Allah insanın tam müsəlman olub-olmadığına baxar. Yəni yarı münafiq, yarı müsəlman insan yoxdur. Allah; "etdiklərinin hamısı bütlərinin tərəfinə keçər" deyir. Məsələn, 5% Allah üçün edir, 95% bütlər üçün edir. Bu bütlərin tərəfinə keçir və ya tam əksinə 95% Allah üçün edir, 5% isə bütləri üçün edir. Bunun da hamısı bütlərinin tərəfinə keçir. Allah: “Yalnız Mənim üçün etməlisiniz” deyir.
Əhli-kef insanlar həm buraya, həm də oraya gedəcək, yaxud müsəlmanların yanına gələcək. Orada-burada kef çəkib yaşayacaq, amma ən kiçik bir çətinliklə üzləşəndə, mənfəətlərinə xələl gələndə qaçıb gedəcək. Yenə kefi çəkdikdə ətrafa göz qoyacaq, baxacaq. Təhlükə olmadıqda gələcək. O belə etməklə həqiqətən nəticə alacağını güman edir. Halbuki, bilərək və dərk edərək xəyanət edirsə, bunun qarşılığı daha da ağır olacaq. O arabir gəlməklə özünü xilas edə bilməz.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Allahın ən bəyəndiyi şey, Onun yolunda canını qurban verməkdir. Allah bunu ən böyük sevgi nümayişi kimi bildirir. Şəhidlik, yəni Allah üçün şəhid olmaq.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın xüsusiyyətlərindən biri, böyük vicdan sahibi olmasıdır. Digər insanlara görə daha böyük vicdan sahibidir, bu qədər. Yoxsa bu xüsusi bir qabiliyyətinin, xüsusi bir üstünlüyünün olmasından qaynaqlanmır.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Mehdiyyətə sakit, ən başdan qoşulmaq çox daha məqbuldur. Məsələn, sonradan Peyğəmbərimiz (s.ə.v)-ə qoşulan qruplar olmuşdur, amma onları qazandığı savab çox azdır. İlk qoşulanların savabı çoxdur. O ilk 313 nəfər, Bədr əhlinin sayı, onlar çox əhəmiyyətlidir.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Mehdiyyət gizli və üstüörtülü halda fəaliyyət göstərir. Bu, münafiq xarakterli aciz insanları, dünyaya bağlanmış insanları ayırd etmək üçündür. Dünya insanları, qısqanc kimsələr və dünyaya vurulanlar, belə sakit mühitdə iradələrini və ağıllarını işlədə bilməzlər. Onlara mətanət, ətalət gələr, bu da onları kənara atar. Amma çox aktiv və fəal mühitdə ani həyəcanla həddən artıq birləşdirər. Bunu deyim ki, bu, o qədər məqbul deyil.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Mehdiyyət normal axımına davam edir, lakin sürəti vaxtaşırı olaraq dəyişər. Bəzən sürət yüksələr, bəzən də məqbul olar. Bu sürəti Allah tənzimləyər. Yəni Allahın planladığı kimi hərəkət edər.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
PKK silahı könüllü surətdə yerə qoymaq istəmirsə, məsələyə hərbi çıxış yolu gətirilər. Biz silahların kölgəsində yaşamaq istəmirik. Silahların hökmran olduğu Cənub-şərqi Anadolu bölgəsi istəmirik.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
HDP ilə koalisiya yaratmaq olmaz. Əvvəlcə PKK-nın kökü qanuni yollarla kəsilməlidir. MHP ilə koalisiya yaradılmalıdır. Yoxsa biz bu kabusdan qətiyyən xilas ola bilmərik. Əllərindəki silahı yerə qoymalıdırlar. Bu qədər.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Türkiyənin Cənub-şərqi Anadolu bölgəsində PKK kimi qəddar bir kommunist təşkilatlanmanı sərbəst buraxmaq, orada onlar üçün yaşayış sahəsi təmin etmək, gələcək üçün də çox böyük fəlakət olar. Partiyalar bu məsələdə birləşsələr nəhəng bir güc meydana gələr. CHP, MHP, Səadəımız birlikdə, qanuni yollarla bunun kökünü kəsəcəyik deyə qərar almalıdırlar. Ortaq bəyanat verməlidirlər.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
PKK Türkiyə üçün gələcəkdə də çox böyük bəladır. Bunu görməməzlikdən gəlmək olmaz. Vaxtında hüquq çərçivəsində hesablaşmaq lazımdır. Yubandırmağın heç bir faydası yoxdur, bu canavarı daha da gücləndirər.
(A9 TV; 11 iyun 2015)
Adnan Oktar
-
Bələdiyyə başçısını xalqın seçməsi Cənub-şərqi Anadolu bölgəsinin əldən getməsi deməkdir. Çünki PKK hakimiyyəti var. Əvvəlcə qanuni yollarla hüquqla PKK-nın kökünü kəs. Ondan sonra xalq bələdiyyə başçılarını seçsin.
(A9 TV; 9 İyun 2015)
Adnan Oktar
-
Bütün PKK-lıların kökü qanuni yollarla bölgədən kəsilməlidir. Hamısını toplasınlar, həbsxanaya atsınlar. Məsələ həll olsun.
(A9 TV; 9 iyun 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın elə sarayları yoxdur. Hz. Mehdi (ə.s)-ın sarayı qəlbindədir. Həmçinin bütün dünya hz. Mehdi (ə.s)-ın sarayıdır. Yəni tək bir bina deyil. Çünki, o bütün dünyanın imamıdır.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
Mehdiyyət layihə ilə, tənzimləmələrlə təmin edilməz. Allahın istədiyi bir quruluş var, bu normal olaraq yaranır. Ana bətnindəki uşağın inkişafı kimi. O uşağı özlərinin yaradacaqlarını zənn edirlər. O uşağı sən yarada bilməzsən, Allah yaradar. Vaxtı gəldikdə isə o uşaq doğular. Qarşısını ala bilməzsən.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
Allah mehdiyyətin qarşısında heç nəyin, heç bir maneənin olmasını qəbul etmir. Heç bir fəaliyyətə güc vermir. Yalnız mehdiyyətin yolu açıqdır.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
Mehdiyyəti saray hesab edirlər; sementdən götürərsən, dəmirdən götürərsən, bəzək vurarsan, al sənə hazır bir saray deyir. Belə bir şey olmaz. O saray Allah qatındadır. Mehdiyyət Allah qatındadır. Taleyin gedişindədir, bu filmdə olan bir şeydir. Metafizik şəkildə meydana gəlir.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
“Mənim müsəlmanlıq tərəfim ayrı, sosial həyatım ayrıdır” deyir. Sən, məhz burada səhvə yol verdin. Halbuki həyat tamdır. İslam tamdır. İslam, həyatının hər anını, hər şeyi əhatə edər. Bu cür davam etsən özünü həlak edərsən.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur.
(A9 TV; 8 iyun 2015)
Adnan Oktar
-
Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır.