Sevgi, şəfqət, mərhəmət, yaxşılıq, gözəllik və ağılın təməlində Allah qorxusu vardır. Allah qorxusu olmadığı zaman, insanlar ağılasığmaz zülmlər edə bilərlər. "Mən Allahı sevirəm" deyər, amma qeyri-normal hərəkətlər edər. Allah qorxusu gözəl əxlaqın, gözəl davranışın təməlidir.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
TƏKCƏ ALLAH SEVGİSİ OLSA, ALLAH SEVGİSİNİ YAŞAYA BİLƏCƏKLƏRİ MÜHİT OLMAZ. ALLAH QORXUSU OLMADIĞINA GÖRƏ DİNSİZLİK DÜNYAYA HAKİM OLAR.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiq Müsəlmanların arasında olmayanda bəla ötüşür, Allah müsəlmanların üstündən bəlanı götürür. Mömin şükr etməlidir. Çünki münafiq müsəlmanların arasından çıxdığı andan etibarən sürünəcək. Pərişan olacaq, əqli, ruhi cəhətdən pozğunluğu olacaq. BÜTÜN MÜNAFİQLƏR PEYĞƏMBƏR (S.Ə.V)-İN YANINDAN GETDİKDƏN SONRA PƏRİŞAN OLMUŞLAR.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Allah müsəlmanları münafiqlərdən uzaqlaşdıraraq Müsəlmanlara yaxşılıq etmiş, onları təmizləmiş olur. Müsəlmanlar onların pisliyindən, qoxusundan, iyrəncliyindən, bərəkətsizliyindən qorunmuş olur.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiqlər çox qorxaq olurlar. Müsəlmanlardan uzaq yaşamaq istəyərlər və ona görə də qaçarlar. Müsəlmanlarla birlikdə olmağın zərərli, bəlalı olduğunu fikirləşər və uzaq yaşayarlar. Uzaq yaşadıqları üçün məhv olarlar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Canın çıxması fərqli bir şeydir. Ölüm fiziki ölümdən on dəqiqə, on beş dəqiqə sonra baş verə bilər. On, on beş dəqiqə əvvəl də ola bilər. Və yaxud yarım saat əvvəl də ola bilər. İnsan ölər, amma xəbəri olmaz, danışar, halbuki, ölüb. Allah çoxdan canını alıb. İkinci mənliyi ilə danışar. İkinci mənliyi ilə yuxuda danışırmış kimi, hipnozdakı kimi danışar. Amma ölmüşdür.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v.) zamanında münafiqlər beş qəpiklərinə belə diqqət ediblər. Özlərini həmişə ağılsız göstərmişlər. "İmkanım olsaydı, pul verərdim, gücüm olsaydı, edərdim. "Amma, məsələn, uşağını evləndirməyinə çoxlu pul tapıb. Və yaxud başına bir iş gəlir, baxırsan ki, pul tapıb. Və yaxud özünü qurtarmaq üçün fidyə lazımdır, tez çoxlu pul verir. Bu əxlaqsızlar çətinliyə düşdükləri zaman pul taparlar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiqlər namaz qılmağa, infaq etməyə də nifrət edərlər. Buna görə həmişə belə işlərdə "borc ödüyürəm, gücüm çatmır, imkanım yoxdur" deyirlər.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Əgər müsəlmanlar münafiqləri görməsə, onsuz da namaz qılmazlar. Əgər müsəlmanı uzaqdan görsə ayə oxumaz, Allahı zikr etməz, ağzını belə açmazlar. Münafiqlərə diqqət etsəz görəcəksiniz. Yəni əgər birinin münafiq olub-olmamasını bilmək istəyirsənsə ,namazda , xüsusilə, ayə oxumadıqlarına diqqət elə. ALLAHI ZİKR ETMƏZLƏR. Oxumamaqlarının səbəbini soruşduqda isə "mən oxuyuram, amma sən eşitmirsən" deyər. Ağzını belə açmaz. Yəni öz ağlınca ayə oxumağı qeyri-normal hesab edər. Bundan çox sıxılırlar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiqlər infaq edərkən çox əzab çəkərlər. Ayədə də var: "Onu bir cərimə sayarlar" . Yəni əziyyət çəkərlər, elə bil ətini qopardırlar. Buna görə də münafiq beş qəpik belə vermək istəməz. Xilas olacağını zənn edərək özünü kənarda saxlayar. Halbuki, Allah belə olduqda onu bəlaya salır, xəstəlik verir. Beləcə pulunu xəstəliyə, xəstəxana xərcləyir.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Məsələn, hər hansı hadisə olsa, qədər daxilində olur. Və yaxud başına bir bəla gəlsə, polis tutsa, hücum olsa, qədərində yazılan olur. Onun hikməti savabının artmasındadır. Bədiüzzaman həbs olundu, bununla cənnətini genişləndirdi. Həbs olunar, təhqirə məruz qalar və beləcə cənnəti genişlənir.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiqlərin xüsusiyyətləri odur ki, yaxşılıq deyil, fitnə, pislik, alçaqlıq axtarırlar. Məsələn, İslam Birliyini müdafiə etmək, Darvinizmi, materializmi çökdürmək üçün fəaliyyət göstərmək, müsəlmanlar arasındakı dostluğu gücləndirmək , xeyirli gözəl işlər etmək əvəzinə, müsəlmanlara qarşı çalışarlar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Allah məni cəhənnəmə də salsa, mən yenə Allahı xatırlayaram. Eşqlə, coşğu ilə Allahı xatırlayaram. Yenə eşqimi ifadə edir, sevgimi daha da gücləndirərəm. Bu zaman ağrının qorxusu deyil, Allahın razılığını itirmək qorxusu hakimdir. Allahın razılığını itirmədikdən sonra mən acı çəksəm də olar. Mənim üçün heç fərq yoxdur. Yəni istədiyi qədər acı çəkim, amma Allahın razılığını itirdikdən sonra cənnət kimi mühitdə olsam, ora mənə cəhənnəm kimi olar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Allah qorxusu aşiqi küsdürməməkdir. Mən Allah aşiqiyəm, eşqlə sevdiyim Allahı küsdürmək istəmirəm. Onun razı qalmaması mənə iztirab və acı verər.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Allah qorxusu qüvvətli sevgidən qaynaqlanan qorxudur. Yəni bir insanın bombadan və yaxud başqa nədənsə qorxması kimi deyil. AŞİQİNİ, AŞİQ OLDUĞU ALLAHI İNCİTMƏKDƏN QAYNAQLANAN QORXUDUR.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
İmani mövzuda zarafat etmək heç də əyləndirici deyil. Yəni biz Allahdan qorxuruq, Allaha hörmət edirik. Allahı çox çox sevirik, Allaha aşiqik. İnsan eşqlə sevdiyinə, dərin sevgi hiss etdiyinə qarşı belə nəlayiq zarafatlar edə bilməz.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
İslam 10 il sonra tam fərqli şəkildə insanların qəlbində yer almış olacaq, inşaAllah, amma biz ən çox savabı qazana bildiyimiz dövrdə olduğumuz üçün var gücümüzlə səy göstəririk. Həmişə cəhd edib, çalışırıq, amma savabın çox olduğu dövrlər fərqlidir.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
İsrail soyundan olmağımla iftixar edirəm, möhtəşəm bir şeydir. Hz. Davud (ə.s.), Hz. Yaqub (ə.s.), Hz. İbrahim (ə.s.), Hz. Yusif (ə.s.) soyundanam. Peyğəmbər nəslindən olmaqla da fəxr edirəm.
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Allaha tam sığınsınlar, təslim olsunlar. Bərəkət və bolluq bütün dünyanı bürüyür. Başqa yolla ağrıdan, bəladan, fəlakətlərdən xilas ola bilməzlər.
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur "Allah istəməsə, siz istəyə bilməzsiniz". Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir "Nitqi verən Allahdır".