Allahı dərk etmək çox əhəmiyyətlidir. Yəni insanlar ilk öncə "mənə namaz, dəstəmaz öyrət" deyər. Allaha inanırsanmı? Sən əvvəl onu fikirləş. Oturub durmaq namaz demək deyil. Əvvəl iman etməlisən. İman etməmiş namaz olmaz. ƏVVƏL NAMAZ DEYİL, İMAN VACİBDİR. Cənabı Allah Quranda imandan bəhs edir.
DÜŞÜNÜN, BİR İNSAN ƏN MÜKƏMMƏL, YAXŞI, KEYFİYYƏTLİ NECƏ OLA BİLƏR? BU TƏKCƏ İSLAMİYYƏTLƏ MÜMKÜNDÜR. Ən gözəl xasiyyətli, ağıllı, təmiz, məqsədəuyğun hərəkət edən, gözəl düşünən, təvəkküllü, səbirli, şəfqətli, insanpərvər… Bunları səhərə qədər artırmaq olar. Bütün bu xüsusiyyətləri üzərində cəmləyən insana Müsəlman deyilir.
Müsəlmanlıq dünyanın ən keyfiyyətli insanlarının yaşam tərzidir.
Böyük ideallar, iddialar məntiqlə həyata keçməz. Mehdiyyət də elədir. 313 insanla nə etmək olar? Məntiqə görə heç bir şey etmək olmaz. Amma ağıla görə olar.
Şəhid ailələrinə göstərilən şəfqət, sevgi, onlarla əlaqə əxlaqın, imanın gərəyidir, Müsəlmanlığın bir vəzifəsidir.
Batini olaraq yanaşsaq insan qədərində olmayanı düşünə bilmir. Məsələn, düşüncəsindəki pərdələr açılır. "Dərin düşünərək bu hala gəldim" deyə fikirləşər, amma dərin düşündüyü saat, vaxt da müəyyəndir. Ondan artıq dərin düşünə bilməz.
İnsanların çoxu iman etməz. Çətin şərait, xəstəliklər, dərdlər, çətinliklər, çöküntülər olar. MÜSƏLMAN BELƏ ŞƏRAİTDƏ DİQQƏTLİ OLARAQ, ALLAHA OLAN BAĞLILIĞINI İTİRMƏMƏLİDİR.
Müsəlman çox ağıllı olmalı, dərin təfəkkür etməlidir. Allaha daha səmimi bağlanmalıdır. Allah tərəfindən pillə-pillə düşüncəsindəki pərdələri açar. Əks halda düşüncəsi pərdələnər.
BİZİM DƏRİN DÜŞÜNMƏK KİMİ XÜSUSİYYƏTİMİZ OLMALIDIR. QURAN BİZİ DƏRİN DÜŞÜNMƏYƏ, DƏRİN TƏFƏKKÜR ETMƏYƏ YÖNƏLDƏR. İnsanlar həmişə hazır məlumat əldə etmək istəyir. Hər şey açıq olsun və insanlar da artıq məcbur qalıb iman etsinlər. Elə olmaz.
Gənc, incə qızlar, yaraşıqlı cavanlar olar, amma qısa müddətdə yaşlanıb ölürlər. DÜNYAYA BAĞLANMAQ EQOİSTLİKDİR. ÇOX AĞILLI OLAN İNSAN DÜNYANIN ƏSL SAHİBİNƏ, ƏSL SEVGİNİN VƏ GÖZƏLLİYİN SAHİBİNƏ ÜZ TUTAR. ƏN AĞILLI DAVRANIŞ BUDUR, İNŞALLAH.
Ağlı başında olan insan öz ağlından məsuliyyət daşıyır. Yəni digərlərini bəhanə edə bilməz.
Dünyada insan sayı bizim ehtimal etdiyimizdən də çox az ola bilər. İnsanların bir çoxu diri kimi görünsələrdə əslində ölüdürlər. Və belə insanların sayı dünyada çoxdur . ÖLÜLƏRƏ BAXARAQ BELƏ ÇİRKİN CƏSARƏT GÖSTƏRİRLƏR. İNSANLARIN QUDURMASININ SƏBƏBİ ÖLÜLƏRİ NÜMUNƏ GÖTÜRMƏLƏRİDİR.
Çox ağıllı baxmalısan. "Dostun elədir, belədir." Dostun sənin beynində izlətdirilir. HANSININ DOSTUN OLUB OLMADIĞINI AXİRƏTDƏ BAŞA DÜŞƏCƏKSƏN. DOSTLARININ BİR ÇOXUNUN ZOMBİ OLDUĞUNU ANLAYACAQSAN. Məsələn, "anam belədir, atam elədir". Anan, atan da zombi, həqiqətən ruhu üfürülməmiş insan ola bilər.
İnsanlar çoxluğa baxıb ağıllarını itirirlər. Allah ayədə buyurur ki, "insanların əksəriyyətinə uysan, səni Allah yolundan azdırarlar." Çoxluğa tabe olmamalısan. Bir tək Allaha inanmalısan. Qurana baxıb, ordakıları tətbiq etməlisən. Əksəriyyətin nə etdiyi əhəmiyyətli deyil.
Allah insanı zalım, cahil yaradır. Buna görədə insanlar başqalarına baxıb səhv edir. "Bu imansızdı, bu anormaldı, bu saxtakardı və s." deyir. Allah ayədə "İnsanların çoxu iman etməz", "İman edənlərin çoxu da Allaha şirk qoşmadan iman etməz" deyir. Bu Allahın hökmüdür. Burda təəccüblü şey yoxdur.
Bütün diqqəti, sevgini Allaha yönəltmək lazımdır.
İnsanlar bütün ömrü boyu sıxılaraq gəzmiş xanımların, kişilərin məzardakı hallarını bir görsələr… Məsələn, ilk 20, 30, 50 gün sonra düşdükləri şəkli görsələr, dünyaya heç bir bağlılıqları qalmaz.
Kim vicdanlıdırsa Allahın tərəfində olur. Kim də vicdansızdırsa Allahı tərk edir. Öz kefində olur, iki günlük dünyaya meyl edir.
Fiqh problemi , yoxsa iman zəifliyi? Əlbəttə, iman zəifliyi. Bütün dünyanın problemi iman zəifliyidir.
Dünyada heç bir şey yoxdur. Dünya dəqiq imtahan yeridir, tam öyrəniləcək yerdir. Lakin Allah ağlı çox zəif insanlar yaradır. Dünyanı onlara sevdirir. İnsanlar da onlara baxıb aldanır.
DÜNYA KEÇİCİDİR. BUNA GÖRƏ DƏ DÜNYAYA BAĞLANMAMAQ LAZIMDIR. Dünya sevimli, cəlbedici görünür, amma ağılla düşündükdə metafizik bir mühitdə yaşadığımızı anlayırıq.