Allah qorusun Səudiyyə Ərəbistanı Qətərə hücum etsə, İran da fəaliyyətə keçər və çoxlu müsəlman qanı axar. Etidal və sükunət çox mühümdür. Şiələr, sünnilər, vəhhabilər, xalis tərtəmiz müsəlmandırlar. Dəccalın qan tökmə oyununa heç biri düşməsin.
İran, Səudiyyə Ərəbistanı və Qətərin arasındakı qarşıdurmaya mane olmaq lazımdır. Etidal, sükunət, hadisələrə ağıllı yanaşmaq əhəmiyyətlidir.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
Azadlıq insanların üzərindəki sıxıntını aradan qaldırar, beynin yaxşı işləməsini təmin edər və yazma gücünü artırar. İslam azaddır.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
Lisey və universitetlərin laboratoriyalarında praktik təhsil verilməsi daha yadda qalan olar, eləcə də, gənclər zövqlə öyrənərlər.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti Yaxın Şərqi 1900-cü illərdəki kimi oyuna gətirəcəklərini zənn edirlər. O dövrlər keçmişdə qaldı, bütün oyunları puç olacaq.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, bütün İslam aləmi qardaşdır. Hamısı ittifaq etsin. İngiltərə dərin dövlətinə elmi şillə olsun.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
İran və Qətər heç sarsılmasın. İngiltərə dərin dövləti köhnəlmiş ağılsız üsullarla müsəlmanların arasını vuracaqlarını zənn edirlər, o dövr bitdi. İran, Səudiyyə Ərəbistanı, Qətər nur kimi müsəlmandırlar. İnadına, Türkiyə - İran - Səudiyyə Ərəbistanı - Qətər birləşmə qərarı alsın, oyunlarını puç edək.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
İrandakı terror hücumunda şəhid olan şiə qardaşlarımızın ailələrinə Allah gözəl səbir nəsib etsin.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
Şəhidlərin ən xoşuna gələn şeylərdən biri səhidlikdən sonra möminlərin onları tərifləməsidir. Onlar bizim canımızdır, hər biri ilə fəxr edirik.
(A9 TV; 7 iyun 2017)
Adnan Oktar
-
Türkiyədə kənd təsərrüfatını çox gücləndirmək lazımdır. Kənd təsərrüfatı güclənsə, onunla əlaqəli olan əlavə sahələr də inkişaf edər və zənginləşmə olar.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Ənənəçi ortodoks zehniyyət Türkiyənin üzərindən tam qalxsa bütün İslam aləmi xilas olar və işıqlanar.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Mən insanlarda səmimiyyəti axtararam. Səmimi olan insan çox dərin insandır, həm şəxsiyyəti, həm də rəftarı mükəmməldir.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Ölüm təsvirin bir anda aydınlaşmasıdır. Möminin canını almağa gələn mələklər çox gözəldir. Mömin heç narahatlıq yaşamaz.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
İslam ölkələrinə hücum edilərkən mülki vətəndaşları qorumaq üçün ittifaq etməyən müsəlman ölkələr, bir müsəlman ölkəni hədəf almaq üçün ittifaq edirlər. Bunun necə vicdansızlıq və əxlaqsızlıq olduğunu bütün müsəlmanlar çox yaxşı görməlidir. İslam Birliyi olsa bunlar yaşanmaz.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Hər vilayətdə, hər mahalda çoxlu kitabxana olması lazımdır. Gənclərin kitabxana istəməsi çox gözəl və haqlı tələbdir. Bu tələblərinin tezliklə ödənilməsi lazımdır.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
İnsanların yaradılış səbəbi olan gözəllik, yəni sevgi, əllərindən alındı. Sevgini dünyaya yaymaq üçün böyük həmlə etmək lazımdır.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Allah dünyanı baxımla gözəl olacaq şəkildə yaratmışdır. Qadınların baxımlı olmalarını günah kimi göstərən zehniyyət Qurana uyğun deyil.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Allahın mövcudluğunu inkar edən, kainatın təsadüflərin əsəri olduğunu söyləyən bir fəlsəfə ilə gəncləri öyrətmək uğursuzluq, fəlakət gətirər.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti Qətərin zənginliyinə göz qoymuş görünür. İslam aləminin birliyinin təmin edilməsi əhəmiyyətlidir. Müsəlmanlar bu oyuna düşməsin. Səudiyyə Ərəbistanı da, Qətər də təmiz müsəlmandır. Türkiyə bu iki qardaşın arasının düzəlməsini təmin edə bilər. Səudiyyə Ərəbistanı İngiltərə dərin dövlətinin oyununa düşməsin, Qətərə yönəlmiş hərbi fəaliyyət bütün İslam aləminə mənfi təsir edər.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Türkiyədə xalq ziyalı dindardır. Qadına hörmət, oruc tutana da, tutmayana da hörmət vacibdir.
(A9 TV; 6 iyun 2017)
Adnan Oktar
-
Ənənəçi ortodoks müsəlmanların çoxu öz qapalı aləmlərində keyfiyyətdən uzaq yaşayırlar, xalqın bu modeli sevmədiyini də başa düşə bilmirlər.