Qurana çox möhkəm sarılan insanın zehnində heç bir çaşqınlıq olmaz. Allahı tərk etdiyin an zehin çaşqınlığı başlayar, Allah qorusun.
Atatürk Qiyamətə qədər qəlbimizdə olacaq. Müasir İslam qiyamətə qədər keçərlidir. Mövhumatçıların Atatürk əleyhinə olması xəstəliklərindən biridir.
Dini təbliğ etmək qarşılığında ödəniş almaq Allahın haram etdiyi haldır, lakin Axırzamanda bu vəziyyət çox geniş yayılıb.
Vəfa, müsəlmanın ən gözəl xüsusiyyətidir. 25-30 illik qız dostlarım var, vəfadan əsla imtina etmərəm. Vəfasızlığı əsla istəmərəm.
Xətalar müsəlmanı daha da təşviq edər, daha da çalışqan hala gətirər.
Yuxularda bəzən işarələr olar, ancaq yuxu ilə hərəkət edilməz.
Terrora qarşı ən mükəmməl mübarizə fikri mübarizədir. O insan fikirlə terrorist olduğuna görə, fikirlə də terrorist olmaqdan çıxar.
Allahı tək qoymasan, Allah da səni tək qoymaz. Allahı çox sevsən, Allah da səni sevər və çox sevdirər.
Təvəkkül etməyən, taleyi və Allahın gücünü unudan, özünü bütləşdirən insan gücünü itirər.
Qadınları İslamdan uzaqlaşdırmağa çalışanlara heç kim etibar etməsin. Quran qadınlara mümkün olduğu qədər azadlıq verər.
Bütün gənclərimizdə, dinə qarşıymış kimi görünənlər də daxil olmaqla, mehdiyyət ruhu, Quran müsəlmanlığı ruhu hakimdir.
İncəsənət xadimlərinə lazım olan dəyəri verməmək çox mühüm çatışmazlıqdır. İncəsənət xadimlərinin qorunmamağı, adlarının xatırlanmamağı çox acınacaqlı haldır.
Quranda olmayan yüzlərlə qayda gətirərək milyonlarla qadını namazdan və dəstəmazdan uzaq saxlayırlar. İslam adı altında İslamdan uzaqlaşdırırlar.
İranda, Rusiyada, Pakistanda, İsraildə, ABŞ-da və daha bir çox ölkədə məqalələrimin dərc olunması, kitablarımın olması Allahın lütfüdür.
Quranda bildirilən himayədarlıq sistemi tam yaşandığı zaman hər kəs bir-birini öz ailəsi kimi qoruyar, o zaman yoxsulluq, kasıblıq qalmaz.
Qadının şərəfinə, namusuna zamin olaraq yanaşsan, əsla eqoist olmazsan, onu Allahın təcəllisi olaraq sevsən Allah səni də ona sevdirər.
Sosializmin gətirməyi vəd etdiyi ictimai ədalət təzyiq və gücə əsaslanır. İslamın ictimai ədaləti isə sevgi ilə könüldən istəyərək təmin edilər.
İslamın ictimai ədalət sistemi bütün dünyaya zənginlik gətirər. İslamda himayədarlıq sistemi var, hər kəs bir-birini ailə kimi qorumalıdır.
Din hər yerdədir. Din bütün həyata hakimdir. Din ayrı, həyat ayrıdır deyə bir şey olmaz.
İngiltərə dərin dövlətinin ruhu və fəlsəfəsi qadın düşmənçiliyi, homoseksual dəstək və darvinizm üzərinə qurulub.
Qadın gözəlliyinin aradan qaldırılması bir kişinin qadını sevmə, halalı ilə yaşamaq idealını də aradan qaldırar. Qadının cəlbedici olmasının, baxımlı olmasının, qadına baxmağın, qadınla danışmağın, xəyal belə qurmağın haram edildiyi bir sistemdə fitrət pozulması ortaya çıxır.