Şəhid olmaq bizim üçün onsuz da namaz kimi, oruc kimi iftixarla istədiyimiz bir ibadətdir. Biz həyat həvəskarı deyilik. Şərəfimizə, namusumuza, dinimizə, bayrağımıza, millətimizə, torpağımıza əl uzadılmasını qəbul etmərik.
Abdullah Öcalan səhv etdi və günah işlətdi. Günahının kəffarəsini bu dünyada da, axirətdə də çəkəcək, inşaAllah. Cinayət varsa, cəza da vardır. Bu bütün ilahi və haqq dinlərdə, eləcədə, bütün dövlətlərin qanunvericiliyində vardır. Cinayət olsun,amma cəza olmasın, bu mümkündürmü? Belə olsa ədalət olmaz.
Deyirlər ki, biz terror hadisəsi törədərik. Amma terrora əl atsaq 100 min şəhid olardı, biz isə sizə 5 milyon şəhid verərik, amma torpağımızı və vətənimizi vermərik. Namusumuza, şərəfimizə xələl gətirmərik.
Bu dünya da, axirət də bir yuxudur. Amma o daha aydındır. Bu yuxudan oyanarkən axirətin daha dəqiq yuxusunu görəcəyik.
Cənub-şərqdəki bacı-qardaşlarımıza Mehdi müjdəsini verək. Bir az səbir etsinlər, artıq az qaldı, inşaAllah. Kiçik torpaq parçasında əsir olmayacaqlar. İran sərhədini də, İraq-Suriya sərhədini də açacağıq.
Yiğit Bulut aslandır. İnanan hər kəsin dostu olacaq mübarək və qiymətli insandır. Allah sevənlərini artırsın.
Ədliyyə Nazirləri, Daxili İşlər və Xarici İşlər Nazirləri vəzifələrini yaxşı icra edirlər. Biz vətəndaş olaraq hər hansı bir dəyişiklik olmasını istəmirik. Bacarıqla icra etdikləri vəzifələrində qalmalarını istəyirik.
İraqla Türkiyənin arasını düzəldin. Lazımsız, süni gərginlik var. Bu mövzu haqqında xüsusi danışıqlar aparılmalıdır.
Aqil adam deyilən anlayışı qəbul etmirik. Aqil adam bizim millətimizdir, dağdakı çobandır. Biz ağıllı bildiyimiz insanları məclisə göndəririk.
Allah xanımları çiçəyə bənzədir. Qurandakı hökmlər həmişə xanımların lehinədir. Biz də onların qayğısına qalmalıyıq.
Yolda, avtobusda, xəstəxanada növbə gözləyərkən, hər yerdə daim xanımlara üstünlük verilməlidir. Harada olsaq xanımlar gələrkən ayağa qalxmaq nəzakətdir. Bu bir gözəllikdir, sevinc yaradar. Sevgini və hörməti artırır. Hər kəsin bir-birini sevməsinə səbəb olar.
Yaşamaq, sevgi, gözəllik, cənnət çətin deyil. Yalnız dürüst və yaxşı niyyətli olacağıq, bir-birimizi sevəcəyik, vəssalam.
Sungur qardaşımızın yaxşılaşması, sağalması möcüzədir. Allah bir möcüzə yaratdı. Bu eyni zamanda Bədiüzzamanın bir kəramətidir. Bacı-qardaşlarımız Sungur qardaşımıza dua etməyə davam etsinlər.
İctimai paylaşım saytlarında "nifrətə xeyr, sevgiyə bəli" kampaniyası təşkil edək.
İctimai paylaşım saytlarındakı nifrət ifadələrini qınayaq. "Nifrətdən əl çək, sevgi ilə danış" şüarı ilə çıxış edək. Dayanmadan insanları sevgiyə təşviq edək.
Bir-birimizi çox sevsək və bir sevgi mühiti olsa, insanlar özləri də kommunist olmağa utanar. Onun üçün kürd bacı-qardaşlarımıza xüsusilə sevgi, məhəbbət göstərək. Onlar çox əzildi. Vaxtilə çox əzdilər.
Bir millət kimi bir-birimizi sevək. Sevgisizlik bölünməyi ön plana çəkir. Bir-birimizi sevməyimiz çox vacibdir.
Prezidentlik təbii ki, Təyyub bəyin haqqıdır, buna layiqdir. Prezidentlik həm istirahət, həm də mənəvi cəhətdən də mükafatdır. Hər cəhətdən gözəl olar. Təyyub bəyin prezident olması çox vacib və faydalı olar.
Nə hörmətli Abdullah Gül, nə də cənab Təyyub Ərdoğan mövqepərəst deyillər. İkisi də bir-birindən dəyərli insanlardır.
Türkiyə Suriya ilə neytral bölgə fikrindən istifadə etməlidir. Sərhəd bölgəsində yaradılacaq neytral bölgə həm təhlükəsizlik baxımından, həm də qaçqınların qalması üçün daha əlverişlidir.
Suriya məsələsinin həlli İslam Birliyidir.