Allah Tövratda Axırzamanda bütün bölgə ərazisinin müsəlmanların idarəsi altına keçəcəyini ifadə edir. Allah: ''Nildən Fərata qədər, Məkkə, Mədinə, hamısı daxil olmaqla, Aralıq dənizi, Kipr, böyük bir ərazidə hakimiyyət sizin əlinizdə olacaq'' deyir və başçınız da Davud (ə.s) nəslindən gələn biri olacaq deyir. Həmin adam da Mehdi (ə.s)-dır.
Allah istəmədikdən sonra cin heç nə edə bilməz. Buna görə də Allah adama bəla verəcəkdirsə cin ilə də verər, avtomobil qəzası ilə də verər, xərçəng xəstəliyi ilə də verər.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Bir çox insan cinlərdən dəhşət qorxur. Cin heç bir şey etməz, sənə nə edə bilər? Cinlər Allahın nəzarəti altındadır. Şirk qoşur, cinin Allahdan müstəqil bir şey edəcəyini zənn edir. Cinə o gücü verən Allah deyilmi? Taleyində olmayan bir şeyi cin necə edə bilər?
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Mehdi (ə.s)-a tabe olan hər kəs, müttəqi olan hər kəs Mehdi (ə.s) tələbəsidir və Allahın təqdiri ilə cənnət əhlidir. Peyğəmbərimiz (s.ə.v) o 313 tələbənin əsas rol oynayacağını söyləyir.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Sənin ağlın, vicdanın gözəldirsə, onsuz da Allah taleyində qarşına gözəl bir insan çıxardar. Allah hz. Süleyman (ə.s)-ın qarşısına niyə o qədər gözəl şeylər çıxartdı? Hz. Süleyman (ə.s) o gözəl şeyləri səy göstərərək, çalışaraq əldə etmədi. Sadəcə təqvasından ötrü Allah ona verdi.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Din asanlıqdır. Allah; "sizi asan şeydə uğurlu edəcəyəm" deyir, "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. Hz. İbrahim (ə.s)-ın dini kimi asandır.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Əgər şövqlü sevgi varsa, şövqlü iman da vardır. Əgər insan qadını şövqlə sevirsə, bilin ki, o, iman şövqünə də sahibdir. Bu, onun əlamətidir.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Namazda vəsvəsəyə qapılmamaq lazımdır. Çünki sən namazdan çəkinmirsən. Dəstəmazdan da çəkinmirsən. Dəstəmaz almağa getdiyinə görə, deməli çəkinməmisən. Əlini üzünü yuyursan. Nə lazımdırsa edirsən. Onda niyə narahat olmalısan ki?
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Sevgini istədikdə əvvəlcə Allah sevgisi hədəf alınmalıdır. Allah sevgisi, Allah qorxusu yoxdursa, sevgi də yoxdur.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar. Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır. İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə, insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Türkiyəni bölməyə cəhd edərlərsə qiyamət qopar. Ağıllarını başlarına yığsınlar. Heç kim Türkiyəni asan əldə olunan görməsin. Alçaqlıq etmələrinə izin vermərik. Türkiyənin bölünməsinə izin vermərik. Türkiyəni bölünməyə aparan şeylərə də izin vermərik. Məsələn, federasiya; rəsmi surətdə bölmək deməkdir. Buna da izin vermərik. Prezident idarəetmə sistemi və federasiya bir biriylə yaxın şeylər isə, onu da qəbul etmərik.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Qərbli böyük güclərin hədəfi, Türkiyənin federativ ərazilərə ayrılması, Cənub-Şərq bölgəsinin ayrılması, kommunist dövlətin yaranması, Antalya, İzmir və İstanbulun ayrılmasıdır, Allah qorusun. Bu oyunların sıxlaşdığı dövrdə; möhkəm şəkildə bir-birimizə birləşməli, heç vaxt güzəştə getməməli, birlik və bərabərliyimizi qorumalıyıq.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Qərbli güclər Sevr müqaviləsindən sonra Türkiyəni parça-parça etməyə qərar veriblər. Sevr müqaviləsinin tətbiq olunması mövzusunda çox qərarlı davrandılar, imtina etmədilər. Buna görə də prezident idarəetmə sistemini tam biçilmiş libas kimi görürlər.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Hal-hazırda Türkiyə üçün ən böyük təhlükə prezident idarəetmə sistemidir. Çünki biz, Türkiyəni bölməyə çalışdığı, hər hansı bir cəhd göstərdiyi təqdirdə qanunla, hüquqla PKK-ya lazımi qarşılığı verərik. Amma prezident idarəetmə sistemi hakim olduqdan sonra edəcək bir şey yoxdur. Türkiyə böyük bir fəlakətə, vətəni parça-parça edəcək bir sistemə sürüklənmiş olur.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Təbliğ edən möminə lağ edən kimsə, onsuz da sərt təsirə məruz qaldığı üçün lağ edir. Yoxsa niyə mübarizə aparsın ki. Təsirə məruz qalmasa ona qarışmaz, çıxıb gedər, işinə gücünə baxar. Lağ etməsi özünə təskinlik verməsi üçündür. Çünki içindəki vicdanı onu sıxmağa başlayır. Bu küfrün aldığı bir tədbirdir.
(A9 TV; 17 aprel 2015)
Adnan Oktar
-
Təbliğ edərkən savabın üçdürsə, lağa qoyularkən davam etsən otuz olar. Lağın dərəcəsi böyükdürsə üç yüz olar. Olduqca böyükdürsə üç min olar. Sənin məqsədin nədir? İbadət deyildirmi? Allah sənin üçün ibadət yaradır.
(A9 TV; 17 aprel 2015)
Adnan Oktar
-
"Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər" deyirlər, kim lağ elətdirir? Allah elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir. Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat- qat artır.
(A9 TV; 17 aprel 2015)
Adnan Oktar
-
Cənnətdəki sevgiyə inanmağın üçün, bir fədakarlıq, igidlik, cəsarət, səbir, təmizlik, təqva göstərməyin lazımdır. Mömin o əxlaqı göstərdiyi üçün özündən əmin olur, sevildiyindən əmin olur. Sevənlər də onu, o xüsusiyyətinə görə sevirlər onsuz da.
(A9 TV; 17 aprel 2015)
Adnan Oktar
-
Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır, Allahın təcəllisini görüb sevmək vardır.