Hz. Adəm dövründən etibarən Allah mütləq iki zidd qüvvəni birlikdə yaradır. Mütləq dəccaliyyət və mehdiyyət olur.
Münafiq üçün hər şey əzab vəsiləsidir. Gəzib dolanar bu onu çökdürər. Yeyər, içər, bu onun üçün bəlaya dönər.
Mehdinin fikri olaraq mübarizə apardığı, içlərində qadın dəccalların da olduğu 30-a yaxın böyüklü-kiçikli dəccal olacaq.
Münafiq özünü müsəlmanmış kimi göstərərək müsəlmanlara sanki zəli kimi yapışar. Alçaqcasına təkcə öz mənfəəti ardınca qaçar.
Münafiq müsəlmanların arasında sanki turist kimi yaşayar. İslam üçün fikri mübarizə aparmaq onu maraqlandırmaz, təkcə öz rahatlığını düşünər.
Münafiq fitnəyə dəvət edilsə dərhal gedər, lakin məsələ İslama xidmət olduqda müsəlmanları ittiham altında saxlayacaq ifadələr verərək qaçmağa çalışar.
Münafiq heyrət ediləcək dərəcədə yalançıdır, hər şey üçün bəhanə tapar. Bir əxlaqsızlıq etdikdə bəhanəsi də mütləq olar.
Möminlər üçün hər zaman həyat gözəldir. Həyat münafiq, kafir üçün çətindir. Mömin üçün həmişə gözəldir.
Vəzirin həyat yoldaşı hz. Yusifə böhtan atır və neçə il həbsxanada qalmasına səbəb olur. Bu, qadının münafiq əxlaqına sahib olduğunu göstərir.
Əzan və Səlanın səsindən narahat olmaq gözəl deyil. Əzan qəlb üçün rahatlıqdır. Əzan bərəkət gətirər.
Qədərdə bəhs edilib bitmiş mövzulardan bəhs edirik. Hal-hazırda bəhs etdiyimiz mövzudan Fateh Sultan Mehmet İstanbulu fəth edərkən bəhs etmişdik. Rəsulullah (s.ə.v) Kəbədə bütləri devirərkən biz burada söhbət edirdik. Allah Qatında təkcə bir an var.
İman zəifliyi olduqda cəhənnəm kimi həyat yaşanır. Əxlaqı az, nəzakəti, keyfiyyəti olmayan, Allah sevgisini bilməyənlərin həyatı qorxuncdur.
İnsanların bir qismi sevgini heç bilmir, həmişə mübahisəçi və tərs üslubdan istifadə edirlər. Üslubları da, vücudları da təmiz olmur.
Mehdiyyətə və günahsız müsəlmanlara zidd rəftar göstərən bəzi kəslər İngiltərə dərin dövlətinin adını belə çəkə bilmirlər.
İngiltərə dərin dövlətini ifşa edib üstünə gedilsə o zaman geri çəkilər, darmadağın olar, geri addım atıldığı təqdirdə isə azğınlaşar. İngiltərə dərin dövləti Osmanlını parça-parça etdi, çox kiçik torpaq parçası qaldı əlimizdə, bunu bilib də gündəmə gətirməmək olmaz.
İnsanların müharibəsiz, döyüşsüz, xoşbəxt yaşamaları ən asan şeydir. İslam Birliyinin yaranması da asandır. İnsanlar bunları boşuna çətin hesab edir. Bütün məsələ sevginin yaşanmasındadır. Sevgisizliklə, lovğalıqla, təkəbbürlük yarışı ilə İslam Birliyi yaranmaz. Səmimi sevgi ilə hər şey asan olar.
İngiltərə dərin dövlətinin fikir sistemi darmadağın olacaq. Dəccaliyyət fikri olaraq yox olmağa məhkumdur. Bu, Allahın vədidir. (Ənbiya surəsi, 18: Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxıb görərsən ki, o, yox olub getmişdir. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza.)
İnsanların çoxu milyonlarla zombinin içində yaşadığını görmür. Savaşdıqları insanların müəyyən mənada zombi olduğunu bilmirlər. İnsan görünüşlü, ruhunu şeytanın ələ keçirtdiyi zombilər dünyanın hər tərəfində bəlaya səbəb olurlar. Bu, imtahanın xüsusi bir hissəsidir.
Heyrətverici hadisələrdən biri də müsəlmanların çoxunun əsrlərdən bəri münafiqlər məsələsində laqeyd davranmış olmalarıdır. Quranda münafiqlər haqqında mindən çox ayə var, buna baxmayaraq, müsəlmanların çoxu münafiqləri Peyğəmbər dövründə yaşayıb keçmiş kəslər deyə düşünüblər.
Münafiq nankordur. Allahın nemətlərinə şükür etməz, həmişə nankorluq edər və həmişə daha artığını istəyər. (Bəqərə surəsi, 61: Siz (isə belə) demişdiniz: "Ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar ki, bizim üçün yerin yetişdirdiklərindən lobya, sarımsaq, mərcimək və soğan bitirsin". (O zaman Musa:) "Xeyirli olanı, bu dəyərsiz şeylə dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, çünki (orada) özünüz üçün istədiyiniz vardır" demişdi. Onlara xorluq və yoxsulluq (möhürü) vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, şübhəsiz, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. (Həmçinin) bu asi olduqlarına və həddi aşdıqlarına görə idi.)
Münafiq şeytanın təhriki ilə həmişə fitnə törədər. Heç cür sakitləşməz. Tam sakitləşdi deyilər, bir dəlilik daha edər.