Bəzi dar düşüncəli insanlar "Darvinizm, kommunizm varmı" deyirlər. Bununla onlar çox yanılırlar.
(A9 TV; 10 Aprel 2013)
Adnan Oktar
-
Baş nazirimizdən xahiş edirik: RADİO-TELEVİZİYA ÜST QURUMUNU ARADAN QALDIRSIN. RADİO-TELEVİZİYA ÜST QURUMU BAĞLANSIN, televiziyalar azad olsun. RADİO-TELEVİZİYA ÜST QURUMU azadlığı əngəlləyən bir proqramdır. Cinayət törədən olsa onsuz da məhkəmələr var.
(A9 TV; 10 Aprel 2013)
Adnan Oktar
-
Quran xeyirli və faydalı olanın nə olduğunu bizə açıqlayır. Ən faydalı olan şey, insanların axirətlərini qurtarmaq üçün cəhd göstərməsidir, Allah yolunda fikirlə mübarizə etməkdir. Yoxsa bəzi müsəlmanların iddia etdikləri kimi iş adamı olub, holdinqlər qurub, turistik səyahətlər edib ticarəti ilə məşğul olmaq deyil. Bu çox səmimiyyətsiz bir yanaşmadır. Xoşbəxtlik imanla olar.
(A9 TV; 10 Aprel 2013)
Adnan Oktar
-
Cənub-şərqdə kürd məsələsi yox, PKK məsələsi var, kommunist ehtirası var.
(A9 TV; 10 Aprel 2013)
Adnan Oktar
-
Baqqalda, küçədə, avtomobildə, mikro-avtobusda, avtobusda "Allaha şükür" demək, "Allah nə gözəl yaratdı" demək insanlara təbliğ olar. İnsanlar Allahın adını hər yerdə tez-tez eşitsinlər. O unuda bilməz, çox xoşuna gələr, yaddından çıxarmaz. Çünki insan sənətdən, digər işlərindən bəhs edir, başqaları isə dedi-qodu ilə məşğuldur, bir də baxır ki, oradakı insan Allahdan sevgi ilə bəhs edir. Qibtə edər, çox xoşuna gələr. Ona nümunə olar, o da etmək istəyər.
(A9 TV; 6 Aprel 2013)
Adnan Oktar
-
Kommunizmə qarşı fikri mübarizədə ən vacib zərbə darvinizmin yıxılmasıdır.
(A9 TV; 6 Aprel 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) və İsa Məsih (ə.s), iki mübarək şəxs zühur edənə qədər yer silkələnməyə davam edər, zəlzələlər kəsilməz. Onlar mübarək əllərini yerə qoyana qədər davam edər. Ondan sonra yer sakitlik tapacaq, inşaAllah.
(A9 TV; 6 Aprel 2013)
Adnan Oktar
-
MHP gəncliyi (İdealist gənclik), Səadət gəncliyi, Alpərənlər birlikdə qardaşca, demokratik, elmi, coşğulu, imana, Qurana əsaslanan qardaşlıq ruhu daxilində toplu şəkildə hərəkət etsinlər. "Vətəni böldürmərik" şüarı ilə sıx bir fəaliyyətə başlamalarının zamanıdır.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Qatı dinçilik kommunizm kimi bir bəladır. Qorxunc ideologiyalardan biri də qatı dinçilikdir.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Quranın xaricində bir yol yoxdur. Allah "sizi təkcə onda rahat buraxaram" deyir, "Rahat yaşayarsınız, gözəllik olar, Mənim istədiyim budur" deyir. Adamlar da deyir ki, haşa, "Ya Rəbbim, biz Sənin istədiyindən kənarda bir şey tapacağıq". Tapa bilməzsən, sürünərsən.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Bizim kökümüz İslam, Qurandır. Allah təkcə onda bərəkət yaradar. Təkcə onda hüzur, dinclik yaradar. Ondan kənarda dünya süründü, vəhşi kapitalizmlə, kommunizmlə, faşizmlə məhv oldu.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) sevgi insanlarıdır. Pulla, dünya ilə işləri olmaz, nə hz. Mehdi (ə.s)-ın, nə də hz. İsa Məsih (ə.s)-ın. Onlar daim sevgi, sevgi, sevgi, sülh, sülh, sülh, qardaşlıq, qardaşlıq, qardaşlıq, dostluq, dostluq, dostluq, ədalət, ədalət, ədalət mövzularını müdafiə edib, dəstəkləmişlər.. Onun müəllimləridirlər, inşaAllah.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Dəccal, şeytan eyni varlıqlardır. Çünki şeytan insan surətinə girir, o şəkildə dəccal olaraq insanların qarşısına çıxır. İnsanlar onu normal insan zənn edir. Halbuki, şeytan normal olaraq insi şeytandır.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) ev sahibi, hz. İsa Məsih (ə.s) qonağımızdır. Mehdiyyəti Allah vəsilə edib, evi hazırlayır. Hz. İsa Məsih (ə.s) sultanımızı da eşqlə, məhəbbətlə bağrımıza basacağıq, inşaAllah.
(A9 TV; 5 Aprel 2013)
Adnan Oktar
-
Böyük bir mənəvi həyəcana ehtiyac var. Mənəvi coşğu, möcüzəvi bir həyəcana ehtiyac var. Bu mehdiyyətlə təmin edilər.
(A9 TV; 4 Aprel 2013)
Adnan Oktar
-
Ortaq bir mənəvi həyəcan lazımdır. Bunun üçün darvinizmin-materializmin aradan qaldırılması lazımdır. Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməsi lazımdır, güclü bir mehdiyyət həyəcanının ortaya qoyulması lazımdır. Metafizik fövqəladəliyin hiss etdirilməsi lazımdır.
(A9 TV; 4 Aprel 2013)
Adnan Oktar
-
Əgər bir sistem düşünürsənsə, bir yaxşılıq etmək istəyirsənsə onun mənşəyində mütləq Allah qorxusu və Allahın razılığı olmalıdır. Əks təqdirdə, Allah ayədə bildirir ki, özünüz də məhv olar, cəhənnəmin dibinə gedərsiz.
(A9 TV; 4 Aprel 2013)
Adnan Oktar
-
Sevgi və gözəllik, baxın, Allah bu iki mövzudan məmnun olur. Allahı, Allahın sevdiyini sevəcəksən.