alçaldıldığı, ikinci sinif olaraq görüldüyü, böyük bir təzyiq sisteminin olduğu bir üsul―bu din deyil.
Dövlətin təxribatlara qarşı xalqı məlumatlandıran vahid sistemi olmalıdır.
Allahın vəlilərinin əleyhinə olmazlar. Allahın vəlisinə qarşı mübarizə aparan insanı bütün dünya gəlsə Allahın qəzəbindən qurtara bilməz. Kim Allahın vəlisinə düşmən olsa Allah onu cəhənnəmə göndərər.
Tayyib bəy nur kimi insandır. Allahın rizasına uyğun yaşadığı müddət ərzində məğlub olmaz, inşaAllah.
Mehdi (ə.s) tərəfdarları həmişə qanın dayandırılmasından, sevgidən, şəfqətdən, azadlıqdan, sülhdən, elmdən, sənətdən və estetikadan bəhs edərlər.
Müsəlmanlar atəşi nura, qəzəbi mərhəmətə çevirərlər.
"Mən hər kəsə sahib çıxan, sevgi gözü ilə baxan insanam. Mənim bu əhatəli xüsusiyyətim açıq-aşkar ortadadır. Kim Quranın tərəfdarıdırsa, fitnəni dayandırırsa mən də onu dəstəkləyirəm."
Mehdiyyətin xüsusiyyəti, insanların xoşbəxtliyini hədəfə almasıdır. Mehdiyyət təzyiq edən deyil. Kiminsə inancına və düşüncəsinə qarışmaz. Hər kəs azad olacaq. Dindar bir mərkəz bütün insanlara sevgi aşılayacaq.
Allah hizbi mütləq qalibdir. Allah "Hizbul qalibin" deyir. Türkiyə, bütün Anadolu Allah hizbidir.
Bədiüzzaman hicri 1506-cı ildən sonra üç böyük kommunist qiyam olacağını söyləyir və tarixlərini verir.
Taksimdə yeni ağacların əkilməsi gözəldir. Allah baş nazirin atasına rəhmət etsin.
Qarışıqlıq zamanı ölkənin baş nazirinə qarşı pis münasibət göstərmək vicdana uyğun hərəkət deyil.
Dövlətimiz kommunist sınaqlara həmişə hazırlıqlı olsun.
Bizim millətimiz çox mülayimdir. Hadisələri sakitcə müşahidə etdi. Kinli olanlar isə qeyri-qanuni kommunist təşkilatlarıdır.
Ədalət təkcə müsəlmanı deyil, xristianı, yəhudini, ateisti, kommunisti də qorumaqdır.
Qədərdə tarix yalnız mehdiyyətin qalibiyyəti üzərində hazırlanıb.
Bizim millətimiz əksiksiz və bərabərdir. Birlik və bərabərlik içindəyik. Türk dövlətini, türk millətini parça-parça etdirmərik.
Türk millətinin qədəri mehdiyyətin xaricində bütün istiqamətlərdə bağlı yaradıldı. Türk millətinin qədəri yalnız mehdiyyətə açıqdır. Əbəs yerə çalışıb, cəhd göstərirlər.
Dindar olmalarına görə, “Allah birdir” demələrinə görə, peyğəmbərlərə inandıqlarına görə İsrail millətinə, İsrail xalqına sevgi bəsləyib, onları qorumağı vicdanın, ağlın, Quranın ruhunun təzahürü sayıram.