Allaha diqqəti çox yaxşı yönəltmək lazımdır. Səmimi diqqət, səmimi sevgi, səmimi təslimiyyət əhəmiyyətlidir. İnsan gün ərzində hadisələrin təsiri ilə tez-tez diqqətini itirə bilər. Əgər insan diqqətini Allahdan yayındırmasa, bir çox gözəlliyə nail olar. Allahın bizdən nə istədiyini, ən mühüm gördüyü məsələləri Qurandan öyrənirik. Tam diqqətimizi Allaha yönəltdiyimiz zaman Quranı aydın şəkildə başa düşərik. - Harun Yəhya