Allah iman gətirib yaxşı işlər görənlərə xüsusi bir sevgi verir.
Türkiyə ağıllı dövlətdir. Heç kim müharibə gözləməsin, müharibə olmayacaq.
Terrorun tək həlli fikri mübarizədir. Bundan başqa bir yol yoxdur. Leninizm çox mərhəmətsiz sistemdir. Şeytanın təsiri ilə formalaşmış quruluşdur.
Baş nazirimizdən təkrar xahiş edirəm. İşgəncə ilə əlaqədar məhkəmə işləri zamanı səhv etməsinlər. İşgəncə ilə əlaqədar yanlış qərar dərhal ləğv olunsun. Bu çox vacib mövzudur.
Sevgi ilə hər şey asan olur, hətta siyasət də. Bərəkət, bolluq, gözəllik olar. Allahı, Allah xatirinə yaratdıqlarını da sevəcəyik. Bu, hər gün toy, bayram deməkdir. Əks halda çox qorxunc və iztirablı olar.
Sevgi nə qədər gözəl, xoşdur. Bədənin ən böyük ehtiyacı olduğu kimi, həm də böyük ibadətdir. Allah üçün sevmək və Allah üçün bəyənməmək çox gözəldir.
PKK Leninist təşkilatdır. Onlar da o dinin lazım olanını edirlər. Ancaq bu din elm və fəlsəfə ilə yox edilə bilər. Ağıl və sevgi ilə o dinin tərəfdarları qalmayacaq. Bir din yox olduqda, onun tərəfdarları da yox olar. Bir dinin etibarsız olduğunu isbat etsən, tərəfdarı qalmaz.
Millət olaraq əsarəti qəbul etməz, şərəfimizə söz gəlməsinə izn vermərik. Türk millətinin yaxasını buraxacaqlar. Həll yolu İslam Birliyi, Mehdiyyətdir. Yaxşılıq istəyən Mehdiyyətə gəlsin.
Şəhid olmaq bizim üçün onsuz da namaz kimi, oruc kimi iftixarla istədiyimiz bir ibadətdir. Biz həyat həvəskarı deyilik. Şərəfimizə, namusumuza, dinimizə, bayrağımıza, millətimizə, torpağımıza əl uzadılmasını qəbul etmərik.
Abdullah Öcalan səhv etdi və günah işlətdi. Günahının kəffarəsini bu dünyada da, axirətdə də çəkəcək, inşaAllah. Cinayət varsa, cəza da vardır. Bu bütün ilahi və haqq dinlərdə, eləcədə, bütün dövlətlərin qanunvericiliyində vardır. Cinayət olsun,amma cəza olmasın, bu mümkündürmü? Belə olsa ədalət olmaz.
Deyirlər ki, biz terror hadisəsi törədərik. Amma terrora əl atsaq 100 min şəhid olardı, biz isə sizə 5 milyon şəhid verərik, amma torpağımızı və vətənimizi vermərik. Namusumuza, şərəfimizə xələl gətirmərik.
Bu dünya da, axirət də bir yuxudur. Amma o daha aydındır. Bu yuxudan oyanarkən axirətin daha dəqiq yuxusunu görəcəyik.
Cənub-şərqdəki bacı-qardaşlarımıza Mehdi müjdəsini verək. Bir az səbir etsinlər, artıq az qaldı, inşaAllah. Kiçik torpaq parçasında əsir olmayacaqlar. İran sərhədini də, İraq-Suriya sərhədini də açacağıq.
Yiğit Bulut aslandır. İnanan hər kəsin dostu olacaq mübarək və qiymətli insandır. Allah sevənlərini artırsın.
Ədliyyə Nazirləri, Daxili İşlər və Xarici İşlər Nazirləri vəzifələrini yaxşı icra edirlər. Biz vətəndaş olaraq hər hansı bir dəyişiklik olmasını istəmirik. Bacarıqla icra etdikləri vəzifələrində qalmalarını istəyirik.
İraqla Türkiyənin arasını düzəldin. Lazımsız, süni gərginlik var. Bu mövzu haqqında xüsusi danışıqlar aparılmalıdır.
Aqil adam deyilən anlayışı qəbul etmirik. Aqil adam bizim millətimizdir, dağdakı çobandır. Biz ağıllı bildiyimiz insanları məclisə göndəririk.
Allah xanımları çiçəyə bənzədir. Qurandakı hökmlər həmişə xanımların lehinədir. Biz də onların qayğısına qalmalıyıq.
Yolda, avtobusda, xəstəxanada növbə gözləyərkən, hər yerdə daim xanımlara üstünlük verilməlidir. Harada olsaq xanımlar gələrkən ayağa qalxmaq nəzakətdir. Bu bir gözəllikdir, sevinc yaradar. Sevgini və hörməti artırır. Hər kəsin bir-birini sevməsinə səbəb olar.
Yaşamaq, sevgi, gözəllik, cənnət çətin deyil. Yalnız dürüst və yaxşı niyyətli olacağıq, bir-birimizi sevəcəyik, vəssalam.
Sungur qardaşımızın yaxşılaşması, sağalması möcüzədir. Allah bir möcüzə yaratdı. Bu eyni zamanda Bədiüzzamanın bir kəramətidir. Bacı-qardaşlarımız Sungur qardaşımıza dua etməyə davam etsinlər.