Allahın varlığı çox dəqiq və ola bildiyi qədər açıqdır. Allahı heç düşünmədən yaşamaq, insanların çox böyük ayıbıdır. Həm Allahın varlığını bilmək, həm də diqqətsiz olmaq inanılmazdır. Allaha qarşı çox böyük günahdır bu.
Allahı sevən insan həmişə gözəllik qazanar. Allahı sevdiyində eqoist olmursan, özün üçün yaşamırsan, Allah və sevdiklərin üçün yaşayırsan, dürüst olursan, səmimi ın hamısı Allahı düşünəndə qazandığın gözəlliklərdir.
(A9 TV; 13 aprel 2018)
Adnan Oktar
-
Heç kimsənin etibar etmədiyi, hər kəsin alçaq olduğunu bildiyi, tək başına insanlar halına gəlmək, münafiqlərə Allahın verdiyi ən böyük cəzadır. Samirinin çöllərdə tək başına gəzməsi kimi tək başlarına alçaldılaraq yaşayırlar. Onların yanında yalnız homoseksual, kriminal, cəmiyyətin ən alçaq tipləri olur.
(A9 TV; 13 aprel 2018)
Adnan Oktar
-
Suriyada müharibənin yenidən alovlanmaması üçün İslam aləmi və əlaqədar ölkələr bir araya gəlsin, danışıb həll yolu tapsınlar. Türkiyə, İran və Rusiyanın zəmanətində Suriyada rejim dəyişsin. Yenə bu ölkələrin zəmanəti ilə seçki keçirilsin. Xalqın ölkəsinə dönə biləcəyi mühit meydana gəlməyə başlasın. Daha çox qan axmaması üçün Türkiyə olaraq bütün səyi göstərək.
(A9 TV; 13 aprel 2018)
Adnan Oktar
-
İslam aləminin, bütün müsəlmanların Merac qəndili mübarək olsun. Xeyir və bərəkətə vəsilə olsun. Allah təkrarına çatdırsın.
(A9 TV; 13 aprel 2018)
Adnan Oktar
-
Yunanıstanla dost ölkə olmağı sevirik. Rumlar gözəl insanlardır. Anadolu insanı kimidirlər. Sevgiylə yaxınlaşsan hər zaman sülh və gözəllik olar. İki ölkə arasında gərginlik istəyənlərə Allahın izni ilə fürsət verməyəcəyik.
(A9 TV; 12 aprel 2018)
Adnan Oktar
-
Qadın-kişi əlaqələrində "ciddi düşünürəm" ifadəsi çox vaxt şirkət planı qurma mənasına gəlir. Şirkət müqaviləsi kimi düşünürlər. Ona baxacaqmı, evə yaxşı pul gətirəcəkmi, ütüsünü yeməyini edəcəkmi, bunları nəzərdən keçirirlər. Əsas olan Allah qorxusudur. Allahdan qorxmayan insana etibar edilməz. Allah qorxusunu və sevgisini axtarmadan, maaşı nə qədərdir, maşını varmı, evi varmı, qohumları necədir deyə düşünsən əgər Allah rahatlıq verməz. Kişilərin çoxu qadınlara ət-sümük gözüylə baxır. İlk acizliyini görəndə soyumağa başlayır. Xəstə olanda uzaqlaşır. Qadınların çoxu da kişilərə gələcək zəmanəti gözüylə baxır. Belə anlayış olduğunda həqiqi sevgi, güvən, dostluq meydana gəlməz.
(A9 TV; 12 aprel 2018)
Adnan Oktar
-
Ən böyük xidmət dərin imanlı olmaqdır. Dərin imanlı insanın olduğu cəmiyyətdə böyük bərəkət meydana gələr.
(A9 TV; 12 aprel 2018)
Adnan Oktar
-
Qadınlar ən çox ağıldan və dərinlikdən xoşlanarlar. Ət-sümük hər yerdə tapılar. Amma ruhun olması çətindir. Qadınlar ən çox ciddi sevilməkdən, dəyər verilməkdən xoşlanarlar. Bunu da ancaq ağıllı insan edə bilər. Qadınlardakı detalları görmək də, qadınlara çox təsir edər. Bir çox kişi kütbeyindir. Qadındakı incə gözəllikləri görə bilməz. Daha da pisi, bir çox kişi, görəsən nə qüsuru vardır deyə baxar. Ağıllı kişi isə yalnız qadındakı gözəlliyi axtarar, qüsurları görməz, qüsurlara önəm verməz. Qadında həmişə ağıllı, xeyirli yönü axtarar, müsbət qiymətləndirər. O zaman Allah, o qadını onun üçün gözəl hala gətirər.
(A9 TV; 12 aprel 2018)
Adnan Oktar
-
İslam ölkələri təcili olaraq toplansınlar. Suriya və Yaxın Şərqdə axan qanın dayanması üçün bir araya gəlsinlər. Bu yığıncağa Rusiya və Amerika da dəvət edilsin. Çox üst səviyyə toplantı olmasına ehtiyac yoxdur.
(A9 TV; 12 aprel 2018)
Adnan Oktar
-
Küçə sənətçilərinin dəstəklənməsi əhəmiyyətlidir. İncəsənət əzm tələb edən çətin peşədir. Xüsusilə gənclər küçədə yaradıcılıq nümayiş etmək istədiklərində onlara imkan vermək, sahə yaratmaq və təqdir etmək lazımdır. Bir küçə sənətçisini təqdir etmədən keçmək böyük vicdansızlıqdır.
(A9 TV; 12 aprel 2018)
Adnan Oktar
-
Müsəlman hər zaman xeyir işi axtarar. Münafiqlər və küfr isə şər axtararlar. Müsəlman həmişə xeyir və gözəllik edər. Münafiqlər isə müsəlmanların etdiklərinə və həyatına həsəd edərək qovurularlar.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Allah qorxusu ağılı iti edər. Allahın böyüklüyünü anlamaqda ağılın qapalı olmasını ortadan qaldırar. Mükəmməl, yüksək əxlaqın özü də Allah qorxusudur. Bir az düşünən insan hər cür gözəlliyin mənşəyinin Allah qorxusu olduğunu görər. Allah qorxusu olduqda böyük təxribat olar.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Mömin, Allahın sevgisini itirməkdən qorxar. Sonsuz böyük güc və ağıl olan Allah, sənə dəyər vermir, səni sevmirsə bundan daha dəhşət verici heç nə ola bilməz. Allahın sevgisini itirsən harada olursan ol, məhv oldun deməkdir.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Önümüzdəki günlərdə dünya miqyasında çox böyük hadisələrlə qarşılaşa bilərik. Narahat olmaq müsəlmanlara yaraşmaz. Sonunda İslam Günəşi mütləq doğulacaq, İslam əxlaqı dünyaya hakim olacaq.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Yaşlı insanları sevindirmək, onlara baxmaq, mənəvi dəstək vermək çox zövqlüdür. Yaşlıya dəyər verilməyən mühitdə insan rahat ola bilməz. Yaşlandığı üçün insanı yalnızlığa tərk etmək dəhşət verici vicdansızlıqdır.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Türkiyənin Avropa tərəfinin ağır basması lazımdır. Milli Məclisdə, nazirliklərdə və həyatın hər yerində qadınların olması lazımdır. Qadının azad və hüzurlu yaşaması mədəniyyətin göstəricisidir.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
İnsan ruhu süniliyi, səmimiyyətsizliyi dərhal anlayacaq şəkildə yaradılmışdır. Süniliyi gördüyü anda dərhal ondan ruhu sıxılar, o insandan uzaqlaşmaq istəyər.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Heyvanların sədaqətləri, balalarına göstərdikləri fədakarlıq, balaları üçün canlarını ortaya qoymaları və daha bir çox xüsusiyyətləri insanların nümunə alması lazım olan gözəl cəhətləridir.