İnsanların bir çoxu, əşyanı yaradanın Allah olduğunu unutduqları üçün dərin düşünə bilmir. Fincanı, televizor pultunu, yol kənarındakı otları, otların içindəki xromosomları, xromosomdakı məlumatı yaradanın Allah olduğunu düşünmədikləri üçün Allahı lazımınca təqdir edə bilmirlər.
(A9 TV; 2 iyun 2017)
Adnan Oktar
-
Hulusi Akar paşamız təmiz insandır. Özü də 15 iyul qazisidir. Millətimiz onun yanındadır, qəlbi çox rahat olsun.
(A9 TV; 2 iyun 2017)
Adnan Oktar
-
İnsanlar Allah sevgisini, Allaha hörmətin səmimiliyini görmək istəyərlər. Çoxbilmiş, əntəl, soyuq, “din mühəndisliyi” izahatı edənlərdən narahat olarlar.
(A9 TV; 2 iyun 2017)
Adnan Oktar
-
İzahatlarında tək bir dəfə sevgidən bəhs etməyən, Allahın sənətini coşğu ilə izah edə bilməyənlərin səmimiyyətsizliyi diqqət çəkir. Bir çox din xadimi bir dəfə belə; "Allahı çox sevirəm" deyə bilmir. Açıqca coşğu ilə Allahı sevdiklərini söyləmək sanki onlara ağır gəlir. Dini izah edənlərin Allahı sevdiklərini eşidək, bir iman həqiqətindən bəhs etsinlər, Allahın sənətini necə təqdir etdiklərini görək.
(A9 TV; 2 iyun 2017)
Adnan Oktar
-
Sahib olduğu hər şey möminə Allahın əmanətidir. Mömin Allahın bütün əmanətlərinə hörmət göstərməklə məsuldur.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Ələvi demək, hz. Əliyə aşiq igid deməkdir. Ələvilər Allahı çox sevən, azad düşünən, səhabə İslamına həsrət duyan dərin insanlardır.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Keçmiş və gələcək deyilən anlayış insanın beynindəki inancdır. Sonsuz uzun zaman, sonsuz qısa zaman içində olub bitmişdir.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Ən yaxşı müəllim insanın öz vicdanı və ağlıdır. Allah hər insanın vicdanına doğrunu ilham edər.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Allah axirətdə təkcə Qurandan məsul olduğumuzu bildirmişdir. Biz heç bir əlavə və çıxarış olmadan təkcə Qurana tabe oluruq.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Dini o qədər qarışıq hala gətirdilər ki, insanlar İslam deyə tam fərqli xurafat dini öyrəndilər. Quran kifayətdir, açıqdır və dəqiqdir.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Bədbəxtliyin əsil mənşəyi Allah qorxusunun və Allah sevgisinin çatışmazlığıdır. Allahı çox sevən bir insan bədbəxtlik yaşamaz.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
İnsanların bu qədər acizlik və çatışmazlıq içində olarkən lovğalıq hissinə qapılması möcüzədir, bu da imtahanın bir hissəsidir.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Gənclərin arasında eyhamlı sözlərlə bir-birini alçaltmağa çalışmaq geniş yayılıb. Lağlağılığı zəka nümayişi zənn edirlər. Əsil lağlağılıq alçaldıcıdır. Həqiqi ağıl və zəka insanların bir-birinə hörmət göstərməsi, birinin digərini ucaltmasıdır.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Bütün ürəklər Allahın nəzarətindədir. Allah hər an insanlara yaxşını da, pislikdən çəkinməyi də ilham edər.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Uşaqları şövqlə, sevinclə praktik məlumatla öyrətmək mümkün olduğu halda, onlara darıxdırıcı, nəzəri, əzbərə əsaslanan təhsil verilir. Bu məntiqin tamamilə dəyişməsi vacibdir.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Din olan yerdə əyləncə, əyləncə olan yerdə din olmaz demək çox yanlış məntiqdir. Din həyatın hər sahəsində var, həyatın bütünüdür.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Ən böyük ehtiyac insanların imanlarını qazanmasına vəsilə olmaqdır. Ağıl və qəlb cəhətdən imana vəsilə olacaq əsərlər paylanılması çox mühümdür.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Quran kafi və açıqdır. Qurana xurafatlara görə əlavə edən də, çıxarış edən də axirətdə çox böyük günah boynuna götürəcək.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Allah möminləri çətinliklərlə imtahan edər. Məsələn, mömin əzabla qarşılaşar, səbir edər o ona üstünlük qazandırar. Səbir yoxdursa, o insan dəyərli hala gələ bilməz.
(A9 TV; 1 iyun 2017)
Adnan Oktar
-
Allahı çox sevən, Allahın yaratdığı bəndələrə şəfqətlə yaxınlaşar, Quranın ruhunu yaxşı anlayar. Mömin oruc tutmayana qarışmaması lazım olduğunu bilər.