Biz dininə, dilinə, irqinə görə heç kimə qarşı müxalif çıxmaz, heç kimdən narahat olmarıq. Hamısını canımız olaraq sevərik.
(A9 TV; 17 Mart 2013)
Adnan Oktar
-
Vəsvəsələr insanlığı həlak edir. Vəsvəsə insanları boğar. Vəsvəsədən Allaha sığınıb ona fikir verməmək ən gözəlidir. Düşünməmək, əhəmiyyət verməmək lazımdır. "Yoldaş, mən səninlə maraqlanmıram. 10 il sonra gəl, o zaman halına baxarıq" deyərsən. Maraqlanmasanız qaçıb gedər. Əhəmiyyət versən təsiri çoxalar.
(A9 TV; 17 Mart 2013)
Adnan Oktar
-
Hər yerdə vəsvəsə verənlər vardır. Qəzetlərdə, radiolarda, televiziyalarda vardır. Vəsvəsəçilərdən Allaha sığınacağıq. Çox diqqət yetirəcəyik. Vəsvəsə ilə də məşğul olmayacağıq.
(A9 TV; 17 Mart 2013)
Adnan Oktar
-
İxlas bir şeyi yalnız Allah rizası üçün etməkdir. Yəni insanların təqdiri üçün etsə o etdiyi tamamilə faydasız olar, itər. Saflıqla "Allah nə deyər?", "Allah bəyənərmi?", "Allah razı olarmı?", "Allah məmnun olarmı?" müsəlman bunları əsas götürəcək. Bunu unutmamaq lazımdır. İxlasın əsas xüsusiyyəti budur.
(A9 TV; 15 Mart 2013)
Adnan Oktar
-
Allahın razılığı, ən əhəmiyyətli mövzudur. Müsəlman bir şey edərkən həmişə Allahın razılığını tələb edəcək. İnsanlar nə deyirsə desin, nə edirsə etsin, mömin əsl məqsədi heç bir şəkildə unutmayacaq.
(A9 TV; 15 Mart 2013)
Adnan Oktar
-
Bütövlük, ictimai ədalət rahatlıq yaradar. Mehdiyyətin demokratiya, rahatlıq, bərabərlik, sevgi, məhəbbət anlayışı hər cür ideologiyadan üstündür. Müqayisəsi qabil deyil. Son dərəcə səmimi və sürətli nəticə alınacaq bir sistemdir.
(A9 TV; 15 Mart 2013)
Adnan Oktar
-
Sırf Mehdi (ə.s)-ı sevmək, İslam Birliyini istəmək belə bir qurtuluşdur.
(A9 TV; 15 Mart 2013)
Adnan Oktar
-
Sevgisizlik ağılı dayandırdı. Ağıl dayananda iqtisadiyyat da dayanar. İnsanların şövqü, həyəcanı qalmadı. Bir-birlərinə yad oldular. Məhəbbət, dostluq yoxdur. Elə olunca ağrılar, iztirablar, çətinliklər bütün dünyanı bürüyür. Buna qarşı tədbir hz. İsa Məsihi Allahdan istəmək, Mehdi (ə.s)-ı Allahdan istəməkdir.
(A9 TV; 15 Mart 2013)
Adnan Oktar
-
Mehdiyyət uyğunluq, mehribanlıq, yaxşılıq, gözəllik, hüzur, dinclik, şəfqət və mərhəmət deməkdir. Mehdiyyət dünya üçün vacib ehtiyacdır.
(A9 TV; 15 Mart 2013)
Adnan Oktar
-
Mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini, əmri, həyatı asanlaşdırar, insanlar üzərindəki ağır zəncirləri qırarlar. Mehdi (ə.s)-ın da vəzifəsi asanlaşdırmaqdır. Ağır şərt zəncirlərini aradan qaldıracaq, amma xurafatçılar deyəcək ki, onların dinini öldürdü. “Bizim dinimiz ağır şərtli bir din idi, çox şərtlər vardı, bu dinimizi asanlaşdırdı, dini öldürdü" deyəcəklər.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Allah hər yerdə, təcəlli olar: Üzümüzdə, başımızda, qollarımızda. Allah hər yerimizi görər, təcəllisi hər yerimizi əhatə etmişdir. Daxilimizi, xaricimizi hər yerimizi bilər. Cənab Allah elmi ilə, təcəllisi ilə hər yeri əhatələmişdir.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Xurafatçıya, darvinistə Quran oxusan qəbul etməz. Səbəbini Allah Quranda açıqlayır: "Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. (İsra surəsi , 45) Çünki ikinci bəndə, birinci bəndə deyil. Bir başqa həyatda yaşayır. Xüsusi olaraq Allah tərəfindən yaradılmışdır. Bu səbəbdən dediyini anlamaz.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Cənab Allah buyurur: "Eqoizmlə deyil, təbii vəziyyətinlə, mehribanlığınla, təvazökarlığınla yaşamalı, həddinizi bilməlisiniz ". Onsuz da biz heçik, təkcə Allah var. Biz kölgə varlıqlarıq. Əlhəmdülillah.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Xurafatçılar, dəccaliyyət hücum edir deyə müsəlman hüznə qapılmamalıdır. Nizam hiylə ilə qurularkən o nizamın qurulmasını Allah müəyyənləşdirir. Allah hikmətlə yaradır.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
"Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. (Nəhl surəsi, 127) Öz-özünə səbir edə bilməzsən, Allah sənə səbir etdirər. Qədərində varsa , Allah yaratsa səbir edirsən. Yoxsa səbir edə bilməzsən.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Musiqini Allah dinlətdirir. Allah bəyənməmizi təmin edir. Musiqini eşidərkən, dəhşətə düşərdik. Musiqidən zövq alırıq. Yaradan da Allahdır, zövq verən də Allahdır. Musiqinin hamısı cənnətdə var.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Dünyada bizim qədər Mehdi (ə.s)-ı çox izah edən başqa biri yoxdur. Son min ildə Mehdi (ə.s)-ı bizim qədər çox izah edən olmamışdır.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Türkiyənin hər yeri gözəldir. İslam Birliyi çox gözəl, bölünmə isə qorxuncdur. Biz qorxunc şeylər, vətənin, millətin əlimizdən getməsini istəmirik. Dinin, imanın əlimizdən getməsini istəmirik. Ona görə bölünməyə qarşı tədbir görürük.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Müsəlman səmimi olur. Eşqlə Allahı sevir. Simasını dəyişmir, canından olur. Səmimiyyətimizə təəccüblənirlərsə qoy təəccüblənsinlər. Sona qədər səmimi olmağa davam edəcəyik, inşaAllah.
(A9 TV; 13 Mart 2013)
Adnan Oktar
-
Allaha qarşı dünya tarixində ən böyük meydan oxumaq, haşa, darvinizm ilə baş verdi. Yəni hz. Adəmdən bu dövrə qədər belə bir dəccal davranışı heç olmamışdı. Yəni həmişə şirk də olsa Allaha inanırdılar, amma ilk dəfə insanlar darvinizmlə dünya səviyyəsində 99% nisbətində Allaha inanmayıb darvinizmin boş sözlərinə inandı.