DÜNYA KEÇİCİDİR. BUNA GÖRƏ DƏ DÜNYAYA BAĞLANMAMAQ LAZIMDIR. Dünya sevimli, cəlbedici görünür, amma ağılla düşündükdə metafizik bir mühitdə yaşadığımızı anlayırıq.
Mövqe, mənafe əhəmiyyətli deyil. Onsuz hər birimiz bir qab yemək yeyirik. Hər hansısa bir yerin müdiri olmaq, bunlar boş şeydir. Millətin ürəyində müdir olmaq çox əhəmiyyətlidir.
Eyni yerdə həm açıq-saçıq geyinən xanım, həm də çarşablı xanım ola bilər. Hər birinə hörmət etməli, dəyər verməlisən. Bunu da əməli olaraq etmək lazımdır.
İman etsə pozğunluğu bitər. Yəni pozğunluq ona yapışmış bir ləkə deyil. İman edib, Qurana, imana sarılıb tövbə etsə, elə o vaxt da o məsələ həll olunar. O, nur kimi Müsəlmandır. Pozğunluq üstünə yapışmış, ömür boyu çıxmayacaq bir şey deyil.
Batil inanc olaraq, kişinin zina etməsini qürurlu, şərəf olaraq görürlər. Halbuki, əsl alçaldıcı olan odur. Qadın orada passiv, yazıq mövqeyindədir. Kişinin zina etməsi çox bərbad bir şeydir.
Bir qadın özünə hörmət edildiyini, dəyər verildiyini anlasa sevə bilər.
İMANLA HƏR ŞEY ÇOX GÖZƏL, QİYMƏTLİ OLAR. O zaman insana hörmət edərsən, dəyər verərsən. Çünki insan hörmət edilmədiyini, dəyər verilmədiyini anladığı vaxt sevgi, məhəbbət yox olar.
ALLAH BİZİ İMANLA GÖZƏLLƏŞDİRİR. Həyatımız gözəl, dəyərli olur. Başqa cür olsaydı insanlar bir-birinə ikrah hissi ilə baxardılar. İman olmasaydı həyat çox qorxunc olardı.
Fahişəlik yalnız cinsi əlaqə ilə olmur. Allahın hökmünü tətbiq etmədikdə, qeyri-qanuni şeylər etdiyində yenə fahşa, böyük günahlar etmiş olarsan, fahişə mövqeyinə düşərsən. Fahşa, yəni səhv olan şeylər, böyük günahlar, qeyri-normal olan şeylərdir.
Allahın razılığı olmadan cənnət olsa heç bir mənası qalmazdı. Cənnətin gözəl olmasının səbəbi Allahın razılığıdır.
ALLAHI DAİMİ OLARAQ ÜRƏYİNDƏ TUTMAQ ZİKRDİR. Zikr bəzən səhv anlaşıla bilər, zikrin təkcə "Allah Allah" demək olduğunu zənn edirlər. ALLAHI XƏYALINDA, AĞILINDA TUTMAQ, ALLAHI SEVDİYİNİ BİLMƏK, ONUN ŞÜURUNDA OLMAQ, DAVAMLI OLARAQ ALLAHI ÜRƏYİNDƏN KEÇİRMƏK ZİKRDİR.
Fahişəlik edənin ətində ağırlıq və çirkinlik olar, fahişəlik üslubundan bəlli olar. Təmiz olan qadının üzündə xüsusi bir nur, işıq və şirinlik olar.
Mömin qadınların da namuslarına görə üzlərində bir nur olar, şirinlik olar. İnsan ona dərin məhəbbət bəsləyər, üzündə xoş ifadə, əzəmət olar, rəhmani cazibə olar.
QEYRİ-QANUNİ ƏLAQƏYƏ GİRƏN KİŞİ DƏ FAHİŞƏDİR. Onda da bir soyuqluq, qəribəlik vardır, ağlında, rəftarlarında anlaşılmazlıq olur.
ALLAHDAN QORXAN QADIN ÇOX GÖZƏL OLAR. Çox sevimli, məzlum, şəkər, dünya şirini olar. Əks halda çirkin olar, Allah əsirgəsin.
MÜSƏLMAN SƏBİRLİ OLDUĞUNA GÖRƏ SEVGİNİ ÇOX UZUN YAŞAYAR. Əlindən verməz, İLLƏR KEÇƏR DAHA DA SEVGİSİ ARTAR. Amma küfr elə deyil. Həm tez bezər, həm də səbirsizdir. Dərhal dağılar, hirslənər, tükənər, bitirər.
Parçalanmaya aparan hər yolun qapısını bağlamaq lazımdır. Çünki qarşımızda bir kommunist təşkilat vardır. Bu kommunist təşkilatın çörəyinə yağ sürtəcək heç bir şey edə bilmərik.
QADIN SEVGİSİ İNSANIN İMANI İLƏ DÜZ MÜTƏNASİBDİR. İmanı artdıqca qadına sevgisi artar, qadına sevgisi artdıqca imanı artar.
Bütün peyğəmbərlər qadınları sevmişdir. Peyğəmbərlərdə və Mehdilərdə mükəmməl qadın sevgisi vardır.
Rəsulullah (s.ə.v) xanımlarına yavaşca belə vurmazdı. Onlara həmişə eşqlə, məhəbbətlə , sevgi ilə dolu bir münasibət bəsləmişdir.
Ordumuz təcrübəli, sirlərin sahibidir, Xızır da bu ordudadır, inşaAllah.