Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr.
Bəlanı uzaqlaşdıran Allaha olan sevgidir, Allaha olan yaxınlıqdır. Quranın bildirdiyi halal və haramlara diqqət yetirib, dəqiq olaraq İslamı yaşamaqdır. Bu, bəlanı dəf edər.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Allah yalnız sevgi istəyir. Sən bunu Allaha çox görürsənsə əgər, Allah da sənə həyatın, ölümün, hamısının əzabını qat-qat daddırar.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Allah: "Məni sevsəniz, Məni təqdir etsəniz, o zaman sizdə də sevgi güclü olar" deyir. Çünki təqdir edə bilməyən sevgini bilməz. Sevdiyini təqdir edə bilməyən sevginin nə olduğunu necə bilsin?
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Allah zənginliyini və ehtişamını, qat-qat, müqayisə edilməyəcək dərəcədə insanların gözü önünə sərdi. Allahın tək istəyi: "Məni lazımınca qiymətləndirin, Məni tanıyın, Məni sevin, Mənə aşiq olun, Mən də sizi sevim, sizi əbədiyyən bu cür xoşbəxt yaşadım" deyir.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Sevgi yoxdursa, bağlılıq yoxdursa, dərinlik yoxdursa, həqiqi sevgi yoxdursa, onda sən nə istəyirsən, bunlar olmadıqda nəyin mənası qalır? Heyvan kimi insanlar var deyirik, bax, onları heç xoşlamırıq, onlar bizi narahat edir, onlara məxluq deyirik. Lakin fədakar, cəsur, səbirli, qətiyyətli olub igidlik etsələr, onlara heyran olarıq.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Allah həmişə sevgi istəyər. Yoxsa nə gözəlliyin, nə də başqa bir şeyin mənası olmaz. Cənnət köşklərini, onları robot kimi varlıqların doldurduğunu təsəvvür edin, cənnət hovuzlarında üzürlər. Allah uzaq eləsin, bu təsvir acınacaqlı olar. Allah o nemətini, Allahın ruhunu daşıyaraq əziyyət və çətinlik çəkmiş insanlara versə, bu vaxt heyrətamiz gözəllik olar. Yəni cənnətin mənası olar. Allah lazımı qədər təqdir edilmiş olar.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Robotların yaşadığı cənnət, Allahın bəyəndiyi mühit olmur, Allah robot istəmir. Vəfasını görməmiş, səbrini görməmiş, cəsarətini görməmiş bir insanın, insan olaraq özünə o mənada hörmət qoymaz. Yəni özünü dəyərli görə bilməz, gözəl görə bilməz. Allah üçün fədakarlıq etməmiş, comərdlik etməmiş, cihad etməmiş, yəni sevgisini göstərəcək heç nə etməmiş.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
PKK-lı olduğunu göstərən, təbliğ edən hər kəs həbs edilsin. Ümumilikdə yüz min insan tutacaq həbsxanalar inşa edərsən, hamısını doldurarsan. Çünki Türkiyənin mövcud olmasından söhbət gedir.
(A9 TV; 23 oktyabr 2015)
Adnan Oktar
-
Türkiyənin bölünməsi demək, qiyamətin qopması deməkdir. Günəş, Ay, Dünya hamısı birləşər, hər yer dümdüz olar. Bunu unutsunlar, belə şey olmaz.
(A9 TV; 23 oktyabr 2015)
Adnan Oktar
-
Şeytan "sevgi" sözünü insanlara söylətmir. Hamı israrla, inadla "sevgi" sözünü söyləsin, yazsın. Sevgi dünyanın kilididir, həyatın kilididir. Sevgi açıldıqda, bütün dünya açılar.
(A9 TV; 23 oktyabr 2015)
Adnan Oktar
-
İmam Hüseynin intiqamı qan ilə alınmaz. İslam Birliyinin yaradılması ilə, İslam əxlaqının dünyaya hakim olması ilə alınar.
(A9 TV; 22 oktyabr 2015)
Adnan Oktar
-
Bir az başını işlət, düşün, hikmət gözüylə bax; parlaq işıqlı dünya görəcəksən. Sən Allah ilə maraqlanmırsan, boş işlərlə maraqlanırsan. Bu, Allahın heç xoşuna gəlməz. Bütün günü nərd oynayır, 4-5 saat. Ağlını tamamilə Allaha ver, düşüncəni ver.
(A9 TV; 22 oktyabr 2015)
Adnan Oktar
-
Allah hər şeyi planlı və gözəl yaradır. Lakin hikmət həmişə axtarılmalı, baxılmalıdır. İnsan hikməti görməsə sıxılar dünyada. Qəlbi daralar. Hikmət gözüylə baxsa qəlbi rahatlayar.
(A9 TV; 22 oktyabr 2015)
Adnan Oktar
-
Sevgi necə də zövqlüdür; pişikləri sev, kəpənəkləri sev, insanları sev. Nə itirərsən ki? Könlün əylənəcək, ürəyin açılacaq, beynin rahatlayacaq. Ağlın açılacaq. Hamısından da əhəmiyyətlisi, bu ibadətdir.
(A9 TV; 22 oktyabr 2015)
Adnan Oktar
-
Qadın dediyin çiçək kimidir. Yeriyən çiçəklərdir qadınlar, gözəl qoxulu çiçəklər. Çiçəyə necə hörmət göstərirsənsə, necə qoruyursansa, qadınları da o cür qorumalısan. Allah Quranda hz. Məryəmi "gözəl bir bitki kimi" yetişdirdiyini söyləyir.
(A9 TV; 21 oktyabr 2015)
Adnan Oktar
-
Sevgi insanın ruhunda var. Kin, nifrət, davakarlıq çox qorxunc şeylərdir, bunlar insanı öldürər, məhv edər. Allah qorusun, insan bunlara görə hər cür xəstəliyə tutular. Ürək dözə bilməz, qəribə şəkildə sıxılar. Sevgisizlik bədənə zəhərdir. Bədən sevgiylə rahatlayar.
(A9 TV; 20 oktyabr 2015)
Adnan Oktar
-
Bəziləri televiziya proqramına çıxır, baxırsan ki, qəddar mühit var, hər kəs bir-birini əzir. Bir cümlə ilə; "bir-birimizə sevgiylə yaxınlaşsaq bu məsələ həll olar" desə nə olar ki? Bunu deyə bilmir. Halbuki sevgi sözünü işlətməyə alışsalar onun təsir dairəsi getdikcə genişlənəcək. Hər fürsətdə bir bəhanə gətirərək sevgidən bəhs etməlidirlər.
(A9 TV; 20 oktyabr 2015)
Adnan Oktar
-
Heç bir yerdə sevgi sözü işlədilmir. Söylə, bir dəfə söylə bax gör necə özünə gələcəksən. Bismillah de, bir sevgi de, ardı gələcək, alışdır ağzını. Gəncləri təşviq edək, hər kəsi təşviq edək. Bir kampaniya başladaq. Sevgi sözünü həm yazmağa, həm də danışmağa alışsınlar.
(A9 TV; 20 oktyabr 2015)
Adnan Oktar
-
Bizim müasirliyimizə çox insan qarşı çıxırdı, lakin yavaş-yavaş hamısı bizim müasirliyimizə gəldilər. Bu keçid mərhələsidir. İndi bir mərhələdən daha keçəcəklər. Daha müasir, tam Quran müsəlmanlığı səviyyəsinə gələcəklər.